Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3302/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs “Araz Supermarket”-in nümayəndəsi X4, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayonu 33-cü Polis Bölməsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləyən, orta təhsilli, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB tərəfindən Şəxs barəsində 21 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 33-cü PB-nin polis sahə inspektoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Araz Marketdən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgə əmlakını taladığına görə İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-ci PB-nin polis sahə rəisi X1 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən müdüri olduğu Araz Supermarketdən bir nəfər şəxsin gizli yolla 1 ədəd Berqa firmasına məxsus çayı oğurlamağa cəhd etməsini bildirmiş, baş vermiş hadisə ilə əlaqədar ona ümumilikdə 40 manat maddi ziyan dəymişdir. Həmin məhsullar daha sonra marketə tam şəkildə geri qaytarılmışdır. Bundan əlavə vət: İlham Bayramov bildirmişdir ki, supermarketin daxili videomüşahidə kameralarına baxış keçirən zaman həmin şəxsin xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində marketə gələrək təxminən qiyməti 173 manat olan enerji içkiləri və şirniyyat məhsullarını oğurladığını aşkar etmişdilər. X6 baş vermiş oğurluq hadisələrinin Araz Supermarketin daxili videomüşahidə kameralarına düşdüyünü və həmin görüntülərin aidiyyəti üzrə təhvil veriləcəyini bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən Araz Supermarketdən təxmini qiyməti 40 manat olan Berqa firmasına məxsus çayı gizli yolla talayaraq oğurlamağa cəh edən şəxs xx.xx.1969-cu il təvəllüdlü Naxçıvan MR, ünvan 1-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov mənzil 85-də yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə müəyyən edilərək saxlanılmışdır. İzahatı alınmış Şəxs xx.xx.2023-cü il tarixdə Araz Supermarketə alış-veriş üçün girdiyini, lakin heç bir məhsul almadığını, beləki, marketə girən zaman marketin işçiləri tərəfindən saxlanılması onunla xx.xx.2023-cü il tarixdə oğurlanmış Red Bull enerji içkisi barədə söhbət aparıldığını bildirmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə supermarketə gəldiyini alış-veriş etdiyini, həmin almış olduğu ərzaq məhsullarının ödənişini etdiyini, marketdən çıxan zaman 10 ədəd Red Bull enerji içkisini götürüb pulunu kassaya ödəmədən getdiyini bildirmişdir. Həmin vaxt oğurlanmış olduğu enerji içkisinin təxminən qiymətinin 40 manat olduğunu, qeyd olunan kimi 173 manat olmadığını bildirmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında törətmiş olduğu əməlindən peşman olduğunu, bu əməli maddi sıxıntı ucbatından törətdiyini, maddi ziyanı ödədiyini bildirərək, inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Araz Supermarket”-in nümayəndəsi X5 izahatında bildirmişdir ki, hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Odur ki, onun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Ruslan Mirzəliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası sahə inspektoruna həvalə edilmişdir. Bakı şəhəri Suraxanı Rayonu 33-cü Polis Bölməsinin sahə inspektoru X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Araz Marketdən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgə əmlakını taladığına görə İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti müəyyən edilənədək edilənədək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə barəsində icraat işi açılmış və icraata qəbul edilmişdir; 20 iyul 2023-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur; 21 iyul 2023-cü il tarixli aktdan müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən inzibati xəta nəticəsində zərərçəkmiş şəxs “Araz Supermarket”-ə dəymiş maddi zərər olan 180 manat ödənilmiş, “Araz Supermarket”-in nümayəndəsi X4 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3302/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3302/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver