Məhkəmə qərarları › İş №3(010)-3306/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3306/2023

22.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3306/2023 22.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 32-ci Polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2023-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü ildə, saat 12:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ərazisində olarkən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 32-ci Polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X3 göstərdi ki, xx.xx.2023-cü ildə, saat 12:45 radələrində inzibati ərizidə xidmədə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X7 polis əməkdaşları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Cümə məscidi”nin qarşısında “Toyota Prius” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini düzgün qaydada saxlamamış və yol hərəkətinə maneçilik törətmiş Şəxs avtomobilini düzgün saxlaması və gediş-gəlişə mane olmaması barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, sonuncu, ona edilmiş xəbərdarlıqlara heç bir əhəmiyyət verməyərək və nəticə çıxarmayaraq polisin qanuni tələblərinə əməl etmədən müqavimət göstərmişdir. Qeyd olunan vaxtda Şəxs polis əməkdaşlarına müqavimət göstərmiş və onların qanuni tələblərinə maneçilik törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, həmin vaxt namaza tələsdiyi üçün bu cür hərəkətlərə yol vermişdir. Törətdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir.O, polis əməkdaşından üzr istəyir. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar verilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınan zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü ildə, saat 12:45 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Cümə məscidi”-nin qarşısında xidmətdə olan “Toyota Prius” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini düzgün qaydada saxlamamış və sakinlərin şikayət etməsinə əsasən yol hərəkətinə maneçilik törətmiş Şəxs avtomobilini düzgün saxlaması və gediş-gəlişə mane olmaması barədə xəbərdarlıqlar etməsinə baxmayaraq, sonuncu ona edilmiş xəbərdarlıqlara heç bir əhəmiyyət verməyərək və nəticə çıxarmayaraq polisin qanuni tələblərinə əməl etmədən müqavimət göstərmişdir. Qeyd olunan vaxtda Şəxs polis əməkdaşlarına müqavimət göstərmiş və onların qanuni tələblərinə maneçilik törətmişdir. Daha sonra Şəxs əməlindən peşiman olmuşdur. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar verilməsini xahiş edir. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi, özünün etirafı, tərəflərin izahatları və iş materialları ilə sübut olunur. Belə ki, inzibati xətanın törədilməsi inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin izahatı, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidirdir. İnzibati tənbeh növü seçərkən məhkəmə törədilmiş xətanın xarakterini və Şəxs şəxsiyyətini, habelə əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunanları nəzərə alan məhkəmə Şəxs barəsində cərimə tənbeh növünün seçilməsini əsaslı hesab edir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş “İnzibati qaydada tutma” haqqında protokoldan görünür ki, X4 21 iyul 2023-cü il, saat 12:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin yuxarıda göstərilən maddəsini nəzərə alan məhkəmə Şəxs barəsində 150 manat məbləğində cərimə tənbeh növünün seçilməsini əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlii) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar