Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3309/2023 22.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu polis şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yaşayan X2 məxsus yol kənarında yerləşən mağazadan 1 ədəd “Samsung A23” markalı mobil telefon oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu polis şöbəsinin polis sahə inspektoru, polis leytenantı X5 məhkəmə iclasında inzibati protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, bildirdi ki, maddi imkanı olmadığından o, göstərilən oğurluq hadisəsini törətmiş və oğurladığı bir ədəd mobil telefonu satmışdır. Hazırda əməlindən səmimi peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, məhkəmədən daha yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etmişdir ki, Şəxs törətdiyi əməlləri özünün etirafı ilə yanaşı, iş materialları ilə də tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı, polis kapitanı Vüqar İsizadənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan AZA 008926 saylı xx.xx.2023-cü il tarixli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2023-cü il saat 21.15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, hazırkı inzibati xəta haqqında işin materialları ilə və barəsində inzibati icraat aparılan Şəxs etirafı ilə onun xırda talama növündə inzibati xəta törətməsi sübuta yetirilir. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. AR İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs törətmiş olduğu fakt üzrə inzibati xətanın xarakterini və Şəxs səmimi peşmançılığını nəzərə alıb, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona AR İXM-in 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə, həmçinin inzibati xəta törətmiş Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, əməlindən səmimi peşman olmasını nəzərə alıb, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 31.4, 43, 106,112, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Məmmədov
Məhkəmə qərarları › İş №3(010)-3309/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3309/2023
22.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver