Məhkəmə qərarları › İş №3(010)-3324/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3324/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3324/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun, Tələbkar Glassform MMC-nin təsisçisi Yılmaz Turqayın, onun nümayəndəsi və vəkili Nümayəndə, Borclu Şəxs və onun müdafiəçisi Vəkil, X1 iştirakı ilə, xx.xx.1968-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Məhkəəsinin 2(010)-3287/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 60000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğidə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 60030 manat məbləğində pul vəsaiti tələbkar Glassform MMC-nin xeyrinə tutulmalıdır. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır.Buna görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərov göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3287/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 60000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğidə ödənilmiş dövlət rüsumu olmaqla cəmi 60030 manat məbləğində pul vəsaiti tələbkar Glassform MMC-nin xeyrinə tutulmalıdır.İcra sənədi xx.xx.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş, həmin tarixdə icraatına başlanılaraq, bu barədə tərəflərə məlumat verilmiş, borclu tərəfə isə könüllü icra barədə bildirş göndərilmiş, lakin borclu tərəfindən icra sənədində göstərilən tələb üzürsüz səbəbdən təmin edilməmişdir.Daha sonra borclu barəsində xx.xx.2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Şəxs 900 manat inzibati qaydada cərimə edilmişdir. Lakin borclu tərəfindən icra sənədində göstərilən tələb təmin edilməmişdir Məhkəmədə izahat vermiş Şəxs bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3287/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan 60000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğidə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 600030 manat məbləğində pul vəsaiti tələbkar Glassform MMC-nin xeyrinə tutulmalıdır.Borcu ödəməməyinin səbəbi işsiz olması,infark və insult keçirdiyi üçün fiziki cəhətdən işləyə bilməməsi, həmçinin MMC tərəfindən işdən maddə ilə çıxarıldığına görə iş tapmamasının olduğunu bildirərək, borcdan yayınmadığını, ilk dəfə inzibati cərimə edildikdən sonra 1 ay işləyərək, 400 manat gəlir əldə etdiyini, onun 200 manatının dərmanlara xərclədiyini, qalan 200 manatı ilə tələbkarın xeyrinə depozitə ödədiyini, işləyərək borcu ödəyəcəyini, himayəsində xəstə uşağının və gəlinin olduğunu qeyd etdi Məhkəmədə izahat vermiş tələbkar Glassform MMC-nin təsisçisi Yılmaz Turqay izahatında bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3287/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 60000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğidə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 60030 manat məbləğində pul vəsaiti tələbkar Glassform MMC-nin xeyrinə tutulmalıdır.Borclu borcunu ödəmədiyi səbəbindən tələbkar təşkilat çox çətin maliyyə problemləri ilə üzləşmişdir, işçilərə əməkhaqqı, dövlətə vergini ödəyə bilmir. Borclu hər dəfə müxtəlif bəhanələr gətirərək, qətnamənin icrasından yayındığından, sonuncu barəsində qanuni tədbirlərin görülməsini xahiş etdi. Məhkəmədə izahat vermiş tələbkar nümayəndəsi Nümayəndə izahatında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsindən yayındığından, borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 29 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Suraxanı Rayon Məhkəəsinin 2(010)-3287/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 60000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğidə ödənilmiş dövlət rüsumu olmaqla cəmi 60030 manat məbləğində pul vəsaiti tələbkar Glassform MMC-nin xeyrinə tutulmalıdır. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarndan müəyyən olunur ki,Bayram Şiriniv İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 900 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmənin Qərarında qeyd olunmuşdur ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan. Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar