Məhkəmə qərarları › İş №3(010)-3326/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3326/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3326/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və onun vəkili X4 iştirakı ilə, xx.xx.1995-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 18.30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, köhnə “Ticarət mərkəzi” yerləşən yolun Binə qəsəbəsinə doğru əks yolunda etibarnamə ilə idarə etdiyi “Saipa-131” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə hərəkətdə olarkən, idarə etməni itirərək, əks zolağa çıxmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, köhnə “Ticarət mərkəzi” yerləşən yolda Yeni Suraxanı qəsəbəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olan, X5 idarə etdiyi “Vosksvagen Polo” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön hissəsinə idarə etdiyi avtomaşının sağ yan tərəfi ilə çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Saipa 131” markalı avtomobildə sərnişin qismində olan X3 aldığı xəsarətlərlə bağlı 3 saylı ŞKX-na müraciət etmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, o, iki ilə yaxındır ki, “Saipa 131” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük vəsiqəsinin “BC” kateqoriya üzrə idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18.30 radələrində idarə etdiyi avtomobildə yanında olan həyat yoldaşı və az yaşlı oğlu ilə birlikdə yaşadığı evə doğru Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, köhnə “Ticarət Mərkəzi” yolunda üzü Binə qəsəbəsi istiqamətinə saatda 50-60 km sürətlə hərəkət edərkən, qarşıda yol döngəli olduğu üçün döngəni keçdikdən sonra, birdən iradəsinə zidd olaraq bilmədən idarə etməni itirərək qarşı əks yola çıxaraq hərəkətdə olan “Polo Classıc” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yoluna çıxmış və bu zaman təhlükənin qarşısını ala bilmədiyi üçün toqquşma baş verdiyindən, avtomobilinin sağ yan tərəfi həmin avtomobilin ön tərəfinə çırpıldı. Hadisə vaxtı özü xəsarət almamış, ancaq həyat yoldaşı xəsarət aldığı üçün təcili tibbi yardım həkimlərinin köməyi ilə 3 saylı ŞKX-na aparılmışdır. Avtomobili idarə etmək bütün lazımi sənədlər qaydasındadır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz, hava işıqlı, yol asfalt örtüklü və quru olmuşdur. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığından, inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs vəkili X1 izahatına uyğun izahat verərək, zərərçəkmiş şəxsin Şəxs qarşı heç bir şikayəti və tələbi olmadığından, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18.30 radələrində həyat yoldaşı Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində yanında olan az yaşlı oğlu ilə birlikdə yaşadıqları evə doğru Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, köhnə “Ticarət Mərkəzi” yolunda üzü Binə qəsəbəsi istiqamətinə saatda 50-60 km sürətlə hərəkət edərkən qarşıda yol döngəli olduğu üçün döngəni keçdikdən sonra Hüseyn birdən iradəsinə zidd olaraq bilmədən idarə etməni itirərək, qarşı əks yola çıxaraq hərəkətdə olan “Polo Classıc” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yoluna çıxmış, avtomobillərinin sağ yan tərəfi həmin avtomobilin ön tərəfinə çırpılmışdır. Hadisə vaxtı xəsarət aldığı üçün təcili tibbi yardım həkimlərinin köməyi ilə 3 saylı ŞKX-na aparılmışdır. Şəxs qarşı heç bir şikayəti və tələbi olmadığından, inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırki iş üzrə toplanılmış ilkin materiallar əsasında Suraxanı RPİ-nin İŞ-də araşdırma aparılmışdır və xx.xx.2021-ci il tarixli Qərar ilə toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuş, sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərar Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 807 saylı rəyinə əsasən X2 bədəni üzərində müəyyən edilmiş xəsarət - ağrı sindromu ilə müşayiət olunan bel-omba nahiyəsinin yumşaq toxumasının əzilməsi bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1/3540 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs avtomobili idarə edərkən ayıq olmuşdur. Azərbaycan Respublikası Yol X7 36-cı maddəsinə əsasən sürüjü yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulan cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar