Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3339/2022 13.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib etdiyi MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə Bülbülə gölünün ətrafına tullantıların atılması ilə bağlı yayılmış məlumatlarla əlaqədar Əmircan Bələdiyyəsinin sədri Cəmilə Ağayeva ilə birlikdə yerində araşdırılma aparılmışdır. Araşdırma ilə əlaqədar Bülbülə və Əmircan qəsəbələrinin şərq hissəsində yerləşən "xxxx" Əməliyyat Şirkətinin mədənlərində neftin hasilati zamanı əmələ gələn lay sularının toplandığı adsız gölün ətrafına keçirilən baxış zamanı, yaxınlıqda yerləşən fərdi yaşayış evlərində, qeyri-yaşayış obyektlərində, müəssisə və təşkilatlarda formalaşan çirkab suların açıq kanallar və borular vasitəsilə zərərsizləşdirilmədən birbaşa həmin su hövzəsinə, oradan isə "xxxx" Əməliyyat Şirkətinə məxsus nasoslar vasitəsilə Hövsan kanalına vurularaq, sonda Xəzər dənizinə axıdıldığı müəyyən edilmişdir. Eyni zamand aətrafda yaşayan bəzi sakinlər tərəfindən müxtəlif çeşidli tullantıların gölün sahil zolağına və sahil sularına axıdılması, gölün ətrafında bəzi yerlərdə torpaq sahələrinin və suyun neft məhsulları ilə çirklənməsi nəticəsində üfunətli qoxunun ətrafa yayılması və xoşagəlməz mənzərənin yaranması müşahidə edilmişdir. Bundan əlavə araşdırma zamanı Şəxs Açıq Səhmdar Cəmiyyətinin yerli qurumları abonentlərdən çirkab suların zərərsizləşdirilməsi üçün ödəniş haqlarının yığıldığı müəyyən edilmişdir. Qeyd edilən halları nəzərə alaraq, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtbi edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla razılaşmayaraq, izahatında göstərmişdir ki, Suraxanı rayon Bülbülə qəsəbəsinin ərazisində olan eyni adlı gölün ətrafında yerləşən “Suraxanı OİL Company” və eləcə də əhali tərəfindən özbaşına tikilmiş tərdi yaşayış evlərinin çirkab sularının axıdılması üçün kustar üsulla müxtəlif ölçülərlə kanalizasiya xətləri çəkilərək sözügedən gölə axıdılır. Cəmiyyət tərəfindən həmin əraziyə kanalizasiya xidməti göstərilmədiyi və balansında həmin ərazidə kanalizasiya xətləri olmadığı üçün çirkab sularının gölə axıdılmasına görə cavabdehlik daşımır. Həmin gölə çirkab sularının axıdılmasına görə “Suraxanı OİL Company” və eləcə də həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin sahibləri cavabdehlik daşıyırlar. Digər tərəfdən protokol tərtib olunan zaman "xxxx" ASC-nə məlumat verilməmiş, qeyd olunan ünvanda "xxxx" ASC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş və bu hal protokolda öz əksini tapmışdır. Halbuki, protokol tərtib edilərkən nümayəndənin iştirakı təmin edilməli idi. Həmçinin protokolda nümayəndənin iştirak etmədiyi qeyd olunsa da, digər tərəfdən protokolda tərtib edilmiş protokolun nüsxəsini götürülməkdən imtina edilməsi qeyd edilmişdir. Nümayəndə iştirak etməyibsə, necə ola bilər ki, nüsxəni götürməkdən imtina edilsin. Bu da protokolun prosessual normaların pozulması ilə tərtib edildiyini sübut edir. Bundan əvvəldə yuxarıda qeyd olunanlarla bağlı Suraxanı rayon Su kanal idarəsinin rəisi X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən 12 avqust 2021-ci il tarixində MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və yenə də heç bir məlumat vermədən MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir, Həmin qərar Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(010)-1134/2021 saylı qərarına əsasən ləğv edilmişdir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 2.1-ci maddəsinə əsasan bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən sahibkar dedikdə əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və va) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər başa düşülür. “Azərsu" ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidivyəti üzrə sosial iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yoxlamanı Azərbavcan Respublikası Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrində qeydiyyatını aparaq çıxarış almalı və sonra yoxlamanı aparmalı idi. İşə əlavə edilmiş materiallardan göründüyü kimi iş materiallarında belə bir çıxarış mövcud deyildir. Buna görə də aparılmış yoxlamanın nəticəsində tərtib edilmiş protokolun hüquqi nəticəsi yoxdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli MN ******* nömrəli protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin olunmalıdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 3(010)-3339/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin olunmuş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Ərazidə çirkab suları formalaşmışdırmı və orada çirklənmənin qarşısını alan qurğu və avadanlıqlar mövcuddurmu?
2. Qeyd olunan ərazidə suların çirklənməsi mövcuddursa, bu çirklənməyə səbəb olan kanalizasiya xətlərinin, açıq kanalların və boruların kimə və hansı təşkilata: Şəxs Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Əməliyyat Şirkətinə və ya fərdi qaydada vətəndaşlara məxsus olması müəyyən edilsin;
3. Qeyd olunan ərazidə, ümumiyyətlə Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus olan hər hansı kanalizasiya xətti, açıq kanalları və boruları mövcuddurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-tikinti texniki ekspertizasının aparılmasında imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, qərardadda çirkab suların formalaşması, çirklənmənin qarşısının alınması, çirklənmə mövcud olduğu halda kanalizasiya xətlərinin, açıq kanalların və boruların kimə və hansı təşkilata məxsus olması, Azərsu ASC-yə məxsus hər hansı kanalizasiya xətti, açıq kanallar və borularının mövcud olub-olmaması barədə suallar qoyulmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Çirkab suların formalaşması, çirklənmənin qarşısının alınması, çirklənmə mövcud olduğu halda kanalizasiya xətlərinin, açıq kanalların və boruların kimə və hansı təşkilata məxsus olması, Azərsu ASC-yə məxsus hər hansı kanalizasiya xətti, açıq kanallar və borularının mövcud olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib etdiyi MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtbi edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla razılaşmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli MN ******* nömrəli protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş materialı, tərəflərin çıxışını dinləyərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin ona istinad edilən əməli törətməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: -inzibati xəta hadisəsi olmadıqda; - inzibati xəta tərkibi olmadıqda; -şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; -şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; -inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; -bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; -bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; -bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; -bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması məcəllənin 134.1.3-cü maddəsinə əsasən qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97-101, 103, 255, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Anar İbrahimov