Məhkəmə qərarları › İş №3(010)-334/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-334/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-334/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 16 fevral 2022-ci il tarixli protokola əsasən, Şəxs 05.10.2021-ci il tarixdə, saat 19:00-da idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən 16 oktyabr 2021-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 16 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 05 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Chevrolet Cruze» markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsi istiqamətindən Suraxanı rayonu Hövsan qəsəbəsi Cəbrayıl Xanməmmədov küçəsi istiqamətinə saatda 20 km sürəltə hərəkət etdiyi zaman sağa dönmək istədikdə əks hərəkət zolağa çıxmış, nəticədə X2 idarə etdiyi “Vaz 21043” markalı 90-HJ- 463 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli, 1072 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X2 bədən səthində aşkar edilmiş xəsarətlər: alın-təpə nahiyəsinin şişkinlik və qançırı (hematoması), alın nahiyəsinin sıyrığı, burun kökünün səthi əzilmiş yarası kimi xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən 05.10.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 05 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Chevrolet Cruze» markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsi istiqamətindən Suraxanı rayonu Hövsan qəsəbəsi Cəbrayıl Xanməmmədov küçəsi istiqamətinə saatda 20 km sürətlə hərəkət etdiyi zaman sağa dönmək istədikdə əks hərəkət zolağa çıxmış, nəticədə X2 idarə etdiyi “Vaz 21043” markalı 90-HJ- 463 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar