Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3341/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, X1 Xaçmaz Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolundan verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayətçi X4 şikayətini müdafiə etdi və izahatında göstərdi ki, o, idarə etdiyi ** RB *** dövlət nömrə nişanlı avtomobillə 11 iyun 2024- cü il tarixdə Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən Xaçmaz rayon DYPŞ-in əməkdaşınin idarə etdiyi avtomobillə arxasınca gələrək yolda nişanlanmış xətti pozduqunu və onu inzibati məsuliyyətə cəlb edəcəyini bildirdi. O isə ona bildirdikdə ki, həmin yolda xəti nişanlanması yoxdur və o, hec bir qayda pozmamışdır. O isə qanunsuz olaraq ona protokol yazmışdır. Bildirir ki, barəsində polis tərəfindən tərəfindən tərtib olunmuş inzibati protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən qanunsuz və düzgün tərtib olunmamışdır. Onun qanunsuz və heç bir əsas olmadan inzibati məsuliyyətə cəlb olunmaqı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd etdiyi maddələrlə bir daha təsdiq olunur. Polis işçisi tərəfindən tərtib olunmuş inzibati protokola görə, inzibati xətanı pozmağa görə haqqını sübut etmək mənim vəzifəm deyil, əksinə bu polis işçisinin tərtib etdiyi protokolu əsaslandırmaq onun vəzifəsidir. Bildirir ki, onun himayəsində iki azyaşlı uşağı var. Yol patrul əməkdaşı isə ona qanunsuz protokol yazib 80 manat cərimə etmişdir. Barəsində polis əməkdaşı tərəfindən tərtib olunmuş inzibati protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən qanunsuz və əsassızdır. Odur ki, inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və qərarı ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Dövlət X10 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, həmçinin də protokol tərtib etdiyi inspektorla iclasın yeri və tarixi barədə məlumat verilmiş, (telefonoqram əlavə olunur) lakin Xaçmaz Rayonu Dövlət X9 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Bakı şəhəri Xaçmaz Rayon Dövlət X9 İXP ******* saylı, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X3 istifadəsində olan **-RB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gəndob Yalama yolu 22 km hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması müəyyən edilmişdir. Göründüyü kimi, X4 oğlunun barəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozmağa görə Azərbaycan Respublikası İXM-nin 327.2-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilməsi haqqında Xaçmaz Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati protokol çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan kifayətlənib, inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanı qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut, o cümlədən təqsirli bilindiyi inzibati xətanın şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı foto-video görüntü təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə həmçinin hesab edir ki, Xaçmaz Dövlət X9 İXP ******* saylı, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında protokol qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi və iş materiallarında şəxsin inzibati xəta törətməsinə dair video-görüntü mövcud olmadığı üçün mübahisəli protokol ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. Xaçmaz Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolu ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3341/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3341/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver