Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-335/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ziyamudinoviçin, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 iştirakı ilə, Şəxs Ziyamudinoviçin, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ziyamudinoviç, 01 fevral 2022-ci il tarixdə Qaraçuxur qəsəbəsi, Şərq Y/S, yeni tikilidə kirayə yaşadıqları evdə həyat yoldaşı X3 aralarında yaranmış mübahisə zamanı X3 qəsdən vuraraq, sol diz oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Eldar Rəhimovun 18 fevral 2022-ci il tarixli qərarı ilə X1 yazmış olduğu şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə İnzibati xəta hesab edil mişdir Buna görə də Şəxs Ziyamudinoviç barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ziyamudinoviç inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 2016-cı iİdə X4 ilə ailə həyatı qurublar. 01 fevral 2022-ci tarixdə X4 ilə aralarında mübahisə yaranmışdır və onu ali ilə vurmuşdur. Etidiyi əməldən peşimandır və Rüstəmova Gülsənəmdən üzr istəyir.Sonda Şəxs Ziyamudinoviç etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 bildirdi ki, 08 fevral 2022-ci il tarixinde DİN-nin 102 xidmətinə və Suraxanı Rayon 32-ci PB-nə müraciət edərək, 01 fevral 2022-ci il tarixində təxminən saat 22:00 radələrində kirayə yaşadığı evdə həyat yoldaşı Şəxs Ziyamudinoviç tərəfindən döyüldüyümü bildirmişdir. Nadir spirtli içkidən tez-tez istifadə edir və evə gəlib onu söyüb təhqir edir. Bu hal bir neçə dəfə təkrarlanıb. Nadirin etdiyi əməldən peşman olmasını, üzr istəməsinin nəzərə alaraq onu bağışlayır. Sonda zərərçəkmiş şəxs X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ziyamudinoviç ilə barışdığını nəzərə alaraq sonuncunun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X6 bildirdi ki, 08 fevral 2022-ci il tarixinde DİN-nin 102 xidmətinə və Suraxanı Rayon 32-ci PB-nə müraciət edərək, 01 fevral 2022-ci il tarixində təxminən saat 22:00 radələrində kirayə yaşadığı evdə həyat yoldaşı Şəxs Ziyamudinoviçlə aralarında münaqişə olmuş və Nadir onu söyüb-təhqir etmiş və döymüdür. Hər iki tərəf PB-nə dəvət edilmiş və izahatı alınmışdır. Suraxanı Rayon 32-ci PB-nin təhqiqatçısı Eldar Rəhimovun 18 fevral 2022-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmiş və əməldə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olması müəyyən edildiyindən iş aiddiyyatı üzrə ona təqdim edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Bununla belə məhkəmə, inzibati xətanı törətmiş şəxs Şəxs Ziyamudinoviçin zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs Ziyamudinoviçin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53 və 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs Ziyamudinoviç zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-335/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-335/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver