Məhkəmə qərarları › İş №3(010)-3354/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3354/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3354/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Şəxs direktoru X4 iştirakı ilə ünvan 1 ünvanında yerləşən, VÖEN **********, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 12 iyul 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş 04 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, 04 iyul 2024-cü il tarixdə saat 15-30-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC (GENERAL HOSPİTAL)-yə məxsus klinikada aparılan plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (həkimlaborant X23) aşkar edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 Tibbi Nəzarət Şöbəsinin müdiri X14 tərəfindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 04 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X6 05 iyul 2024-cü il tarixli qərardadı ilə hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şəxs direktoru X7 bildirmişdir ki, MMC barəsində yazılmış protokolnan razı deyil, plandankənar yoxlama aparılmasına səbəb SOCAR tərəfindən Səhiyyə Nazirliyinə göndərilmiş məktub əsas olmuşdur. X15 xx.xx.2016-cı il tarixdə həkim terapevt vəzifəsinə təyin etmişdir. xx.xx.2024-cü il tarixdə tutduğu Həkim-laborant vəzifədən azad edilmişdir. Bildirmişdir ki, heç bir günahları yoxdur, heç kimə heç bir sənəd təqdim etməmişlər, imzalar saxtalaşdırılmış, X2 ilə əlaqədar kursda olsa da sertifikatın nəticəsi ilə bağlı cavab alınmamış, yəni o, sertifikasiyadan keçməmişdir. Elşən İslamov xəstəxanada terapevt vəzifəsində işləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X23 bildirmişdir ki, Terapiya ixtisası üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər Sosial gigiyena və səhiyyənin təşkilinin aktual məsələləri kursunu bitirib diplom almışdır. Şəxs direktoru X7 xx.xx.2016-cı il tarixdə onu həkim terapevt vəzifəsinə təyin etmişdir. Şəxs MMC “GENERAL HOSPİTAL”in direktoru Rüstəm Mikayılovun xx.xx.2024-cü il tarixli, 5 saylı əmrinə əsasən həmin tarixdə tutduğu Həkim-laborant vəzifədən azad edilmişdir. İşdən çıxması əmək kitabçasında qeyd olunmuşdur. O, sertifikasiyanın kursunda iştirak etmiş hələ də ona cavab gəlməmiş, həmin sertifikasiyanın cavabını gözlədiyini bildirmişdir. Heç kimə müvəqqəti xəstəlik vərəqəsi verməmiş, həmin sənədlərdə qeyd olunan imzalar ona məxsus deyil, əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqlərinin verilməsi ilə bağlı hazırda Suraxanı rayon prokurorluğunda “GENERAL HOSPİTAL”in vəzifəli şəxslərinin əməlləri ilə bağlı araşdırma aparılır və orada izahat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, X7 Şəxs “GENERAL HOSPİTAL”in direktorudur. İş materiallarında olan № ******* nömrəli şəhadətnamədən görünür ki, X3 ixtisası üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər Sosial gigiyena və səhiyyənin təşkilinin aktual məsələləri kursunu bitirmiş və AB-1021526 nömrəli diplom almışdır. İş materiallarında olan şəhadətnamədən görünür ki, Şəxs direktoru X7 xx.xx.2016-cı il tarixdə X11 həkim terapevt vəzifəsinə təyin etmişdir. İş materiallarında olan Şəxs MMC “GENERAL HOSPİTAL”nin xx.xx.2024-cü il tarixli, 5 saylı əmrinə əsasən X23 xx.xx.2024-cü il tarixdə tutduğu Həkim-laborant vəzifəsindən sertifikasiya imtahanından keçmədiyi üçün azad edilmişdir. SOCAR Nəqliyyat idarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin Səhiyyə Nazirliyinə müraciəti əsasında X12 (Seriya SN 00008 № 0556266) X30 müəssisəsi tərəfindən verilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqinin həqiqiliyinin baza məlumatları ilə dəqiqiəşdirilərək, üzərində hər hansı bir dəyişiklik (saxtalaşdırılma) edilibedilmədiyi, vərəqənin yazılış fonunda və sənədin bir sıra digər hissələrində gerbin ətrafından yayılan oval xətlərin bütövlüyü və davamlığının pozulması hallarının, blankın kağızının materialına görə digər vərəqələrdən fərqli olmasının, eləcə də vərəqənin üzərində olan HMK sədri və üzvlərin imzalarının eyniliyi kimi nöqsanların səbəbi, həmçinin X8 (Seriya SN 00008 № 0548682), X16 (Seriya SN 00008 № 0548739) və X17 (Seriya SN 00008 № 0556273) verilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqələrinin hansı səbəbdən Səhiyyə Nazirliyinin 30 nömrəli əmrinə uyğun tərtib edilmədiyi barədə araşdırma aparılması xahiş olunmuş və Səhiyyə Nazirliyi X10 tərəfindən X30 Mərkəzində plandankənar yoxlama aparılmışdır. Şəxs MMC X30 Mərkəzi direktoru R.İ.Mikayılov xx.xx.2024-cü il tarixdə SOCAR Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamenti Direktorunun məktubuna cavab olaraq bildirmişdir ki, X12 verilmiş (Seriya SN 00008 № 0556266) saylı xx.xx.2024xx.xx.2024-cü il tarixlərini əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında xəstəlik vərəqəsi qanunauyğun olaraq Səhiyyə Nazirliyindən General X26 verilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında xəstəlik vərəqəsinin üzərində işlənmiş, xəstə həmin tarixlərdə tibb mərkəzində həkim terapevt Elşən İslamovun konsultasiyasında olmuş, müayinələrdən keçmiş və ambulator müalicə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-28/2-4568/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Republikası Səhiyyə Nazirliyi xx.xx.2024-cü il tarixdə X5 baş direktoru Murad Süleymanova məktub göndərmişdir. Məktubda göstərilmişdir ki, Socar Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli 14-2- 18-2/2-166/2024 nömrəli məktubunda qeyd olunan sığorta olunanlar X18 (SN 00008 № 0548682),X24 (SN 00008 № 0548739), X25 (SN 00008 № 0556273) və X12 (SN 00008 № 0556266) X30 müəssisəsi tərəfindən verilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqlərinin araşdırılması ilə bağlı daxil olmuş məktubuna aidiyyəti üzrə baxılması və nəticəsi barədə Səhiyyə Nazirliyinə məlumat verilməsi üçün göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X10” X32 xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-740/2024 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-28-1/3-2-740/2024 saylı X10 PHŞ-nin baş drektoru Murad Süleymanovun Şəxs, VÖEN: ********** Suraxanı rayonu (ünvan 2 ünvanında yerləşən X30 Mərkəzində aparılan plandankənar (növbədənkənar) yoxlama ilə bağlı 009_LA (176-VQ nömrəli Lisenziyalar və İcazələr haqqında AR Qanunun, 27-ci maddə) Lisenziyanın şərtlərinə riayət olunması, 011_LA 3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında Səhiyyə Nazirliyinin əmri, xx.xx.2008-ci il, №119, maddə 3 - Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini ixtisas(lar)ına uyğun vəzifəyə təyin etməsi, 013_LA “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, xx.xx.1997-ci il, maddə 49.1 - Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb edilməsi və 024_LA "Əhalinin sağlamlığının qorunması" haqqında AR Qanununu Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi hallarının yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ünvan 1 ünvanında yerləşən ŞəxsMMC (GENERAL HOSPİTAL)-nin cari fəaliyyəti insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması: Bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi; Dövlət və yerli özünüidarəetmə orqanı tərəfindən müraciət (məlumat) (tibbi nəzarət şöbəsinin müdiri) X13, (AEM Tibbi Nəzarət şöbəsinin müdir müavini) X20 və (AEM Tibbi Nəzarət şöbəsi Mütəxəssis) X9 tərəfindən xx.xx.2024-cü il tarixdən yoxlanmağa başlanmış xx.xx.2024-cü il tarixdə yoxlama sona çatmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 xx.xx.2024-cü il tarixli, № 3-28-1/3-2-740/2024 nömrəli qərarı ilə saat 14:20-də yoxlama başlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ŞəxsMMC (GENERAL HOSPİTAL)-də lisenziyanın şərtlərinə riayət olunmamış, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb etməmiş, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirmiş və özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini ixtisas(lar)ına uyğun vəzifəyə təyin etməmişdir. Yoxlamanın ikinci və üçüncü sualları üzrə nöqsanlar aşkar olunmuşdur. Əmək qabiliyyətinin olmaması vərəqələrində adı qeyd olunan X11 müəssisədə 06 iyun 2024-cü il tarixinədək həkim-laborant və həmin terapevt vəzifəsində çalışdığı qeyd olunsa da, tutduğu vazifəsindən azad olunmasına dair müəssisənin əmri sertifikasiya şəhadətnaməsi olmadan həkim-laborant vəzifəsində çalışaraq eyni zamanda həkim-terapevt vəzifəsi tutmuş, müvəqqəti xəstəlik vərəqələrin verilməsində adı və imzası qeyd olunmuşdur. Bu barədə İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı Suraxanı rayon prokurorluğuna sorğu göndərilmiş və alınmış 31 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, X30 Mərkəzinin vəzifəli şəxsləri tərəfindən əsassız olaraq əmək qabiliyyəti olmaması vərəqələrinin verilməsi və digər qanunsuzluqlar barədə daxil olmuş müraciət əsasında hazırda Suraxanı rayon prokurorluğunda araşdırma aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə —vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumun Qərarına əsasən məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə Şəxs (General Hospital)-ın direktoru X4 vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb olunmasını məqsədəuyğun hesab etmir. Belə ki, onun tərəfindən Genaral Hospitalda həkim-laborant işləmiş X1 keçmədiyi üçün 06 iyun 2024-cü il tarixli əmrlə işdən azad edilməsi vəzifəli şəxsin yol verdiyi inzibati xətanı aradan qaldırmağa yönəlmiş müsbət hərəkəti kimi qiymətləndirilməlidir. X30 Mərkəzinin direktoru həmçinin Seymur-M MMC-nin direktoru X4 da əlavə olaraq inzibati məsuliyyətə cəlb olunması İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinin (inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır) kimi tələblərinə zidd olardı. Odur ki, iş üzrə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunduğundan hüquqi şəxs təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında yerləşən, VÖEN **********, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar