Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3357/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sərdliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin nümayəndəsi X4 iştirakları ilə X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin müdiri X12 tərəfindən qəbul edilmiş 26 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin müdiri X12 tərəfindən qəbul edilmiş 26 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar Xəzər rayon Məhkəməsi tərəfindən 21 iyun 2024-cü il tarixli qərardadla ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 12 iyul 2024cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. X3 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, Qərar, 12 dekabr 2023-cü il tarixdə tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 26 dekabr 2023-cü il tarixdə qəbul olunmuş, tələb etdikdən sonra yalnız 14 iyun 2024-ci il tarixdə rəsmi qaydada ona təqdim olunmuşdur. Qərara görə X1 rayonunun inzibati ərazisi daxilində Hövsan donuzkökəltmə sovxozunda icarəsində olan 0.024 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apardığı üçün torpağın münbit qatı pozulmuş, nəticədə X10 AR İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati hüquqpozmaya dair tərtib olunan protokol X3 iştirakı olmadan tərtib olunmuş, indiyədək ona təqdim olunmamışdır. Əvvəla, kənd təsərrüfat təyinatlı torpaqlarda indi tikinti aparmağa icazə verilir. Bu torpaq sahəsi Bakı şəhəri, Suraxanı RİH-i tərəfindən X5 icarəyə verilmiş və həmin sahədə müvəqqəti tikili aparmağa ixtiyarı vardır. Tərtib olunan protokol X3 iştirakı olmadan tərtib olunduğundan orada qeyd olunan xüsusatları vaxtında mübahisələndirə bilməmişdir. Torpaq öz münbitliliyini saxlamış, heç bir erroziyaya uğramamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə inzibati orqanın qərarından şikayət vermiş şəxs X10 izahatında göstərmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə qeyd olunan torpağı X11 3.0 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında 10.000 (on min) manata almışdır. Həmin ərazidə tikinti işi aparmışdır. 12 dekabr 2023-cü il tarixdə ******* nömrəli protokol əsasında 26 dekabr 2023-cü il tarixdə onun barəsində 600 (altı yüz) manat məbləğində cərimə qərarı qəbul olunmuş, həmin qərarı tələb etdikdən sonra yalnız 14 iyun 2024-cü il tarixdə rəsmi qaydada ona təqdim olunmuşdur. Qərara görə X1 rayonunun inzibati ərazisi daxilində Hövsan donuzkökəltmə sovxozunda istifadəsində olan 0.024 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apardığı üçün torpağın münbit qatı pozulmuş, nəticədə X10 AR İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İnzibati hüquqpozmaya dair tərtib olunan protokol onun iştirakı olmadan tərtib olunmuş, yalnız onun ərinə zəng olunaraq məlumat verilmiş, lakin sonradan araşdırma ilə bağlı iştirakları təmin olunmamışdır. Bundan başqa İXM-nin 244.2-ci maddəsi torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət nəzərdə tutsa da çıxarışa əsasən ona məxsus olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Əvvəla, kənd təsərrüfat təyinatlı torpaqlarda indi tikinti aparmağa icazə verilir. Bu torpaq sahəsi Bakı şəhəri, Suraxanı RİH-i tərəfindən ona icarəyə verilmiş sahədə müvəqqəti tikili aparmağa ixtiyarı vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2023-cü il tarixdə çıxarış vermiş və xx.xx.2023-cü ildə alqı-satqı müqaviləsini təsdiq etmişdir. Bildirmişdir ki, kasıb ailədir, himayəsində iki azyaşı övladları vardır, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində inspektor vəzifəsində işləyir, icazə əsasında qeyd olunan ərazidə tikinti işləri aparmışdır. Qeyd olunanları nəzərə alaraq xx.xx.2023-cü il tarixli, MN №1438826 nömrəli qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi hüquqi şəxsin nümayəndəsi X13 izahatında göstərmişdir ki, mütəmadi monitorinqlər aparılmış, həmin monitorinqlər əsasında X3 Suraxanı rayonunun inzibati ərazisi daxilində Hövsan donuzkökəltmə sovxozunda icarəsində olan 0.024 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri aparması müəyyən olunmuşdur. Həmin ərziyə baxış keçirilmiş, ərazinin fotoşəkili çəkilmiş, X3 ərinə şəxsən özü mobil telefonla zəng edərək məlumat verilmiş, lakin sonradan iş yükünün çoxluğu ilə əlaqədar onların araşdırmada iştiraklarını təmin etməmiş və 12 dekabr 2023-cü il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq həmin protokol əsasında 26 dekabr 2023-cü il tarixdə 600 (altı yüz) manat cərimə olunmuşdur. Həmin qərar X3 yaşadığı ünvan 1 ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Qeyd olunanları nəzərə alıb X3 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X10 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN №1438826 nömrəli inzibati cərimənin ləğv edilməsi haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Bakı ərazi şöbəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN №1438826 nömrəli inzibati tənbeh vermə haqqında qərar X5 təqdim olunmamışdır. Buna görə də məhkəmənin 29 iyul 2024-cü il tarixli qərardadı ilə X3 vəsatəti təmin olunmuş və xx.xx.2023-cü il tarixli, MN №1438826 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət bərpa edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, 01 sentyabr 2023-cü il tarixdə X2 Akif Şamil oğlundan 3.0 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında 10.000 (on min) manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2023-cü il tarixdə həmin torpağa çıxarış vermiş və xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsini təsdiq etmişdir. Həmin çıxarışda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olması, daimi istifadədə olması, Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində olması müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi hüquqi şəxsin nümayəndəsi X9 dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması maddəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN №1438826 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biri də 134.1.4-cü maddədə qeyd olunmuş bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X3 məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, X1 rayonunun inzibati ərazisi daxilində Hövsan donuzkökəltmə sovxozunda istifadəsində olan 0.024 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri aparması üçün icazə almış, üç tərəfdən hasarlanmış olan torpaq sahəsində qum və mişr daşları tökmüş, bir hissəsində isə bir neçə mişar daşından ibarət olmaqla yarımçıq tikinti aparılmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X10 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X14 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X3 əməlində hazırkı vəziyyətdə İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını deməyə əsas vermir. İXM-nin 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Maddənin adı torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanmasıdır. Göründüyü kimi meşə fondu torpaqlarının xüsusi vurğulanması, həmin maddədə kənd təsərrüfatı təyinatlı torpaqla bağlı normanın olmaması iş üzrə ziddiyyətlər yaradır. Qeyd olunan inzibati xəta ilə bağlı işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Hazırkı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi hüquqi şəxsin nümayəndəsi X13 tərəfindən 12 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunarkən İXM-nin 244.2-ci maddəsinin dispozisiyasında qeyd olunmuş torpaqların münbit qatının korlanmasının nədən ibarət olması, hansı əsasla korlanmanın müəyyən edilməsi, torpağın yararlılıq dərəcəsinin aşağı düşməsinin necə müəyyən olunması, həmin maddənin tətbiqinin meşə fonduna, yoxsa kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması aydınlaşdırılmamış, inzibati araşdırma müddətində X3 iştirakı təmin olunmayaraq izahatı alınmamış, vətəndaşın həmin torpaq sahəsində tikinti işləri aparmağa icazəsinin olub-olmaması yoxlanılmamış, iş üzrə toplanmış sübutlar şəxsə inzibati tənbehin verilməsi üçün kifayət edən dərəcədə olmamışdır. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri sırasında həmçinin torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən torpaqların monitorinqi — torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və onların təsiri nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə uzunmüddətli müşahidə-nəzarət sistemindən ibarətdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXMnin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, X10 tərəfindən 26 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunaraq qərar ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 əməlində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, X10 tərəfindən 26 dekabr 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunsun və qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3357/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3357/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver