Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-336/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən,ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı qətnaməsinə dair icra vərəqəsi qalıq qalmış 50.000 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı qətnaməsinə əsasən ondan 70.000 manat məbləğində pul vəsaitinin X1 xeyrinə tutulması müəyyən edilmişdir. O, tələbkara olan borcundan 20.000 manatı ödəmişdir. Tələbkara qalan borcu hər ay 500 manat məbləğində ödəniş etməyi təklif etmişdir və sonuncu onun təklifini qəbul edib. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-292/2015 saylı, 08 may 2015ci il tarixli icra sənədinə əsasən Şəxs 70.000 manat məbləğində borc alınaraq tələbkar X1 xeyrinə tutulması müəyyən edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olmuş və icraata başlanılaraq borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu ümumi olaraq 20.000 manat ödəniş etmişdir. Borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə gedişatı dövründə tərəflər arasında razılıq əldə edilib. Borclu hər ay 500 manat ödəniş etməyi öz üzərinə götürmüş və tələbkar buna etiraz etməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı icra sənədi üzrə tələbkar X3 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı icra vərəqəsinə əsasən Şəxs 70.000 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməlidir. Borclu borcundan 20.000 manat ödəniş etmişdir. Borclu ilə onun arasında razılıq əldə edilib. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 70.000 manat məbləğində borc alınaraq tələbkar X1 xeyrinə tutulması müəyyən edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 02 iyul 2015-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı qətnaməsinə dair icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş 09 mart 2022-ci il tarixli ərizədən görünür ki, icra sənədi üzrə tələbkar X3 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı qətnaməsinə dair icra sənədi Şəxs ilə öz aralarında razılığa gəlmişlər. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı qətnaməsinə dair icra sənədi üzrə borclu Şəxs, icra sənədi üzrə tərəflər öz aralarında razılığa gəldiklərinə görə tələbkar icra sənədinin icraasına xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra sənədi üzrə tərəflərin öz aralarında razılığa gəldiklərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(010)-292/2015 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-336/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-336/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver