Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3363/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi 306 nömrəli gəminin baxış qrupunun komandiri, kapitan-leytenant Arif İsmayılovun iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş 04 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 04 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23-00 radələrində icazəsiz, təyin olunmayan vaxtda Xəzər dənizi ərazisinə 17-ci SNB, 40-cı YKdan axaraq balıq ovu ilə məşğul olması müəyyən olunmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 04 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 571-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi 306 nömrəli gəminin baxış qrupunun komandiri, kapitan-leytenant Arif İsmayılov izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Bakı buxtasının ərazisində hədəf aşkar olunmuşdur. Hədəfin tanınması məqsədilə baxış qrupu saat 00:30-da gəminin itisürətli qayığı vasitəsilə hədəfə doğru hərəkət etmişdir. Saat 00:45-də hədəf tanınmış, hədəfin “Hövsan” SNB-nin 40-cı yanalma körpüsündən dənizə çıxan, AR-ə məxsus, heyəti 2 nəfər olan, taxta tipli, 1 ədəd Yamaha-75 asma mühərrikli HÖ-1725 bort nömrəli qayığın olması müəyyən olunmuşdur. Saat 00:55-də HÖ-1725 bort nömrəli balıqçı qayığı baxış qrupunun müşayiəti ilə gəminin bortuna gətirilmişdir. Saat 01:15-dən saat 01:25-dək qayığa baxış keçirilmiş, baxış zamanı qayığın icazəsiz olaraq, eləcə də, manqa siyahısında adları olmayan heyətlə dənizə çıxması müəyyən olunmuşdur. Qayığın içərisinə baxış keçirilən zaman bortunda uzunluğu təqribən 150 (yüz əlli) metr olan tor aşkar olunmuş və göstərişə əsasən gəminin bortuna götürülmüşdür. May ayından Sentyabr ayına qədər balığ ovlamağa icazə verilmir. Bu Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Belə ki, həmin dövrdə balıqların kürü tökmə prosesi olduğundan onların kütləvi şəkildə ovlanması qadağan edilir. HÖ-1725 bort nömrəli balıqçı qayığı ilə təyin olunmayan vaxtda, icazəsiz, eləcə də manqa siyahısında adları qeyd olunmayan 2 nəfər şəxs qayığı sürməyə etibarnamələri olmayan Şəxs və X1 barələrində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati material üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 04 iyun 2024-cü il tarixdə saat 00:05-də Bakı buxtasının ərazisində hədəf aşkar olunmuşdur. Hədəfin tanınması məqsədilə baxış qrupu saat 00:30-da gəminin itisürətli qayığı vasitəsilə hədəfə doğru hərəkət etmişdir. Saat 00:45-də hədəf tanınmış, hədəfin “Hövsan” SNB-nin 40-cı yanalma körpüsündən dənizə çıxan, AR-ə məxsus, heyəti 2 nəfər olan, taxta tipli, 1 ədəd Yamaha-75 asma mühərrikli HÖ-1725 bort nömrəli qayığın olması müəyyən olunmuşdur. Saat 00:55-də HÖ-1725 bort nömrəli balıqçı qayığı baxış qrupunun müşayiəti ilə gəminin bortuna gətirilmişdir. Saat 01:15-dən saat 01:25-dək qayığa baxış keçirilmiş, baxış zamanı qayığın icazəsiz olaraq, eləcə də, manqa siyahısında adları olmayan heyətlə dənizə çıxması müəyyən olunmuşdur. Qayığın içərisinə baxış keçirilən zaman bortunda uzunluğu təqribən 150 (yüz əlli) metr olan tor aşkar olunmuş və göstərişə əsasən gəminin bortuna götürülmüşdür. Nəticədə HÖ-1725 bort nömrəli balıqçı qayığı ilə təyin olunmayan vaxtda, icazəsiz, eləcə də manqa siyahısında adları qeyd olunmayan 2 nəfər şəxs xx.xx.1987-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonunda yaşayan Şəxs və xx.xx.1990-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonunda yaşayan X2 SRP qismində rəsmiləşdirilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, 03 iyun 2024-cü il tarixdə saat 23:00 radələrində 17-ci SNB-nin ərazisi, 40-cı yanalma körpüsündən dənizə çıxaraq Bakı buxtası ərazisində dayanıb tor vasitəsilə balıq ovu ilə məşğul olmuşdur. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə balıq ovunun qadağan olunduğunu bilmiş, lakin, ehtiyacı olduğu üçün havanın qaranlıq vaxtında balıq ovu ilə məşğul olduğu üçün sərhədçilər tərəfindən qanunla müəyyən edilmiş qaydada rejimi pozduğuna görə saxlanılmışdır. Ona çıxışın qadağan olunması barədə bir daha sərhədçilər tərəfindən bildirilmişdir. İş materiallarında olan 306119 nömrəli aktdan görünür ki, Şəxs və X3 heç bir sənədləri olmadan, manqada adları olmadan, eləcə də icazəsi təyin olunmayan vaxtda dənizə çıxdığları üçün SRP qismində rəsmiləşdirilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün etirafedici izahatı, iş materiallarında olan digər izahatlar və başqa sübut növləri ilə kifayət qədər təsdiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi - inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 571-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, şəxsin əsas dolancaq mənbəyi balıq ovu olduğu üçün inzibati xətanın predmeti olmuş 01 ədəd Yamaha 075markalı asma mühərrikli HÖ-1725 bort nömrəli qayıq müsadirə edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxxxx 1987-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Bankə qəsəbə ərazi dairəsi, Bankə qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs istifadəsində olmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet 01 ədəd Yamaha 075 markalı asma mühərrikli HÖ-1725 bort nömrəli qayıq müsadirə edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3363/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3363/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver