Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-337/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş yetkinlik yaşına çatmamış şəxs X1, onun qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, X1, 16 oktyabr 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 7HP234A, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, 3 nömrəli evin 25 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33cü Polis Bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru Fariz Məmmədov tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X2 qəbul etdiyi 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarla F.İ.Əliyev Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. 16 fevral 2021-ci il tarixdə X3, barəsində tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş yetkinlik yaşına çatmamış şəxs X3 şikayətini müdafiə edərək göstərdi ki, 11 fevral 2021-ci il tarixdə hazırlığa gedərkən insanların sıx toplaşmadığı ərazidə, pandemiya ilə əlaqədar olaraq açıq havada istifadəsi məcburi olan tibbi maskasını endirib peçenye yeyərkən sahə inspektoru Fariz Məmmədov sənədlərini yoxlamaq qadı ilə onu polis bölməsinə aparmışdır. Bölmədə sahə inspektoru Fariz Məmmədov barəsində inzibati protokol tərtib edərək, oxumağa imkan vermədən, hüquq və vəzifələrini izah etmədən kobud formada onu protokolu imzalamağa məcbur etmişdir. Çoxsaylı təkidlərindən sonra az yaşlı olduğunu nəzərə alaraq sahə inspektoru ona valideyini ilə əlaqə saxlamağa icazə vermişdir. Anası Güllü bölməyə gəldikdə tərtib edilmiş protokolun surətinin verilməsini tələb etmiş, lakin Fariz Məmmədov anasına, cərimənin ödənilməyəcəyi təqdirdə onun (F.İ.Əliyevin) buraxılmayacağını bidlirmişdir. Belə olan halda anası Azərbaycan Respubliksı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib şikayət etmişdir. Bunu bildikdə Fariz Məmmədov məcbur olub onu sərbəst buraxmışdır. Sonda F.İ.Əliyev barəsində tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş yetkinlik yaşına çatmamış şəxs X1 qanuni nümayəndəsi Nümayəndə məhkəmə F.İ.Əliyevin ifadəsi ilə eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, oğlu Fərid yetkinlik yaşına çatmamışdır. Qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmamış şəxslər barəsində inzibati işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Lakin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları qanunun tələblərini kobudcasına pozaraq, qanuni nümayəndə qismində onun iştirakını təmin etmədən yetkinlik yaşına çatmamış oğlu Fəridin barəsində inzibati protokol tərtib etmişlər, daha sonra isə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Sonda Nümayəndə, 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış yetkinlik yaşına çatmamış şəxsi və onun qanuni nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X3 16 oktyabr 2004-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. İşin faktiki hallarından isə müəyyən edilir ki, qanuni nümayəndəsininin iştirakı təmin edilmədən inzibati xətanın törədildiyi vaxt on səkkiz yaşına çatmamış F.İ.Əliyevin barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru Fariz Məmmədov tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X2 qəbul etdiyi eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarla F.İ.Əliyev qeyd edilən inzibati xətanın törədilməsində təqsirili bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xətanın törədildiyi vaxt on səkkiz yaşına çatmamış F.İ.Əliyevin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə göndərilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi səlahiyyətli vəzifəli şəxs inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halları bilavasitə aşkar etdikdə inzibati xəta haqqında protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraata başlayır, lakin inzibati xəta haqqında protokolun tərtib edilməsi şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi anlamı daşımır, sadəcə olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün bir sübut növü sayılır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət verilə bilər. Bununla əlaqədar məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsinin nəzərdə tutulmadığını nəzərə alaraq hesab edir ki, 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun ləğv edilməsi edilməsi hissəsində F.İ.Əliyevin şikayəti təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-337/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-337/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver