Məhkəmə qərarları › İş №3(010)-337/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-337/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-337/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17 iyun 2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən anbarda satmışdır. Buna görə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin məsləhətçisi X3 tərəfindən Şəxs barəsində 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 01 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə Şəxs 17 iyun 2020-ci il tarixli İD********** nömrəli qərarından görünür ki, Şəxs tərəfindən 17 iyun 2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatları ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin Şəxsnə ünvanladığı 02 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə Şəxs 17 iyun 2020-ci il tarixli İD********** nömrəli müraciətinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmış və qanunda nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi üçün X2 İnformasiya sistemi üzərindən Şəxs şəxsi kabinetinə ödəniş bildirişi göndərilmişdir. Lakin Şəxs tərəfindən dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə (Bakı regional bölməsinə) təqdim edilməmişdir. Şəxsndən ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 20 sentyabr 2021-ci il tarixinədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş olunmuşdur. Qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və inzibati icraata başlanılacağı Şəxsnə izah edilmişdir. Bundan başqa, iş materiallarında olan qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, idxal və ixrac olunan qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında 17 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Şəxs 17 iyun 2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarının saxlanıldığı anbara baxış keçirtmək, ərazidə qeyd olunan telefon nömrələri ilə əlaqə saxlamaq, bundan başqa, ünvan 1 ünvanını müəyyən etmək, şirkətin qanuni təmsilçilərini tapmaq və məhsul partiyalarını aşkar etmək mükün olmamışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, sözü gedən məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün 02 sentyabr 2021-ci il tarixli, 23/1/İSN-8771 nömrəli məktub ünvanlanmışdır. Sözü gedən məhsul partiyaları barədə Agentliyin Bakı regional bölməsinə 20 sentyabr 2021-ci il tarixinədək məlumat verilməsi qeyd olunsa da, lakin hal hazırki dövrə qədər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavab məktubu ünvanlanmamış və ya bu barədə regional bölməyə məlumat verilməmişdir. Regional bölmənin adı çəkilən məktubunda qeyd olunan müddət ərzində quruma məlumat verilmədiyi təqdirdə məhsulların sertifikataız satışı kimi qiymətləndiriləcək və ya barəsində inzibati icraata başlanılacağı bildirilmişdir. Yuxanda qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün həmin Məcəllənin 100.1-ci və 100.2-ci məddələrinin tələbləri nəzərə alınaraq 18 oktyabr 2021-ci il tarixində, saat 1500-da Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 185B ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə gəlinməsinin zəruriliyi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 25 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Qanununun 18.5-ci maddəsinə əsasən qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur. Həmin Qanunun 19.11-ci maddəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Həmin Qanuna 3 saylı Əlavəyə əsasən “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci bəndində qida təhlükəsizliyi sertifikatının alınması nəzərdə tutulmuşdur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Qida X1 4.0.3-cü yanmbəndinə əsasən fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq Agentliyin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.5-ci bəndinə əsasən sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır. Həmin Qaydaların 2.14-cü bəndinə əsasən sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən olunur ki, 18 oktyabr 2021-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə 23 fevral 2022-ci il tarixdə, yəni inzibati xəta haqqında protokolun tərtib edildiyi gündən 04 ay 05 gün sonra daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ticarət qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir və qanunvericilik bu kateqoriyaya aid inzibati xətalara görə inzibati tənbeh tətbiq etmə müddətini inzibati xətanın törədildiyi gündən 03 ay həddində müəyyən etmişdir. Bununla da 18 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olduğu vaxt hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətindən 04 ay 05 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 38, 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar