Məhkəmə qərarları › İş №3(010)-338/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-338/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-338/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin xx xxxx 2019cu il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə bağlı X1 vəsatətinə baxaraq, MÜƏYYƏN ETDİM: Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 700 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Şikayət Suraxanı Rayon Məhkəməsinə xx xxxxxx 2021-ci ildə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1, 130.2 və 130.3-cü maddələrinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər», «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir», «Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir». Məhkəmə «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxx 2020-ci il tarixli qərarını da nəzərə alaraq aşağıdakıları qeyd edir. Yuxarıda göstərildiyi kimi, MN seriyalı ******* nömrəli qərar xx xxxx 2019-cu ildə verilib. İşin faktik hallarından görünür ki, eyni şikayət daha əvvəl də məhkəməyə daxil olmuş və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərardan şikayət verilməsi müddətinin buraxıldığı müəyyən edilərək X1 şikayəti geri qaytarılıb. X2 hazırkı şikayətinə buraxılmış müddətin bərpa olunmasına dair vəsatətini əlavə edib. Vəsatətini birinci şikayətinin Suraxanı Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilməsi və müvafiq prosessual müddətin məhz bu səbəbdən buraxılması ilə əsaslandırır. O, həmçinin vəsatətində bildirir ki, xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarın surətini xx xxxxxx 2020-ci ildə çətinliklə əldə edib. Məhkəmə buraxılmış müddətin həmin əsasla bərpasını mümkün hesab etmir. İşin faktik hallarından görünür ki, Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsi birinci dəfə verilmiş şikayət üzrə də müvafiq prosessual müddəti buraxılmış hesab etmişdir. Bu zaman məhkəmə qərarın surətinin şikayətçiyə xx xxxxxx 2020-ci ildə verilməsi ilə bağlı dəlilə də münasibət bildirmiş və qiymət vermişdir. Beləliklə, Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə və hazırkı işin faktik halları ilə müəyyən olunur ki, X2 xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarla bağlı həm birinci dəfə həm də hazırda şikayət verərkən Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulan prosessual müddəti buraxmışdır. Həmin müddət pozuntusunun şikayətçinin gətirdiyi dəlillərlə üzrlü sayılması üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməməli, hazırkı iş üzrə şikayət isə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməsin. Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar