Məhkəmə qərarları › İş №3(010)-338/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-338/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-338/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X2 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 14.02.2022-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi, “V” ünvanda yerləşən “Bolmartda” işçi – X1 rejimi, dövründə tibbi maskadan istifadə etmədiyi müəyyən edilmişdir. Bu əməli ilə Şəxs MMC, İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Buna görə də, məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, inzibati iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC İXM-nin 211.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan protokoldan və izahatdan da görünür ki, 14.02.2022-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi, “V” ünvanda yerləşən “Bolmartda” işçi – X1 rejimi, dövründə tibbi maskadan istifadə etmədiyi müəyyən edilmişdir. İş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs MMC-nin İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC İXM- nin 211.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu və 211.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinsin və 1200 (min iki yüz) manat cərimə edilsin. Qərarın icrası Suraxanı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar