Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3384/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon X8 Şöbəsi tərəfindən qəbul edilmiş 10 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon X8 Şöbəsi tərəfindən qəbul edilmiş 10 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 332.1 maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023 cü il tarixində ona məxsus, lakin oğlunun adında rəsmiləşdirdiyi və etibarnamə ilə idarə etdiyi avtomobilində, yol kənarında dayanıb mobil telefonla danışdığı vaxtda, Samir adında yol polisi yaxınlaşaraq işarə etdi ki, “dayanma yolda, sür get”. O, təcüblənmişdir ki, icazə olan yerdə dayanmış və heç kimə maneçilik törətmir, lakin narahat olub, qanunla polisin göstərişinə tabe olub dəstəyi qoyub avtomobilini sürüb getmişdir. Bir az yol getdikdən sonra həmin polis onu saxlayıb, şərliyərək bildirirki, güya “mən maşın idarə edərkən telefonla danışıram”. O, irad bildirmişdir ki, telefonla dayanıb danışdığı yerdə ona sür get əmri vermiş və o, dəstəyi qoyub sürüb getmişdir. Sürdüyü vaxt telefonla danışmamışdır. Əlavə olaraq foto və video sübüt təqdim etməyə tələb etmişdir. Buna baxmayaraq polis əməkdaşı səndələrini istəmiş və o təqdim etmişdir. Polis əməkdaşı bildirki ki, onun etibarnaməsinin vaxtı bitib, ona cərimə yazılacaq. O, bildirdi ki, maşın oğlunun adınadır və o, onunla eyni qeydiyyatda ünvanda yaşayır. Polis əməkdaşı ardınca “sür deyərək” Suraxanı rayon yol polis şöbəsinə gəlmişlər. Orada onu aldadaraq ona ilk öncə 160 azn cərimə olduğunu bildirdilər, o, etiraz etmiş və protokolun tərtib edilməsini tələb etmişdir. Bu vaxt onlar narahat olub ona 40 azn cəriməni yazdılar. Lakin o, dəfələrlə bildirdi ki, razı deyil və qərarsız protokol tərtib etsinlər. Polis tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və qərarda qanunsuz qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun, qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. O, xx.xx.2023 cü ildə Suraxanı yol polis şöbəsinə kürəkəni ilə qərarı götürmək üçün yaxınlaşmışdır. Bildirir ki, qərara baxanda qərarda kəmər taxılmaması barədə inzibati xəta qeyd edilib. Halbuki təhlükəsizlik kəməri üzərində olub və olmaması ilə bağlı heçbir fotovideo sübüt təqdim edilməyib. Beləliklə, Bakı şəhər Suraxanı Rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən TP5839361 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 izahatında avtomobili oğlunun adına rəsmiləşdirildiyini və onun adına etibarnamə olsa belə, onun vaxtını bitdiyini təsdiq etmişdir. Bakı şəhəri Bakı şəhər Suraxanı Rayon DYPŞ Yol Patrul Xidmətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Suraxanı Rayon DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10 iyul 2023-cü il tarixli TP ******* saylı tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 12:25 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X2 təhlükəsizlik kəmərini bağlamadan idarə etməsi və bununla da İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon X8 Şöbəsi tərəfindən qəbul edilmiş 10 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3384/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3384/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver