Məhkəmə qərarları › İş №3(010)-3389/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3389/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3389/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, X7 iştirakları ilə, xx xxx 1961-ci ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (İİ qrup) əlilliyi olan, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi ev 5 d, mənzil 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 30 iyun 2024-cü il tarixdə keçmiş arvadı X6 ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində mübahisə edərək onun ünvanına nalayiq söyüşlər söymüş və daha sonra onun üz nahiyyəsindən bir dəfə əl ilə sillə vurmuşdur. Buna görə də Şəxs barəsində 22 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, o keçmiş əri Şəxs ilə 2003-cü il tarixdə ailə həyatı qurmuşlar. Həmin şəxs onun 2-ci həyat yoldaşı olmuşdur. Lakin daha sonra ona xəyanət etməsi və evdə mütəmadi olaraq mübahisələr yarataması səbəbindən yola getməmişlər və ondan boşanmaq qərarına gəlmişlər. Hal-hazırda Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. ünvan 2 ünvanında yerləşən obyekti Şəxsla ailə qurmamışdan qabaq özü almışdır. Yəni həmin obyekt birgə nikah dövründə alınmamışdır. Həmin obyekti satmaq niyyətində olduğu üçün əri Mirhaşım dəfələrlə buna mane olmuş, yəni obyektin özünə məxsus olduğunu iddia edərək satmağa imkan verməmişdir. O, həmin obyekti 30 iyun 2024-cü il tarixdə satmaq istəyən zaman əri Şəxs onların yanına yəni Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsinə gələrək küçədə yəni özünə məxsus obyektin qarşısında onunla mübahisə etməyə başlamışdır, mübahisə zamanı onun ünvanına küçə söyüşləri söyərək üstünə hücum etmiş və daha sonra üz nahiyyəsindən 1 dəfə şillə zərbəsi ilə vuraraq onu döymüşdür. Həmin vaxt oğlu və ətrafda olan digər şəxslər onları ayıraraq sakitləşdirmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, X10 bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X6 DİN-in 102 xidmətinə və eləcə də ərizə ilə Suraxanı RPİ-in 31-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, əri Şəxs 30 iyun 2024-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində onunla mübahisə edərək ünvanına nalayiq söyüşlər söymüş və daha sonra onun üz nahiyyəsindən bir dəfə sillə zərbəsi ilə vuraraq onu döymüşdür. Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Akşin Vəliyev tərəfindən 08 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu qərara əsasən də hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü ona həvalə olunmuşdur. Buna görə də, tərəfindən 22 iyul 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, X6 ilə 2003-cü il tarixdə ailə həyatı qurmuşlar. Lakin daha sonra Gülnarın ona xəyanət etməsini tutmuşdur. Yəni həmin qadın başqa bir narkoman oğlanla ona xəyanət etmişdir. Gülnar Yusifova ona məxsus pulları həmin oğlana xərcləmiş, qızıl sep və telefon almışdır. Mütəmadi olaraq ona pul göndərmişdir. Bu səbəbdən münasibətinin daha da pisləşdiyini anlayıb boşanmaq üçün məhkəməyə müraciət etmişdir ki, söz-söhbət böyüməsin və ona məxsus əmlakları özününküləşdirib satsın. Həmin qadın obyektin bir hissəsinin yəni ümumilikdə 78 kv olan obyektin özündə olan hissəsini yəni 33 kv sahəsini onun icazəsi olmadan satmaq istədiyi üçün aralarında mübahisə yaranmışdır. Yəni Gülnar dəllalla əlaqədə olaraq saxtakarlıq edərək obyekti başqa şəxslərə satmağa cəhd etmişdir. Halbuki həmin əmlak bölgüsü ilə bağlı məhkəmədə işləri davam edir və məhkəmə qərarı olmadan həmin obyekti satması qanunsuzdur. 30 iyun 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən obyektində oturub çay içən zaman bir nəfər dəllal gələrək ona obyektin Gülnara məxsus olduğunu bildirib həmin obyekti satmaq istədiyini bildirmişdir. Bu zaman o obyektin ona məxsus olduğunu və onun icazəsi olmadan sata bilməyəcəyini bildirdikdə həmin makler Gülnara zəng edərək gəlməsini istəmişdir. Gülnar Yusifova təxminən 30 dəqiqə sonra oğlu X2 ilə obyektə gəlmişlər. Söhbət zamanı obyektin ona məxsus olduğunu və onun icazəsi olmadan heç kimə sata bilməyəcəklərini dedikdə həmin şəxslər onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı hər ikisi onunla mübahisə etməyə başlamış və onun ünvanına nalayiq söyüşlər söyərək öldürməklə hədələmişlər. X11 tamamilə yalan danışır yəni onu şərləyərək tutdurmaq istəyir. O, Gülnarı döyməmişdir, bu tamamilə qurmadır. Bu kimi böhtanlar atırlar ki, onu susdursunlar və niyyətlərini həyata keçirsinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Şəxs onun atasıdır. Atasının anasına xəyanət etməsi və evdə mütəmadi olaraq mübahisələr yarataması səbəbindən yola getməmişlər və anası Gülnar boşanmaq qərarına gəlmişdir. Hal-hazırda Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən anası ilə atası arasında olan nikah pozulmuşdur. ünvan 2 ünvanında yerləşən obyekt anası Şəxsla ailə qurmamışdan qabaq alınmışdır və anasının adınadır. Yəni həmin obyekt birgə nikah dövründə alınmamışdır. Həmin obyekti satmaq niyyətində olduqları üçün atası Mirhaşım dəfələrlə buna mane olur yəni obyektin özünə məxsus olduğunu iddia edərək satmağa imkan verməmişdir. Anası ilə o həmin obyekti 30 iyun 2024-cü il tarixdə başqa şəxsə satmaq istəyən zaman atası Şəxs onların yanına, yəni Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsinə gələrək küçədə yəni anasına məxsus obyektin qarşısında onunla və anası ilə mübahisə etməyə başlamış, mübahisə zamanı onun və anasının ünvanına küçə söyüşləri söyərək onları təhqir etmiş və daha sonra anasının üstünə hücum edərək əli ilə anasının üzündən şillə ilə vuraraq onu döymüşdür. Həmin vaxt o, və ətrafda olan digər şəxslər onları ayıraraq sakitləşdirmişlər. Nə o nədə ki, anası X8 Yusifovu ölümlə hədələməmişlər, sadəcə olaraq atası qabaqdan gəlmişlik edir ki, onun istəyi ilə razılaşsınlar və anasının verdiyi şikayəti geri götürsünlər. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 482 nömrəli rəyinə əsasən X1 qulaqaltı çeynəmə nahiyəsinin qançırı xəsarəti müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2024-cü il tarixli qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 43.3cü maddəsi nəzərə alınmaqla İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, ilk dəfə törədilməsini, Şəxs şəxsiyyətini, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını, əvvəllər məhkum olunmamasını, əvvəllər eyni maddə üzrə inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır və İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməl İXM-nin sağlamlıq əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan inzibati xətanın orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs Şəxs aid edilir. Buna görə də ona inzibati həbs tətbiq edilməsi istisna olunur. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx xxx 1961-ci ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi ev 5 d, mənzil 9-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar