Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-339/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxx 1963-cü ildə Masallı rayonu, Bala Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, heç yerdə işləməyən, Şirvan şəhəri, Mehmandarov küçəsi, Dalan 1, 4 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Şirvan şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(032)-581/2015 nömrəli icra vərəqəsi üzrə yaranmış 1400 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(032)-581/2015 nömrəli icra vərəqəsinə əsasən ondan 5000 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, heç vaxt icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq maddi imkanı aşağı olduğundan icra sənədi üzrə tam ödəniş edə bilməmiş və hal-hazırda onun ödənilməmiş 1400 manat borcu qalmışdır. Belə ki, o hal-hazırda heç yerdə işləmir və hər ay yerdə qalan borcundan 100 manat olmaqla ödəniş edəcəyinə bildirərək, tələbkarla öz aralarında razılığa gəlmişlər. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(032)-581/2015 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına xx xxxxx 2017-ci il tarixdə daxil olmuşdur, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılaraq bu barədə tərəflərə, o cümlədən borclunun ünvanına qərar və bildiriş məktubları göndərilmişdir. İcra sənədinin icraata daxil olduğu tarixdən hazıradək uzun bir vaxtın keçməsinə baxmayaraq borclu Şəxs tərəfindən icra sənədi üzrə 1400 manat məbləğində borcun ödənilməsi təmin edilməmişdir. İcra sənədi üzrə mövcud borcun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş, lakin onun adında tələbin yönəldilə biləcəyi heç bir qiymətli əmlak aşkar edilməmişdir. xx xxxxx 2017-ci il tarixdə borclu Şəxs izahatı alınmış, sənədi üzrə mövcud borcunun ödənilməsi tələb olunmuş, bunun üçün ona 10 gün vaxt verilmişdir. Həmin tarixdə Şəxs icra sənədi üzrə borcunu ödəmədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə mövcud borcunu ödəməməklə icra sənədinini icrasından yayındığına görə Şəxs izahatı alınmış, icra sənədi üzrə mövcud 1.400 manat borcun dərhal ödəməsi ondan tələb olunmuşdur. Mövcud borc dərhal ödənilmədiyindən və buna səbəb kimi heç bir qanuni əsas olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunacağı barədə ona bir daha xəbərdarlıq edilmiş, iş üzrə hüquq və vəzifələri izah edilmişdir. Borclu Şəxs icra sənədinin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq hal-hazıradək mövcud olan 1400 manat aliment borcunu ödəməməklə, icra məmurunun qanuni tələblərini icra etməməsi, məhkəmə qərarı üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması onun qərəzli olduğunu göstərməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X4 məhkəmədə göstərdi ki, Şirvan şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(032)-581/2015 nömrəli icra vərəqəsinə əsasən Şəxs 5000 manat pul tutularaq onun xeyrinə ödənilməlidir. Borclu bir müddət icra sənədi üzrə ödəniş etmədiynə görə o, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək yaranmış borcunun ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda Şəxs ilə yaranmış borcu ilə bağlı öz aralarında razılığa gəliblər. Belə ki, borclu Şəxs iltizam verərək hər ay ona 100 manat olmaqla sabit pul məbləği ödəyəcəyini bildirmişdir. Buna görə də X4 məhkəmədən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Şirvan şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(032)- 581/2015 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 5000 manat məbləğində pul tutularaq X3 ödənilməlidir, icra sənədi xx xxxxx 2015-ci il tarixdə verilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx xxxxx 2017-ci il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(032)-581/2015 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxxx 2017-ci il tarixdə başlanılaraq, borcluya icranı dərhal könüllü təmin etməsi təklif olunmuşdur. Beləliklə işdə olan sübutlardan, o cümlədən tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, Şirvan şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(032)-581/2015 nömrəli icra sənədi üzrə Şəxs 5000 manat məbləğində pul tutularaq X3 ödənilməlidir. Lakin Şəxs icra sənədi üzrə tam ödəniş edə bilmədiyindən 1400 manat borcu yarandığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmə iclasında baxıldığı zaman Şəxs icra sənədi üzrə tələbkara iltizam verdiyindən tərəflər öz aralarında razılığa gəlmişlər. Buna görə də tələbkar X4 məhkəmə iclasında borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, Şəxs icra sənədi üzrə tələbkar X4 ilə öz aralarında razılığa gəldiklərini, eyni zamanda icra sənədi üzrə tələbkarın Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda, bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Şirvan şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(032)- 581/2015 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-339/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-339/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver