Məhkəmə qərarları › İş №3(010)-339/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-339/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-339/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, X4, xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən X4 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2009-cu il tarixli, 2(010)-1843/2009 saylı, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(010)-3961/2017 saylı, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(010)-4703/2019 saylı və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(010)-5025/2019 saylı icra vərəqələri üzrə yaranmış borcu üzrsüz səbəbdən icra etməməsinə görə X10 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2009-cu il tarixli, 2(010)-1843/2009 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən X1 6.500 manat məbləğində pul tutularaq X7 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(010)-3961/2017 saylı məhkəmə əmrinə əsasən X1 cəmi 482 manat və 1.212 ABŞ dolları 61 sent məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(010)-4703/2019 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən Məmmədova (Əliyeva) Durnisə Famil qızından cəmi 1.157 manat məbləğində pul tutularaq X2 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(010)-5025/2019 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən X1 cəmi 680 manat məbləğində pul tutularaq "xxxx" X8 Cəmiyyətinə ödənilməlidir. İcra sənədləri icra şöbəsinə daxil olmuş və icraata başlanılaraq borclunun ünvanına tələbin könüllü icrası barədə bildirişlər göndərilmişdir. Borclunun icra vərəqələri üzrə ümumilikdə 7.756 manat ödənilməmiş borcu qalmışdır. Borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə gedişatı dövründə tərəflər arasında razılıq əldə edilib. Belə ki, tələbkarlar X5 və X11 ərizə ilə İcra şöbəsinə müraciət edərək icra sənədlərinin məhkəməyə geri qaytarılmasını xahiş etmişlər. Buna görə də tərəfindən qəbul edilmiş 28 mart 2022-ci il tarixli qərarlarla icra sənədləri məhkəməyə geri qaytarılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, dinləyərək, məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2009-cu il tarixli, 2(010)-1843/2009 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, X1 6.500 manat məbləğində pul tutularaq X7 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 02 fevral 2015-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2009-cu il tarixli, 2(010)-1843/2009 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu X6 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(010)-3961/2017 saylı məhkəmə əmrindən görünür ki, X1 cəmi 482 manat və 1.212 ABŞ dolları 61 sent məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 03 may 2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(010)-3961/2017 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu X6 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2019cu il tarixli, 2(010)-4703/2019 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Məmmədova (Əliyeva) Durnisə Famil qızından cəmi 1.157 manat məbləğində pul tutularaq X2 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 12 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(010)-4703/2019 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu X6 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli, 2(010)-5025/2019 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, X1 cəmi 680 manat məbləğində pul tutularaq "xxxx" X8 Cəmiyyətinə ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 05 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(010)-5025/2019 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu X6 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materialarında olan 22 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 icra vərəqələri üzrə ümumilikdə 7.756 manat ödənilməmiş borcu qalmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında təqdim etdiyi 28 mart 2022-ci il tarixıli qərarlardan müəyyən olunur ki, tələbkarlar X5 və X11 ərizə ilə İcra şöbəsinə müraciət edərək icra sənədlərinin məhkəməyə geri qaytarılmasını xahiş etmişlər.Buna görə də Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 28 mart 2022-ci il tarixli qərarları ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(010)-4703/2019 saylı və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2009-cu il tarixli, 2(010)- 1843/2009 saylı icra sənədləri məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Beləliklə işdə olan sübutlarla X4 əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar