Məhkəmə qərarları › İş №3(010)-3393/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3393/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3393/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 iştirakları ilə, 14 avqust 1963-cü ildə Astara rayonunda anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2024-cü il tarixdə vətəndaş X7 ilə ev sahibəsi X8 arasında yaşadıqları mənzildə mübahisə yaranmış və bu mübahisə zamanı sonuncu Xatirə Zeynalovanı döyüb ona qəsdən sağ saidin sıyrığı xx.xx.2024-cü il tarixə uyğun gələn dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində 19 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X9 bildirdi ki, xx.xx.2024-cü il tarixdə X1 pulunu ödəyə bilmədiyi üçün kirayə yaşadığı evin sahibəsi, Əntiqə adlı qadın onun üzərinə gələrək onu təhqir edərək dırnaqları ilə qol nahiyəsini cıraraq ona bədən xəsarəti yetirmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Elvin Tanarverdiyev tərəfindən 09 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərara əsasən də hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsidən ötrü ona həvalə olunmuşdur. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, o, 2 aydır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən Şəxs məxsus evdə övladı ilə birlikdə kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə kirayə yaşadığı evin sahibəsi, Şəxs kirayə pulunu ödəyə bilmədiyi üçün onun üzərinə gələrək onu təhqir edərək dırnaqları ilə qol nahiyəsini cıraraq ona bədən xəsarəti yetirmişdir. Həmin vaxt evdə iksi olmuş, başqa şəxslər olmamış, mübahisəyə qonşular və kənar şəxslər gəlməmişdir. Həqiqətən də işləri yaxşı getmədiyi üçün, həyat yoldaşı cəzaçəkmə müəssisəsində olduğundan, körpə uşağı ilə çətin vəziyyətdə dolandığından kirayə pulunu vaxtında ödəyə bilməmişdir. Onun tərəfindən Şəxs heç bir xəsarət yetirilməmişdir. Bu səbəbdən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hazırda onunla Şəxs arasında barışıq olmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, o təqribən 11 ildir ki, qeyd olunan ünvanda yaşayır. Həyətində olan 1 otaqlı tikilini 2 ay öncə 150 manata qonşuluqda yaşayan Əfsanə adlı qadının vasitəsi ilə Xatirə Zeynalovaya kirayə vermişdir. xx.xx.2024-cü il tarixdə sonuncu kirayə pulunu ödəmədiyi üçün aralarında mübahisə yaranmışdır. Sonra qonşuluqda yaşayan Əfsanənin evinə gedərək Xatirədən şikayət etmişdir. Evə qaydarkən Xatirənin onun barəsində polisə şikayət etməsini bilmişdir. Mübahisə zamanı onu vurmadığını, Xatirənin dediklərinin şər və böhtan olmasını bildirmişdir. Hadisə zamanı evdə başqa heç kəs olmamış, qonşular səsə gəlməmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 437 nömrəli rəyinə əsasən X2 saidin sıyrığı xəsarəti müəyyən edildi. Xəsarət küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokaliziyasına görə həmin xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyul 2024-cü il tarixli qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X3 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sistemindən ev sahibəsi tərəfindən döyülməsi barədə daxil olan müraciəti 30-cu PŞ-də HK-1/1819 sayda raportla qeydiyyata alınmışdır. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X7 ilə ev sahibəsi X8 arasında yaşadıqları mənzildə mübahisə yaranmış və bu mübahisə zamanı sonuncu Xatirə Zeynalovanı döyüb qəsdən sağ saidin sıyrığı xx.xx.2024-cü il tarixə uyğun gələn dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bu xüsusat vətəndaş X3 ərizə və izahatı, həmçinin iş materialına əlavə edilən məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 437 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, hadisəni törətmiş X5 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi əlamətləri yaranmışdır. Toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 43.3cü maddəsi nəzərə alınmaqla İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, ilk dəfə törədilməsini, Şəxs şəxsiyyətini, yaşını, 3-cü qrup əlilliyinin olmasını, əvvəllər məhkum olunmamasını, əvvəllər eyni maddə üzrə inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs şəxsiyyətini, yaşını, 3-cü qrup əlil olmasını, əvvəllər eyni maddə üzrə inzibati məsuliyyətə cəlb olunmamasını məhkəmə İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməl İXM-nin sağlamlıq əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: 14 avqust 1963-cü ildə Astara rayonunda anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, DOST agentliyində xadimə işləyən, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar