Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-340/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, evli, iki azyaşlı uşağı olan, “Ağçiçəyim” mağazasında dizayner işləyən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 15/56 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, G.Əsədov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu tərəfindən Şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4457/2020 nömrəli qərardadına dair icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4457/2020 nömrəli qərardadına əsasən iki azyaşlı uşağının anaları, X6 ilə ünsiyyətdə olmalarına maneələrin yaradılması ona qadağan edilmiş, N.A.İlalovanın azyaşlı uşaqları ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. O, uşaqlarının anaları X6 ilə görüşmələrinə etiraz etmir, sadəcə uşaqların özləri anaları ilə görüşmək istəmirlər. N.A.İlalovaya uşaqlar lazım deyil, ailəli olduqları 7 il ərzində N.A.İlalovanın necə bir ana olduğunun şahidi olmuşdur. Eyni zamanda istər qohumları, istərsə də qonşuları, bir sözlə onları tanıyanlar N.A.İlalovanın necə bir ana olduğunu bilirlər. Belə ki, X2 müəyyən pis vərdişləri vardır. Buna görə də o, uşaqlarımın onunla görüşməsini istəmir, lakin icra sənədinin icrasına hər hansı bir formada maneçilik törətməmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 bildirdi ki, Şəxs uşaqlarının anaları ilə ünsiyyətdə olmalarına qəsdən maneə törətməmiş, sadəcə olaraq görüş günləri Şəxs işdə olduğu vaxta təsadüf etdiyindən, icra sənədi üzrə tələbkar N.A.İlalovanın uşaqları ilə görüşməsində müəyyən çətinliklər yaranmışdır. Buna görə də X3, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və borcluya icranı könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin buna baxmayaraq Şəxs iki azyaşlı uşağının anaları, X6 ilə ünsiyyətdə olmalarına dəfələrlə maneələr yaratdığına görə sonuncu Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək müvafiq tədbir görülməsini xahiş etmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X6 göstərdi ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4457/2020 nömrəli qərardadına əsasən Şəxs himayəsində olan iki azyaşlı uşağının onunla ünsiyyətdə olmalarına maneələrin yaradılması Şəxs qadağan edilmiş, onun (N.A.İlalovanın) azyaşlı uşaqları ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Lakin Şəxs əvvəllər aralarında olan müəyyən anlaşılmazlıq səbəbindən ona, uşaqları ilə ünsiyyətdə olmasına maneələr yaratmışdır. Buna görə də o, icra məmuruna müraciət edərək müvafiq tədbir görməsini xahiş etmişdir. Sonda N.A.İlalova yalnız uşaqları ilə görüşmək istədiyini, borclu Şəxs barəsində isə inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4457/2020 nömrəli qərardadına dair icra vərəqəsindən görünür ki, xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci təvəllüdlü X5 iddiaçı (anaları) X6 ilə ünsiyyətdə olmalarına cavabdeh Şəxs tərəfindən yaradılan maneələr qadağan edilmiş, X2 övladları - xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2015-ci təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4457/2020 nömrəli qərardadına dair icra sənədi üzrə icraata xx xxxxxxxx 2020-ci il tarixdə başlanılmış, borclu Şəxs icranı könüllü təmin etməsi təklif edilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Şəxs xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci təvəllüdlü X5 anaları X6 ilə ünsiyyətdə olmalarına maneələr yaradaraq, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4457/2020 nömrəli qərardadına dair icra sənədini üzrsüz səbəbdən icra etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən, saat 16:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-340/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-340/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver