Məhkəmə qərarları › İş №3(010)-341/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-341/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-341/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidmətinin vəzifəli şəxsinin inzibati xəta haqqında iş üzrə 08 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru polis leytenantı X5 08 fevral 2022-ci ildə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 338.4.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, eyni tarixli TP seriyalı ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 338.4.1-ci maddəsi ilə təqsirli bilərək 40 manat miqdarında cərimə etmişdir. X4 həmin qərardan şikayət verib. X4 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. O, cümlədən bildirir ki, 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yaşadığı evin yaxınlığındakı (Lukoyl YDM yaxınlığındakı) dairədə motosikleti ilə qanunauyğun şəkildə manevr edərkən polis leytenantı Ceyhun Eminbəyli tərəfindən saxlanılmışdır. Onun düzgün manevr etmədiyini bildirərək İXM-nin 338.4.1-ci maddəsinə əsasən 40 manat cərimələnməsi barədə qərar qəbul etmişdir. O, yaşıl işıqda keçərək dairəyə daxil olmuş və bu halda ortalıqda saxlamayıb manevri tamamlamalı idi. Lakin polis leytenantı bununla razılaşmadı və qeyd olunan qərarı qəbul etdi. Hesab edir ki, onun hərəkətlərində inzibati xəta olmadığından ona edilən inzibati tənbeh qismində cərimə qanunsuzdur. Göstərilənlərə əsasən Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidmətinin vəzifəli şəxsinin inzibati xəta haqqında iş üzrə 08 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidməti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidməti nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru polis leytenantı X3 08 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 338.4.1-ci maddəsi ilə təqsirli bilərək 40 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, eyni, yəni 08 fevral 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidməti nümayəndəsini göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Buna baxmayaraq, X4 barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyi gün inzibati xəta haqqında iş üzrə qərar qəbul edilib. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halını sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidməti nümayəndəsini məhkəməyə göndərməmiş, hadisənin videogörüntüsünü təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru polis leytenantı X3 X1 Azərbaycan Respublikası İXM-nin 338.4.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilməsinə dair 08 fevral 2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidmətinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar