Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3412/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sərdliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 Xəzər Rayon Polis İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş 13 may 2024-cü il tarixli, MN № ******* nömrəli İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Xəzər Rayon Polis İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş 13 may 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 26 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X2 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, Xəzər rayon Polis İdarəsinin MN № ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı 1500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın surətini o, tələb etdiyi halda ona xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmin qərar qanun normaları pozulmaqla qəbul olunduğu üçün ləğv edilməlidir. Belə ki, mübahisələndirdiyi qərarda tərəfindən İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı xx.xx.2024-cü il tarixdə saat 18:24-də törətməyi göstərilmişdir. Halbuki həmin tarixdə və həmin saatda o, ümumiyyətlə Xəzər rayonunun ərazisində olmamış, Suraxanı rayonun ərazisində olmuş, buna dair sübutları da vardır. Əslində Xəzər rayon RPİ-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə saat 23.00 radələrində yolda saxlamışlar. Yəni protokolda və qərarda göstərilən hadisə protokolda və qərarda göstərilən vaxtda olmamışdır. İXM-nin 243.0-cı maddəsində göstərilir ki, yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni: 243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilirlər. O, yerin təkindən istifadə qaydasını pozmamış, belə ki, daş, qum və neft çıxarma kimi fəaliyyətlə məşğul olmur, adi sürücüdür onu saxlayan zaman yük avtomobilində mişar daşı olmuş, həmin mişar daşı qırıntılarını Suraxanı rayonu ərazisindən pulunu ödəməklə almışdır. Odur ki, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi standartlarını (normalarını, qaydalarını) poza bilməz. Hadisə Xəzər rayonu Qolf adası deyilən ərazidə baş vermiş, belə ki, o, yük maşınını idarə edən zaman Xəzər rayon Pİ əməkdaşları tərəfindən saxlanılmış, avtomobildə daş qırıntılarını apamış, həmin daş qırıntılarını pul ilə almışdır, özü yerin təkindən çıxarmamışdır, bunun üçün o nə texnikaya, nə də işçilərə və s. malik deyildir. Hesab edir ki, onun əməlində İXM-nin 243.0.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. İXM əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Lakin inzibati xəta haqqında işə baxılan zaman dəvət edilməmişdir. İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda nələrin qeyd olunması aydın şəkildə təsvir edilmişdir. Lakin inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi yer, yaşadığı ünvan, inzibati xətanın mahiyyəti, inzibati xətanın törədildiyi yer və digər zəruri məlumatlar göstərilməmişdir ki, bu da inzibati xəta haqqında protokolun İXM-nin müddəalarına zidd olmasını və həmin protokol nəticəsində də qəbul edilmiş qərarın qanunsuz olmasını bir daha təsdiq edir. İXM-nin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda nələrin göstərilməli olması da aydın şəkildə təsvir olunmuşdur. Mübahisələndirdiyi qərarda işin baxılmasının yeri (ünvan), işə baxılarkən müəyyən edilmiş hallar; qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməmişdir, bununla da qərar qəbul edilən zaman İXM-nin 115 və 8-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Onun yaşayış yeri qeydiyyatda olduğu yer Suraxanı rayon olduğu üçün Suraxanı rayon məhkəməsinə müraciət edir. Göstərilənlərə əsasən Xəzər rayon Polis İdarəsinin MN № ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə inzibati orqanın qərarından şikayət vermiş şəxs X5 izahatında göstərmişdir ki, məhkəməyə yazdığı ərizəni təsdiq edir. Avtomobil özünə məxsusdur, heç kimə etibarnamə verməmişdir. xx.xx.2024-cü il tarixdə karyerdən daş qırıntıları almış, yük avtomobilinə yükləmiş və həmin tarixdə avtomobili özü tək idarə edərək yola çıxmışdır. Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən yolda saxlanılmış, yer təkindən istifadə qaydalarını pozduğu üçün avtomobili həmin gün gecə yağışlı havada cərimə meydançasına qoyulmuşdur. 4 gün avtomobil cərimə meydançasında qalmışdır. xx.xx.2024-cü il tarixdə Yol Patrul Xidməti ona başqa cərimə yazmış sms radar proqramına girdikdə 1500 manat cərimədən xəbərdar olmuşdur. xx.xx.2024-cü il tarixdə Xəzər Rayon Polis İdarəsinə getmişdir. Qərarı tələb etdikdə 2 gün onu gözlətmişlər sonra həmin qərar ona təqdim olunmuşdur. Bildirmişdir ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşları onu xx.xx.2024-cü il tarixdə saat 23-00 radələrində saxlasalar da, xx.xx.2024cü il tarixli MN № ******* nömrəli protokolda və inzibati tənbeh vermə haqqında qərarda xx.xx.2024-cü il tarixdə saxlanıldığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, X5 ilə həm dost, həm iş yoldaşıdır. Avtomobili sürməyə sürücülük vəsiqəsinin kateqoriyası vardır, lakin sürməyə etibarnaməsi yoxdur. X5 ilə dal-qabaq sürərək avtomobili idarə edir. xx.xx.2024cü il tarixdə X1 zaman onun yanında olmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək biryerdə avtomobilləri dal-qabaq sürərək işləmişlər. 13 may 2024-cü il tarixdə bütün gün avtomobil onun özündə olmuş və özü idarə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhər Xəzər Rayon Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X5 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə Bakı şəhər Xəzər Rayon Polisi İdarəsi tərəfindən barəsində qəbul olunmuş 13 may 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Bakı şəhər Xəzər Rayon Polis İdarəsi tərəfindən barəsində qəbul olunmuş 13 may 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X3 tələb etdiyi halda xx.xx.2024-cü il tarixdə şəxsən təqdim olunmuşdır. Buna görə də məhkəmənin 12 avqust 2024-cü il tarixli qərardadı ilə X2 vəsatəti təmin olunmuş və 13 may 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət üzürlü hesab olunaraq bərpa edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X4 dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması maddəsinə əsasən Bakı şəhər Xəzər Rayon Polis İdarəsi tərəfindən barəsində qəbul olunmuş 13 may 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biri də 134.1.4-cü maddədə qeyd olunmuş bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X2 məhkəməyə verdiyi izahatından görünür ki, mübahisələndirdiyi qərarda tərəfindən İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı xx.xx.2024-cü il tarixdə saat 18:24-də törətməyi göstərilmişdir. Halbuki həmin tarixdə və həmin saatda X5 ümumiyyətlə Xəzər rayonun ərazisində olmamışdır, Suraxanı rayonun ərazisində olmuşdur. Xəzər Rayon Polis İdarəsi əməkdaşları X4 xx.xx.2024-cü il tarixdə saat 23-00 radələrində saxlamışlar, lakin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokolda qeyd olunmuşdur ki, X4 xx.xx.2024-cü il tarixdə saxlamışlar. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X2 əməlində hazırkı vəziyyətdə İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını deməyə əsas vermir. İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXMnin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, X5 tərəfindən 13 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunaraq qərar ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 əməlində Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, X5 tərəfindən 13 may 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunsun və qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan Xəzər rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3412/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3412/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver