Məhkəmə qərarları › İş №3(010)-3414/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3414/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3414/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndəsi X1 və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 29 iyul 2024-cü il tarixdə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən valyuta tənzimi qaydalarının pozulması, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 23 iyul 2024cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, hüquqi şəxs Şəxs 37725.53 Avro məbləğində vəsaiti 24 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12391.80 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 iyun 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə 23 iyul 2024-cü il tarixdə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində 23 iyul 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolda göstərilmişdir ki, Şəxs 37725.53 Avro məbləğində vəsaiti 24 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12391.80 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə sənaye və motor yağlarının Şəxsnə 75.451.06 (yetmiş beş min dörd yüz əlli bir AVRO altı sent) qiymətinə satılması ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən çatdırılma vaxtı birinci ödəniş qəbul edildiyi gündən 60 gün ərzində, məbləğin 50 faizi qabaqcadan, 50 faizi isə həftə ərzində malların yüklənməsindən əvvəl ödəniş olunur. Şəxs tərəfindən 37725.53 Avro məbləğində vəsait 24 iyun 2022-ci il tarixdə xaricə köçürülmüş 12391.80 Avro qalıq məbləği qalmışdır. Qalığ məbləğin hissə-hissə ödənişi ilə bağlı razılıq əldə olunmuşdur. xx.xx.2022-ci il tarixdə yenidən sənaye və motor yağlarının Şəxsnə 69.337.05 (altmış doqquz min üç yüz otuz yeddi AVRO beş sent) qiymətinə satılması ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli 2***-******* № Kredit Nota əsasən, bu müqavilənin məbləğindən 12.391,80 AVRO çıxılaraq müvafiq olaraq, ödəniləcək məbləğ 56.905.25 AVRO olacağı göstərilmişdir. Bu məbləğin 50%-i əvvəlcədən, qalan 50%-i isə malların göndərilməsinə bir həftə qalmış ödənilir. Bildirmişdir ki, müqavilədən görünür ki, göstərilən məbləğ bir-birini əvəz etmiş və qalığ məbləğ ödənişi tam şəkildə icra olunmuşdur. Yəni sifariş verilmiş malların tam olaraq ölkəyə gətirildiyini və pulun tam məbləğdə ödənildiyini, qalığın qalmadığını qeyd etmişdir. Qeyd edilənlərin nəzərə alınmasını, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, hüquqi şəxs Şəxs 37725.53 Avro məbləğində vəsaiti 24 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12391.80 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə sənaye və motor yağlarının Şəxsnə 75.451.06 (yetmiş beş min dörd yüz əlli bir AVRO altı sent) qiymətinə satılması ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən çatdırılma vaxtı birinci ödəniş qəbul edildiyi gündən 60 gün ərzində, məbləğin 50 faizi qabaqcadan, 50 faizi isə həftə ərzində malların yüklənməsindən əvvəl ödəniş olunur. Şəxs tərəfindən 37725.53 Avro məbləğində vəsait 24 iyun 2022-ci il tarixdə xaricə köçürülmüş 12391.80 Avro qalıq məbləği qalmışdır. 2 il müddət keçsə də, 12391.80 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. 13 may 2022-ci il tarixli 21/22 saylı müqavilə əsasında 75.451.06 avro məbləğində sifariş verilmiş mal və ya onun pulu geri qaytarılmalı olduğu halda hüquqi şəxs tərəfindən gömrük bəyannaməsində qeyd olunmuş 44-cü qrafadakı 4011-21/22 müqavilədə 63059,26 avro qeyd olunmuş, lakin 12391.80 Avro vəsaitin xaricdən qaytarılması müəyyən edilməmişdir. Buna görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 23 iyul 2024-cü il tarixdə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan telefonoqramdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxsnə məxsus ********** əlaqə nömrəsinə hüquq məsləhətçi Arzu Əliyeva tərəfindən avans ödənişi ilə bağlı sənədlərin dərhal Mərkəzi Banka təqdim edilməsi məqsədilə müvəkkil bank tərəfindən təqdim edilmiş telefon nömrəsi ilə əlaqə saxlanılmağa cəhd edilmiş, lakin əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 13002-01/44 nömrəli "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx/xx/2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədləri təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 21/22 nömrəli satış müqaviləsindən görünür ki, 13 may 2022-ci il tarixdə sənaye və motor yağlarının Şəxsnə 75.451.06 (yetmiş beş min dörd yüz əlli bir AVRO altı sent) qiymətinə satılması ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən çatdırılma vaxtı birinci ödəniş qəbul edildiyi gündən 60 gün ərzində, məbləğin 50 faizi qabaqcadan, 50 faizi isə həftə ərzində malların yüklənməsindən əvvəl ödəniş olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 34/22 saylı satış müqaviləsindən görünür ki, 19 avqust 2022-ci il tarixdə sənaye və motor yağlarının Şəxsnə 69.337.05 (altmış doqquz min üç yüz otuz yeddi AVRO beş sent) qiymətinə satılması ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli 2***-******* № Kredit Nota əsasən, bu müqavilənin məbləğindən 12.391,80 AVRO çıxılaraq müvafiq olaraq, ödəniləcək məbləğ 56.905.25 AVRO olacaq. Bu məbləğin 50%-i əvvəlcədən, qalan 50%-i isə malların göndərilməsinə bir həftə qalmış ödənilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 37725.53 (otuz yeddi min yeddi yüz iyirmi beş AVRO əlli üç sent) ödəniş olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, nümayəndələrin izahatlarını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarına əsasən - Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Valyuta nəzarətinin məqsədi isə valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir (“Valyuta tənzimi haqqında” Qanunun 14-cü maddəsi). İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi təqsirlilik məsələsini mübahisələndirir və hüquqi şəxs özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, hüquqi şəxs Şəxs əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli satış müqaviləsindən də göründüyü kimi 13 may 2022ci il tarixdə sənaye və motor yağlarının Şəxsnə 75.451.06 (yetmiş beş min dörd yüz əlli bir AVRO altı sent) qiymətinə satılması ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən çatdırılma vaxtı birinci ödəniş qəbul edildiyi gündən 60 gün ərzində, məbləğin 50 faizi qabaqcadan, 50 faizi isə həftə ərzində malların yüklənməsindən əvvəl ödəniş olduğu halda müəyyən edilmiş, 24 iyun 2022-ci il tarixdə ödənişin 50 faizi yəni 37725,53 avro Kapital Bank vasitəsilə köçürülmüşdür. 11 avqust 2022-ci il tarixli gömrük bəyannaməsindən göründüyü kimi 21/22 saylı müqaviləyə əsasən 63059,26 avro məbləğində mal ölkəyə gətirilmiş və bəyan edilmişdir. Qalıq qalmış 12.391.80 avro məbləğində mal isə kredit nota əsasən həmin məbləğdən çıxılmışdır. 19 avqust 2022-ci il tarixli 34/22 saylı müqaviləyə əsasən isə xx.xx.2022-ci il tarixli kredit nota əsasən bu müqavilənin məbləğindən 12.391.80 avro çıxılacaq, müvafiq olaraq ödəniləcək məbləğ 56.905.25 avro olacaq. Göründüyü kimi hüquqi şəxs tərəfindən qeyd olunan məbləğ tam ödənilmiş, buna görə də alınan mallar ölkəyə idxal edilmişdir. Sadəcə olaraq texniki yalnışlıq səbəbindən 11 avqust 2022-ci il tarixli gömrük bəyannaməsində bir-biri ilə bağlı olan və bir-birini izləyən 13 may 2022-ci il tarixli 21/22 və 19 avqust 2022-ci il tarixli 34/22 saylı müqavilələr birlikdə qeyd edilməmiş, buna görə də 12.391.80 avro məbləğində vəsaitin və ya sifariş olunmuş malın idxal edilməsi ilə bağlı ziddiyyət yaranmışdır. Buradan da göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunanlar yəni, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Oxşar hal hüquqi şəxsin fəaliyyətində də mövcuddur. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs tərəfindən protokolda göstərilən məbləğin tam şəkildə ödənilməsini və malların ölkəyə gətirilib bəyan edilməsini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati məsuliyyətdən azad edilsin və onun barəsində tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar