Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3417/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Hüquq idarəsinin baş məsləhətçisi X8 iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 29 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X5 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, hazırda o, "xxxx" X6 yaşıyır və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 28 oktyabr 2022-ci ildə qeydiyyata alınmış kiçik bir coffee-shopu vardır. Bu coffe-shop “take-away” sistemi ilə fəaliyyət göstərir. Yəni təkbaşına coffeni düzəldir, sifariş verən isə kofesini alaraq gedir və yaxud əyləşərək içib, salonu tərk edir. İnzibati xətalara dair iş üzrə bildirmişdir ki, ona məxsus olmayan və onunla heç bir əlaqəsi olmayan paltar dükanında işçi işlətdiyinə görə inzibati xəta törətdiyi üçün cərimə edilmişdir. Halbuki buna əsas verən inzibati icraatın başladılma əsası olmamışdır. İş üzrə subyektiv hüquqa sahib olmayan vətəndaş müraciəti əsasında polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Demək olar ki, tanımadığı və qiyabi tanışlığı olan şəxslər əsas göstərilərək ona aid olmayan obyektdə işçi işlətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4.000 (dörd min) manat cərimə edilmişdir. İddia edilən inzibati xəta törədilən obyekt "xxxx" MMC ilə X18 arasında notariusda bağlanılmış 14 dekabr 2022-ci il tarixli 3M-3475 №-li müqaviləylə fərdi sahibkar Rza Vahabova məxsusdur. İnzibati xətanın obyektinin onunla hüquqi, inzibati, siyasi, sosial, maddi hər hansısa bir əlaqəsi yoxdur, həmin obyektin sahibi, vəzifəli şəxsi deyildir, maddi və hər hansısa asılılığı yoxdur. İş üzrə əlavə edilən sənədlərdən də açıqca görünür ki, bu müqavilənin tərəfi və işçisi olmadan barəsində inzibati xəta haqqında qərar verilmişdir. Hesab edir ki, inzibati xətanın subyekti və obyekti olmayan onun barəsində tətbiq edilən 4.000 (dörd min) manat cərimə qanunsuzdur, inzibati icraat haqqında qanunun tələbləri pozularaq icraat aparılmışdır. Polis bölməsində rusdilli olduğunu və Azərbaycan dilini yaxşı bilmədiyi bildirilsə də nə tərcüməçi, nə də müdafiəçiylə təmin edilməmişdir. Zorla, hədə-qorxu gələrək kompüter tərəfindən yazılmış ərizələr ona imzaladılmışdır. Müstəntiq “Bu sənədləri imzala, onsuz da bu işi bağlayacağıq.” deyərək onu aldatmışdır. Daha sonra bu izahatlar arasında guya ki, uyğunsuzluq olduğu səbəbindən Əmək Müfəttişliyi Xidmətinə verdiyi şikayət üzrə qərar qüvvədə saxlanılmışdır. Bu əsasları nəzərə alaraq X15 Xidməti Bakı Şəhər İdarəsinin 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 izahatında bildirdi ki, ərizəsində qeyd olunanları təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" X1 bir coffeeshopu vardır. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş idman malları mağazası ilə heç bir əlaqəsi yoxdur. Zorla, hədə-qorxu gələrək kompüter tərəfindən yazılmış ərizələr ona imzaladılmışdır. Müstəntiq “Bu sənədləri imzala, onsuz da bu işi bağlayacağıq.” deyərək onu aldatmışdır. Sonda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Hüquq idarəsinin baş məsləhətçisi X12 bildirdi ki, inzibati xəta haqqında iş üzrə materiallar Suraxanı rayon Prokurorluğu tərəfindən göndərilmişdir. İnzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas X4 Xidmətin Bakı şəhər idarəsində verdiyi yazılı izahatı olmuşdur, o izahat verdiyi zaman bildirmişdir ki, Təhminə Məmmədova ilə razılaşaraq idman malları mağazasının bir hissəsini icarəyə götürmüşdür. Həmin mağaza sonuncu tərəfindən işlədilir. T.Məmmədova mağazada olmadığı vaxtlarda mağaza bağlanılmır. Mağazanın yerləşdiyi binada yaşayan bir qadın və bir kişi olmaqla iki nəfər mağazada işləyir. Sonuncu ilə işçilər arasında əmək müqaviləsi olmamış, o, işçilərə aylıq olaraq 400 (dörd yüz) manat məbləğində nağd əmək haqqı ödəmişdir. X2 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X7 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsi ilə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddəti övladının xəstəliyi ilə əlaqədar Bakı şəhərində olmamağı səbəbi ilə buraxmışdır. Buna görə də məhkəmənin 08 avqust 2024-cü il tarixli qərardadı ilə X5 itirilmiş müddət üzürlü hesab edilərək vəsatəti təmin olunmuş və 01 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən şikayət verilməsi müddəti bərpa edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Azərbyacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 27 may 2024-cü il tarixli, 3-17-5/3-1-4738/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarından görünür ki, Təhminə Məmmədova tərəfindən Fatimə və Əkbər adlı şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "MİDA 1” yaşayış kompleksi, 2 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satıcı vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, bununla da, T.Məmmədova Xidmətin Bakı şəhər İdarəsinin 01 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Sonuncu 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş və şikayət bununla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olmuş 26 fevral 2024-cü il tarixli, 2-2-320-169-X-24 nömrəli qərarın protokol və ya prokurorun qərarının olması məlum deyil. T.Məmmədova bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün əsas olan sənədlə tanış edilməmiş, Fatimə və Əkbər adlı şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilmələri faktı barədə məlumatlandırılmamışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat düzgün aparılmamışdır. Həmçinin şikayətdə bildirmişdir ki, sözügedən şəxsləri tanıyır, lakin onları daha çox özünün işlədiyi obyektdə yox, həmin obyektin yanında yerləşən digər obyektdə görmüşdür. Əgər həmin şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı mövcud olsa belə, T.Məmmədova həmin xətanın subyekti deyildir. Əlavə olaraq, şikayət ərizəsində qeyd edilmişdir ki, 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli Qərar qanunvericilikdə nəzərdə tutulan iki gün ərzində barəsində qərar qəbul edilmiş fiziki şəxsə verilməli olduğu halda, həmin qərarın 3-17-5/2- 19800/2024 nömrəli müşayiət məktubu 06 aprel 2024-cü il tarixlidir. X15 Xidməti Təhminə Məmmədovanın inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq və inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab etmişdir ki, Xidmətin Bakı şəhər İdarəsinin 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli Qərarı qüvvədə saxlanılmalıdır. Qərarın təsviri hissəsində qeyd olunan X5 Suraxanı rayon Polis İdarəsində verdiyi yazılı izahatından müəyyən olunur ki, onun idman malları mağazasında Fatimə və Əkbər adlı iki satıcısı olmuş, həmin şəxslərlə aralarında əmək müqaviləsi olmamış, o, Fatimə adlı işçiyə şəxsən aylıq olaraq 400 (dörd yüz) manat məbləğində nağd əmək haqqı ödəmişdir. 12 fevral 2024-cü il tarixli Suraxanı rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Təhminə Məmmədova əmək müqaviləsi bağlamadan fiziki şəxsləri işlərin görülməsinə cəlb etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. Suraxanı rayon Prokurorluğunun 12 fevral 2024-cü il tarixli, 2-2-320-169-X-24 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından müəyyən olunur ki, vəzifəli şəxs T.Məmmədova Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA 1" yaşayış kompleksi, 2 nömrəli binada yerləşən icarə qaydasında işlətdiyi idman geyimləri mağazasında əmək müqaviləsi olmadan Fatimə və Əkbər adlı fiziki şəxsləri işlərin görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. X10 X15 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi yazılı izahatından müəyyən olunur ki, o, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA 1” yaşayış kompleksində kirayə evdə yaşayır. Təhminə Məmmədovanı tanıyır, onun yaşadığı ünvanda idman malları və kofe satışı ilə məşğul olur. Lakin izahatında T.Məmmədova tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmədiyini qeyd etmişdir. X9 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində verdiyi yazılı izahatından müəyyən olunur ki, idman malları mağazası ona məxsusdur. Əkbər və Fatimə adlı şəxslər mağazanın olduğu ünvanda qonşuluqda yaşayırlar. Onlar həm də T.Məmmədovanın qohumlarıdır və mağazaya geyim paltarları almaq üçün gəlib getmişlər. Lakin onlar mağazanın fəaliyyətinə işçi kimi cəlb edilməmişlər. Suraxanı rayon Polis İdarəsində verdiyi izahat təhrif edilmişdir. Həmin izahatı polis əməkdaşının təkidi ilə imzalamışdır. X4 Xidmətin Bakı şəhər İdarəsində verdiyi yazılı izahatından müəyyən olunur ki, T.Məmmədova ilə razılaşaraq idman malları mağazasının bir hissəsini icarəyə götürmüşdür. Həmin mağaza sonuncu tərəfindən işlədilir. Təhminə Məmmədova mağazada olmadığı vaxtlarda mağaza bağlanılmır. Mağazanın yerləşdiyi binada yaşayan bir qadın və bir kişi olmaqla iki nəfər mağazada işləyir. Qərardan verilmiş şikayətin araşdırılması zamanı T.Məmmədovanın Xidmətdə verdiyi izahatda bildirilir ki, Suraxanı rayon Polis İdarəsində verdiyi izahatda göstərilən Fatimə və Əkbər adlı şəxslərin onun tərəfindən idman malları mağazasında işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir. Həmçinin bildirmişdir ki, idman malları mağazası ona məxsus deyil, həmin mağaza X13 istifadəsindədir. İş materiallarına əlavə edilmiş 14 dekabr 2022-ci il tarixli 3M-3475N-li icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə verən "xxxx" MMC, icarəçi isə X16r. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 192.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İş materiallarından göründüyü kimi X7 VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Buna görə də Təhminə Məmmədova vəzifəli şəxs qismində maddənin sanksiyasında nəzərdə tutulmuş məbləğdə inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Buna görə də məhkəmə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X5 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X5 barəsində qəbul olunmuş 01 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3417/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3417/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver