Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-342/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, subay, orta təhsilli, motokuryer kimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(010)-3674/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 23 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədnin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, o, borcunu qəbul edir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. İşsiz olduğu üçün borcunu ödəyə bilməmişdir. Hal-hazırda heç bir ödəniş edə bilmir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(010)-3674/2019 saylı icra sənədi üzrə tələbkar X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(010)-3674/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 23 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tələbkar onun xeyrinə tutulmalıdır. Lakin borclu aliment borcunu ödəmir. X1, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. 24 fevral 2022-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X11 məhkəmədə bildirmişdir ki, 24 sentyabr 2019-cu il tarixli qərarla icraata başlanılan, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3674/2019 saylı, 17 iyul 2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs 23 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün 02.09.2019-cu il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir.İcra sənədi 24 sentyabr 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq bu barədə tərəflərə məlumat verilmişdir. Borclu Şəxs 14 sentyabr 2019-cu il tarixdə şöbəyə dəvət olunmuş, qərar və təlbin könüllü icrası haqqında bildirişin surətləri ona şəxsən təqdim edilməklə tələbi könüllü olaraq təmin etməsi üçün qanunla müəyyən edilmiş qaydada vaxt verilmişdir.İcra sənədinin icrası borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclu Şəxs adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu 25 yanvar 2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və ona icra sənədinin icrasını təmin etməyəcəyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə rəsmi qaydada xəbrdarlıq edilmişdir.Bundan sonra borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və o, 05 fevral 2021-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borcluya izahatında tələbi təmin etməsi üçün ona sonuncu dəfə 08 fevral 2021-ci il tarixə qədər vaxt verilmişdir. Borclu Şəxs 08 fevral 2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında daimi iş yeri olmadığından aliment ödəyə bilməyəcəyni bildirmişdir.Borclu tərəfindən icra məmurunun qanuni tələbləri və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təmin edilmədiyindən onun barəsində 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə verilmiş və məhkəmənin 3(010)-304/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərarı ilə borclu inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində on gün müddətinə inzibati qaydada həbs tətbiq olunmuşdur.Suraxanı Rayon Məhkəməsinin 8(010)-94/2021 saylı, 10 mart 2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ verilmiş təqdimat əsasında məhdudlaşdırılmışdır.Tələb borclu tərəfindən təmin edilmədiyindən ona 31.08.2021-ci il, 10.09.2021-ci il, 17.01,2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və bu hal tələbkarın haqlı narazılığına səbəb olmuşdur.İcraat dövründə borclu Şəxs tərəfindən icra sənədi üzrə heç bır ödəniş edilməmiş və 24.02.2021-ci il tarixə qədər 4640 (dörd min altı yüz qırxi) manat aliment borcu yaranmışdır. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerim yetirmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(010)-3674/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 23 iyun 2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 24 sentyabr 2019-cu il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(010)-3674/2019 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(010)-3674/2019 saylı icra sənədi üzrə 4.640 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 11 mart 2022-ci il tarixdən, saat 15:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-342/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-342/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver