Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3427/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 28 avqust 2000-ci ildə Ucar rayonu, Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, X1 əməkdaşlıq bölməsinin inspektoru vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon prokurorluğu tərəfindən təqdim olunmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarındaki şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişələr zamanı sonuncunu döyərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən fiziki ağrı yetirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materiala baxılmasının yeri və vaxtı barədə Suraxanı rayon prokurorluğuna vaxtında məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə materiala nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Suraxanı rayon prokurorunun köməkçisi X3 izahatında bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək əri DİNin X1 əməkdaşlıq bölməsinin inspektoru vəzifəsində işləyən, polis leytenantı Şəxs tərəfindən döyülməsini bildirmiş və həmin müraciət əsasında Suraxanı rayon prokurorluğunda araşdırma aparılmışdır. Tərəflərin və şahidlərin izahatları alınmış, məhkəmə-tibbi ekspertizasının rəyləri verilmişdir. Materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertiza rəylərindən görünür ki, Zərərçəkmiş şəxs döyülməsi nəticəsində almış olduğu xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs döyülməsi faktında Şəxs əməlində hər hansı cinayət tərkibinin əlamətləri mövcud olmadığından xx.xx.2024-ci il tarixdə 177-C-24 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıması haqqında qərar qəbul edilərək, toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Təxminən 2024-cü ilin mart-aprel ayından münasibətləri korlanmış, aralarında sözlü mübahisələr yaranmışdır. Buna səbəb maddi vəziyyətində sıxıntılara bağlı olmuşdur. O, heç vaxt Zərərçəkmiş şəxs döyməmiş və xəsarətlər yetirməmişdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr ayından etibarən Ucar rayonunda tanış olduğu Şəxs ailə quraraq ünvan 3 ünvanından birgə mənzil alıb həmin ünvana köçmüşlər. Bakı şəhərinə köçdükdən sonra aralarında ailə münasibətləri zəmnində münaqişələr olmuş, Şəxs onu 27 yanvar 2024-cü il tarixdə möhkəm döyərək burun nahiyəsinə zərbələr vurmuşdur. Həmin gün burun və üz nahiyəsindəki xəsarətlərin şəkilini çəkmişdir. Bir neçə gün burnu ağrıdığı üçün 30 yanvar 2024-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzinə müraciət edərək tibbi sənəd əldə etmişdir. Xəstəxanaya müraciət edən zaman ailəsinin dağılmaması üçün yalandan orada döyülmədiyini bildirmişdir. Bundan başqa 04 aprel 2024-cü il tarixdə Şəxs işdən gəldikdən sonra axşam saat 22:00 radələrində yenə də, aralarında ailə münasibətləri zəminində münaqişə yaranmışdır. Şəxs qısqandığı üçün bir neçə iradını bildirmişdir. Bu səbəbdən aralarında münaqişə yaranmış, Şəxs onu döydükdən sonra döyülmüş halda onun telefonu ilə videoya çəkmiş, tez-tez açıb baxmağı bildirmişdir. Həmin vaxt azyaşlı qızı da evdə olmaqla səsə yuxudan oyanmış və xəsarətlərə şahid olmuşdur. Səhəri gün, yəni 05 aprel 2024-cü il tarixdə valideynlərinə döyülməyi barədə məlumat vermişdir. 09 aprel 2024-cü il tarixdə Şəxs onu qızı ilə birgə Ucar rayonuna aparmışdır. Ucar rayonunda valideynlərinin yanında olarkən bədəni üzərindəki xəsarətləri atası və anasına göstərmişdir. Təxmini 3 gün sonra, yəni 12 aprel 2024-cü il tarixdə ağrıları olduğu üçün ailə üzvlərinin məsləhəti ilə Bakı şəhərinə gəlib X5 müraciət etmişdir. 2 gün Bakı şəhərində qaldıqdan sonra yenidən Ucar rayonuna qayıtmışdır. Təxmini 20 gün qaldıqdan sonra ailənin dağılmaması üçün Şəxs ilə barışmaq qərarına gəlib, Bakı şəhərinə yaşadıqları evə qayıtmışdır. Yenə də, münaqişələri davam etmişdir. Şəxs sonuncu dəfə 04 iyun 2024-cü il tarixdə onu döyərək xəsarətlər yetirmiş, onu və ailə üzvlərini təhqir etmişdir. Əvvəllər döyülməyi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Göstərilənlərə əsasən Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli 407 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilk məlumata və ekspertiza qarşısında qoyulmuş suallara əsasən Zərərçəkmiş şəxs boyunun, sağ bazu oynağı nahiyəsinin, sağ bazunun və sağ budun qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin dediyi 04 iyun 2024-cü il tarixdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli 07/407 nömrəli əlavə ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs təkrari müayinəsinə, adına tərtib edilmiş 407 saylı məhkəmə-tibbi ekspertizası rəyinə, təqdim edilmiş tibbi sənədlərə (Bakı Sağlamlıq Mərkəzi və X7) və ekspertiza qarşısında qoyulmuş əlavə suallara əsasən Zərərçəkmiş şəxs boyunun, sağ bazu oynağı nahiyəsinin, sağ bazunun və sağ budun qançırları müəyyən edildi, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin dediyi xx.xx.2024-cü il tarixdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Bu haqda 407 saylı məhkəmə-tibbi ekspertiza rəyi tərtib edilmişdir.). Vət.Zərərçəkmiş şəxs «Döş qəfəsinin əziyi. Sağ tərəfli döş qəfəsinin arxa səthinin, sağ sağrı nahiyəsinin, sağ çiyin nahiyəsinin dərialtı qançırları» (tibbi sənəd əsasında) müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər özünün dediyi və qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs özünün dediyi kimi və qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzində sadəcə kəllənin rentgen müayinəsindən keçirilmişdir, travmatoloqun müayinəsindən isə keçirilməmişdir və buna görə də almış olduğu xəsarət(lər)ə görə hər hansı bir diaqnoz tərtib olunmamışdır. İş materiallarında olan Suraxanı rayon prokurorluğunun müstəntiqi X2 29 iyul 2024cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat başlanmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Hazırki iş materiallarından, ekspertiza rəylərindən, habelə proses iştirakçılarının məhkəmə iclasında verdikləri izahatlarından müəyyən edilmişdir ki, 04 iyun 2024-cü il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zəminində Şəxs Zərərçəkmiş şəxs zərbə vurmaqla ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin təqdim etdiyi videogörüntüyə və fotoşəkillərə baxış zamanı qeyd edilən hal öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, görüntü evdə qeydə alınmışdır. Zərərçəkmiş şəxs otaqda döşəmə üzərində oturaraq Şəxs bundan sonra verdiyi sözləri tutacağını, verdiyi sözə əməl etməyəcəyi halda başını kəsməsini demişdir. Bilal ona sakit dur dedikdə sakit duracağına, sözünə baxacağına dair sual verdikdə Aydan ona sözə baxacağını bildirir. Bilal ona əks halda nə edəcəyini soruşduq qa, Aydan ona başını kəsməsini bildirir, Bilal isə qanını halal edəcəyi barədə sual verir, Aydan halal edəcəyini bildirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərə də baxış keçirilmişdir, həmin fotoşəkillərdə Zərərçəkmiş şəxs üzərində xəsarətlərin olması müşahidə olunmuşdur. Suraxanı rayon prokurorluğunun müstəntiqi X4 ekspert rəyləri əsasında cinayət işinin başlanılmasının rədd edilməsi qənaətinə gəlməsinə baxmayaraq məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyərək, videogörüntüyə və fotoşəkillərə baxış keçirərək hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri aşkar olunduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə olan inzibati xəta haqqında material Suraxanı rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri aşkar olunduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında material Suraxanı rayon prokurorluğuna geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3427/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3427/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver