Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3428/2025 25.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X9 iştirakları ilə, 2005-ci ildə Bakı şəhərində anadan olmuş, işləməyən, məhkum olunmamış, əlilliyi olmayan, şəxsiyyət vəsiqəsi olmayan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında müvəqqəti yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş 21 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev-73 B ünvanında açıq həyətdən iki ədəd od samovarı oğurlamışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı X8 19 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti 33-cü Polis Bölməsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 21 avqust 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X13 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 21 avqust 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X13 verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan vətəndaş X2 Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə ərizə ilə müraciət edib, həmin tarixdə ona məxsus iki ədəd od samovarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını, baş vermiş hadisəyə görə isə ona ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Təhqiqat araşdırması zamanı ünvan 3 ünvanında yaşayan X3 müraciəti əsasında Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri ƏAT nəticəsində isti izlərlə hadisəni törətməkdə şübhəli bilinən X1 Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə gətirilmiş, X7 izahatında törətdiyi əməli səmimi etiraf etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı X8 19 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü ona həvalə edilmişdir. Buna görə də 21 avqust 2025-ci il tarixdə tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəməyə zərərçəkmiş şəxs X3 ərizəsini təqdim edərək bildirmişdir ki, zərərçəkmiş şəxsə iki ədəd od samovarı qaytarılmış və ziyan tam ödənilmişdir. Bu barədə zərərçəkmiş şəxsin şikayəti və tələbi yoxdur və ərizə verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Zığ qəsəbəsinə gələrək pula ehtiyacı olduğundan tanımadığı küçədə qapının qarşısında da olan 2 ədəd od samovarını götürüb ordan uzaqlaşmışdır. Həmin hadisəni o, törətmiş, əməlindən peşimandır, polis əməkdaşları tərəfindən tutulan zaman hər iki samovarı polislərə təqdim etmişdir. Ehtiyacı olduğu üçün oğurluq etmiş, hazırda hamilə olmaqla himayəsində iki uşağı var. Qeyd edir ki, zərərçəkmiş şəxslə barışıb və sonuncuya vurduğu ziyanı tam ödəyib. Bununla bağlı protokolu tərtib etmiş şəxs məhkəməyə zərərçəkmiş şəxsin ərizəsini təqdim etmişdir. Əməlindən peşman olduğunu, bir daha oğurluq etməyəcəyini bildirərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan raportlardan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan vətəndaş X2 Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə ərizə ilə müraciət edib, həmin tarixdə ona məxsus fərdi yaşayış evinin qarşısında küçədə olan iki ədəd od samovarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını, baş vermiş hadisəyə görə isə ona ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Təhqiqat araşdırması zamanı ünvan 3 ünvanında yaşayan X5 izahatında ərizəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bu xüsusat üzrə qeyd edilən ünvana baxış keçirilib, əhəmiyyət kəsb edən fotoşəkillər çəkilərək, baxış protokolu tərtib olunaraq materiala əlavə edilmişdir. Təhqiqat araşdırması zamanı ünvan 5 ünvanında yaşayan X3 müraciəti əsasında Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri ƏAT nəticəsində isti izlərlə hadisəni törətməkdə şübhəli bilinən X7 şübhəli şəxs qismində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33cü Polis bölməsinə gətirilmiş, X7 izahatında törətdiyi əməli səmimi etiraf etmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən X4 əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yaranmışdır. Odur ki, X4 barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxs X5 xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə ərizə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 73 b ünvanında 2 ədəd od samovarını evin qapısının qabağına təmizləmək üçün qoymuşdur. Evə daxil olub çıxdıqdan sonra samovarların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 izahatından görünür ki, xx.xx.2025-ci ildə Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi ev 73 b-nin qapının qarşısında 2 ədəd od samovarını təmizləmək üçün qoymuşdur. Bundan sonra ona zəng gəlmiş və o, evə girmişdir. Qayıtdıqda od samovarlarının həmin yerdə olmadığını görmüşdür. Zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə verdiyi ünvan 6 ünvanın qarşısından ona məxsus 2 ədəd od samovarının oğurlanması barədə məlumatına əsasən Suraxanı RPİ-nin 33 PB-nin əməkdaşları tərəfindən hadisəni törətmiş şəxslər yaxalanaraq, ona dəyən maddi ziyan tam ödənilmişdir. Bu barədə şikayət və tələbi yoxdur. Xahiş edir ərizəsi nəzərə alaraq inzibati icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 19 avqust 2025-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və ərizəsi, həmçinin inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla kifayət qədər təsdiq olunur. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını, zərərçəkmiş şəxsin ərizəsini, həmçinin digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 6-cı fəslində inzibati məsuliyyətdən azad etmə hissəsində 39.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə İXM-nin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3428/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3428/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver