Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3433/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhər X11 İdarəsinin YPX-nın inspektoru, polis kapitanı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X11 İdarəsinin YPX-nın inspektoru, polis kapitanı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə 30 saylı marşrut xətti üzrə **-JS-*** dövlət qeydiyyat nişanlı BYD markalı sərnişin avtobusu ilə saat 12:45 radələrində Səbail rayonu, Dilarə Əliyeva – Keykab Səfərəliyeva küçəsində təyin olunmuş xətt üzrə hərəkətdə olarkən, sağa dönmə əməliyyatı edərkən **-BZ-*** dövlət qeydiyyat nişanlı Meqan minik markalı avtomobilin sürücüsü qəfildən onu sağdan ötüb keçmək istəmişdir. O, sağ güzgüdən baxarkən sağında avtomobil olmadığı üçün hərəkətini davam etdirirdi. Digər avtomobilin anidən sağa keçməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. O, dərhal DİN-in 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmışdır. Hadisə yerinə Bakı şəhəri DYPİ-nin YPX-nin polis kapitanı, inspektor X5 yaxınlaşaraq sənədlərini almış və növbəti gün səhər saat 09:00-da Bakı şəhər DYP-nə yaxınlaşmaqlarını bildirmiş və ondan avtobusun müşahidə kamerasını tələb etmişdir. Hadisə qeyri iş günü olduğu üçün inspektora görüntünü xx.xx.2025-ci il tarixdə saat 1-dən sonra gətirəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 1 radələrində ona zəng vasitəsi ilə avtobusun müşahidə kamera görüntüsünə baxmadan günahkar olduğu bildirilmişdir. O da protokola dair qərar qəbul edilməməsini xahiş etmişdir. YPX-nın polis kapitanı X5 qərar qüvvəyə mindiyində ona xəbər edəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə telefonuna yüklədiyi “E-polis” proqramına baxarkən protokola dair qərarın qüvvədə saxlandığını görmüşdür. O, xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYP-nin idarəsinə yaxınlaşıb qərarı götürmüşdür. O, həmin qərarı tamamilə qanunsuz hesab edir. Belə ki, o, idarə etdiyi **-JS-*** dövlət qeydiyyat nişanlı BYD markalı sərnişin avtobusunda quraşdırılmış təhlükəsizlik kamerasında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunmuşdur. Videoda tam aydın şəkildə görünür ki, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yuxarıda qeyd etdiyi formada sağdan ötmə əməliyyatı edərkən idarə etdiyi avtobusun orta qapısına vuraraq qəza törətmişdir. "xxxx" MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman onun günahsız olduğu öz təsdiqini tapmışdır. Lakin inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcək. İnspektor tərəfindən onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir. "xxxx" MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış video qeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi əks olunmuşdur. Hadisədən sonra avtomobilləri hadisə yerindən tərpətmədən özünə məxsus mobil telefonla dörd tərəfdən şəkillərini çəkmişdir. O, DYP-nin inspektoruna əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtobusun uzunluğu 12 metrdən çox olduğu üçün 1-ci zolaqdan dönə bilmədiyini və öz telefonu ilə 1-ci zolaqdan dönərkən əks yola çıxaraq qarşıdan gələn nəqliyyata maneə olduğunu göstərmişdir. Göstədiyi halda yenə onun təqsirli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 12:40-da Dilarə Əliyeva – Keykab Səfərəliyeva küçəsində BYD K9UD markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir; iş materiallarına şikayətçi tərəfindən məhkəməyə təqdim olunan beş ədəd fotoşəkil və bir ədəd videodisk əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 xx.xx.2025-ci il tarixdə saat 12:40-da Dilarə Əliyeva – Keykab Səfərəliyeva küçəsində BYD K9UD markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X2 inzibati cərimənin qanunsuz yazıldığını ərizəsində qeyd edərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə 30 saylı marşrut xətti üzrə **-JS-*** dövlət qeydiyyat nişanlı BYD markalı sərnişin avtobusu ilə saat 12:45 radələrində Səbail rayonu, Dilarə Əliyeva – Keykab Səfərəliyeva küçəsində təyin olunmuş xətt üzrə hərəkətdə olarkən, sağa dönmə əməliyyatı edərkən **-BZ-*** dövlət qeydiyyat nişanlı Meqan minik markalı avtomobilin sürücüsü qəfildən onu sağdan ötüb keçmək istəmişdir. O, sağ güzgüdən baxarkən sağında avtomobil olmadığı üçün hərəkətini davam etdirirdi. Digər avtomobilin anidən sağa keçməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. O, idarə etdiyi **-JS-*** dövlət qeydiyyat nişanlı BYD markalı sərnişin avtobusunda quraşdırılmış təhlükəsizlik kamerasında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunmuşdur. Videoda tam aydın şəkildə görünür ki, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yuxarıda qeyd etdiyi formada sağdan ötmə əməliyyatı edərkən idarə etdiyi avtobusun orta qapısına vuraraq qəza törətmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X4 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X11 İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-3433/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3433/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver