Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3434/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi 20 saylı Vəkil Bürosunun vəkili Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq İdarəsinin baş məsləhətçisi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 31 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı xidmət və əməliyyat mərkəzi ünvan 1 ünvanında yerləşir. Şikayət vermiş şəxs X3 isə yaşadığı ünvan ünvan 2ıdır. Buna görə də İXM-nin 110.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə Suraxanı rayon məhkəməsində baxılması müəyyən edilmişdir. X3 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 900 (doqquz yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, X11 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi 15 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. Göstərilənləri aşağıdakılarla əsaslandırır. Belə ki, X8 həqiqətən 01 may 1985-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi 246 saylı körpələr evinə-uşaq bağçasına tərbiyəçi təyin edilmiş və 09 aprel 2024-cü il tarixə kimi həmin bağçada işləmişdir. Xəzər rayonu Buzovna qəsəbəsi 246 saylı körpələr evi-uşaq bağçasının müdirinin 09 aprel 2024-cü il tarixli, 30 №-li əmri ilə X5 əmək müqaviləsinə yaş həddinə görə 09 aprel 2024-cü il tarixdən xitam verilmişdir. Bundan sonra X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək guya son haqq hesabın ödənilməməsi barədə şikayət etmişdir. Halbuki onun müraciəti əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı olmuşdur. X5 müraciəti əsasında o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 900 (doqquz yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, qəbul edilmiş qərarla razı deyil və hesab edir ki, həmin qərar qərəzli olmaqla yanaşı qanunsuzdur. X11 Xidmətinin Bakı şəhər İdarəsi öz qərarında 2 halı nəzərdə tutmuşdur. O, X5 əmək müqaviləsinə 09 aprel 2024-cü il tarixdə xitam verildiyi, lakin son haqq-hesabın 29 aprel 2024-cü il tarixdə ödənilərək Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbini pozmuşdur. O, bu halla razılaşmayaraq bildirir ki, qanunverciliyin tələbi onun yox 246 saylı körpələr evi-uşaq bağçasının müdiri ƏlŞahid tərəfindən pozulmuşdur. Belə ki, bu barədə ondan 24 aprel 2024-cü il tarixli izahat alınmış, eyni zamanda 16 aprel 2024-cü il tarixli akt tərtib edilmişdir. Xalidə Ələkbərova izahatında bildirmişdir ki, "X12 ilə bağlanmış əmək müqaviləsi sonuncu dəfə aprelin 1-dək uzadılmışdır. Müqavilənin yenidən uzadılıbuzadılmaması dair müvafiq məktub olmadığına görə tərbiyəçi işinə davam etmişdir. Aprelin 6-sı BŞTİ-nin Xəzər rayonu üzrə kuratoru günün 2-ci yarısı onunla əlaqə saxlamış və yeni tərbiyəçinin əmrləşdirilməsini və idarəyə göndərilməsini söyləmişdir. X13 iş vaxtı olmadığına görə qeyri-iş saatında onu narahat etməmişdir. Aprelin 8-i tərbiyəçiyə müqavilənin uzadılmadığını bildirmişdir. Aprelin 9-da isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi son haqq hesabın ödənilməsi barədə əmr ona 7 gündən sonra təqdim olunmuşdur. Belə olan halda onun hansı son haqq-hesabı gecikdirməyindən söhbət gedə bilər. Əmək Müfəttişliyi 2-ci hal kimi iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməməsinə görə əmək haqqına əlavələrin hesablanıb ödənilmədiyi bildirilmişdir. Bu halla da razılaşmayaraq bildirir ki, uşaq bağçalarında işləyən müəllimələr qanunverciliyn tələblərinə uyğun olaraq qısaldılmış və növbəli iş rejimində işləyirlər. Bu hal birbaşa qanunvericiliklə tənzimlənir. Buna görə də, həmin işçilərə qısaldılmış iş rejimi tətbiq olunmur. X18 108-ci maddəsində tam şəkildə göstərilmişdir. Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altı günlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Razılaşmadığı digər hal onun vəzifəli şəxs olaraq məsuliyyətə cəlb olunmağı ilə bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilmişdir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Əmək müqaviləsinin bildirişində, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət və əməliyyat mərkəzinin əsasnaməsindən göründüyü kimi o, vəzifəli şəxs deyil və onun həmin əməliyyatı həyata keçirmək və ya hər-hansı bir qərar qəbul etmək kimi səlahiyyəti olmamışdır. Bu halda onun vəzifəli səxs olaraq inzibati məsulliyətə cəlb olunmağı İnzibati Xətalar Məcəlləsinin müddəalarına ziddir. Həmin əsasnamənin 5.1-ci bəndində qeyd olunmuşdur ki, Mərkəzin strukturunu və işçilərinin sayını Azərbaycan Respublikasının Tahsil Nazirliyinin razılığı ilə İdarə müəyyən edir. Həmin əsasnamənin 5.2-ci bəndində isə qeyd olunmuşdur ki, mərkəzin vəzifəli işçiləri (Mərkəzin müdiri, böyük mühasib, aparıcı mühasib, mühasib, iqtisadçı təsərrüfat qrupu üzrə rəis, mühəndis) və mütəxəssisləri (kompyuter üzrə mütəxəssis, sürücü katibə və başqaları) İdarənin müdiri tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Razılaşmadığı son hal isə müddətlə bağlıdır. Belə ki, əmək müfəttişliyi tərəfindən əgər günahkar bilinirdisə inzibati tənbeh tədbiri 3 ay ərzində tətbiq edilməli idi. X8 isə 09 aprel 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, qərar 09 iyul 2024-cü il tarixədək qəbul oluna bilərdi. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlbetmə müddəti də buraxılmışdır. Hesab edir ki, göstərilən şikayət ərizəsi üzrə müddət keçdiyindən əmək müfəttişliyi tərəfindən hər hansı bir araşdırma da aparıla və qərar qəbul edilə bilməzdi. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN ******* qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi Vəkil izahatında bildirdi ki, ərizə qeyd olunanları təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, X8 əmək müqaviləsinə xitam verilməsindən narazı qalmışdır. İşçinin əmək müqaviləsinə 09 aprel 2024-cü il tarixdə xitam verilmiş, lakin Aygül Gülüşovaya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2024-cü il tarixdə aktla təqdim olunmuşdur. Belə olan halda əmək haqqının düzgün hesablanması və vaxtında işçiyə verilməsi mümkün deyildir. Buna görə də 246 saylı körpələr evi-uşaq bağçasının müdiri ƏlŞahid məsuliyyətə cəlb olunmalıdır. Əmək müqaviləsinə xitam verilmə bildirişi Aygül Gülüşovaya təqdim edildikdən sonra onun tərəfindən əmək haqqı hesablanmış, sənədlər hazırlanmış və təhsil idarəsinə göndərilmişdir. Belə olan halda Aygül Gülüşovanı inzibati məsuliyyətə cəlb etmək əsassızdır. Sonda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq idarəsinin baş məsləhətçisi X9 bildirdi ki, xx.xx.2024-cü il tarixdə X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Müraciətdə əsasən narazılığı əmək haqqının gec verilməsi olmuşdur. Vətəndaşın izahatı alınmış və izahatında göstərmişdir ki, 1985-ci il tarixdən Bakı şəhəri Buzavova qəsəbəsində yerləşən 246 saylı uşaq baxçasında çalışmışdır. xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin E bəndində əsasən xitam verilmişdir. Lakin, 02 aprel 2024cü il tarixdən ona əmək müqaviləsinə xitam verildiyi, işə gəlməməyi barədə direktor Şahid tərəfindən bildirilmişdir. Bildirmişdir ki, bağça rəhbərliyi tərəfindən ona qabaqcadan xəbərdarlıq edilməli idi. Hüquqlarının pozulduğunu hesab edir. Bildirmişdir ki, düzgün verilməyən son haqq-hesabını almağına, əmək müqaviləsinə düzgün xitam verilməməsinə görə bağça müdriyyətinin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Buna görə də X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barəsində 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X1 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsini və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verildiyi lakin, son haqq-hesabının xx.xx.2024-cü il tarixində ödəniləcək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinin pozulduğu, həmçinin iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə görə əmək haqqına əlavələr hesablanıb ödənilmədiyi faktı müəyyən edilmiş, bununla da, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Sonuncu 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş və şikayət bununla əsaslandırılmışdır ki, həmin qərar qərəzli olmaqla yanaşı qanunsuzdur. X11 Xidmətinin Bakı şəhəri İdarəsi öz qərarında 2 halı nəzərdə tutmuşdur. O, X5 əmək müqaviləsinə 09 aprel 2024-cü il tarixdə xitam verildiyi, lakin son haqq-hesabın 29 aprel 2024-cü il tarixdə ödənilərək Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbini pozmuşdur. O, bu halla razılaşmayaraq bildirir ki, qanunverciliyin tələbi onun yox 246 saylı körpələr evi-uşaq bağçasının müdiri ƏlŞahid tərəfindən pozulmuşdur. Belə ki, bu barədə ondan 24 aprel 2024-cü il tarixli izahat alınmış, eyni zamanda 16 aprel 2024-cü il tarixli akt tərtib edilmişdir. ƏlŞahid izahatında bildirmişdir ki, X12 ilə bağlanmış əmək müqaviləsi sonuncu dəfə aprelin 1-dək uzadılmışdır. Müqavilənin yenidən uzadılıbuzadılmaması dair müvafiq məktub olmadığına görə tərbiyəçi işinə davam etmişdir. Aprelin 6-sı BŞTİ-nin Xəzər rayonu üzrə kurator günün 2-ci yarısı onunla əlaqə saxlamış və yeni tərbiyəçinin əmrləşdirilməsini və idarəyə göndərilməsini söyləmişdir. X13 iş vaxtı olmadığına görə qeyri-iş saatında onu narahat etməmişdir. Aprelin 8-i tərbiyəçiyə müqavilənin uzadılmadığını bildirmişdir. Aprelin 9-da isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi son haqq hesabın ödənilməsi barədə əmr ona 7 gündən sonra təqdim olunmuşdur. Belə olan halda onun hansı son haqq-hesabı gecikdirməyindən söhbət gedə bilər. Əmək Müfəttişliyi 2-ci hal kimi iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməməsinə görə əmək haqqına əlavələrin hesablanıb ödənilmədiyini bildirmişdir. Bu halla da razılaşmayaraq bildirmişdir ki, usaq bağçalarında işləyən müəllimələr qanunverciliyin tələblərinə uyğun olaraq qısaldılmış və növbəli iş rejimində işləyirlər. Bu hal birbaşa qanunvericiliklə tənzimlənir. Buna görə də, həmin işçilərə qısaldılmış is rejimi tətbiq olunmur. X11 Xidməti Aygül Gülüşovanın inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq və inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab etmişdir ki, Xidmətin Bakı şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli Qərarı qüvvədə saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, X8 246 nömrəli uşaq baxçasında tərbiyəçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, X8 Bakı şəhəri 246 saylı körpələr evi uşaq baxçasında tərbiyəçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, X5 əmək müqaviləsinə qeyd olunan tarixdən xitam verilmişdir. Həmin bildirişdə işəgötürənin adı Bakı şəhəri üzrə Təhsil İdarəsi qeyd edilmişdir. Bildirşin imzalandığı tarix isə xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. Göründüyü kimi 246 saylı körpələr evi uşaq bağçasına nəzarət Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı xidmət və əməliyyat mərkəzinə, sonuncuya nəzarət isə birbaşa Bakı şəhəri üzrə Təhsil İdarəsinə aid edilmişdir. İş materiallarında olan 246 saylı körpələr evi, uşaq baxçasının müdiri Şahid Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin Bakı şəhəri üzrə təhsil idarəsinin 5 saylı xidmət və əməliyyat mərkəzinin rəhbəri X6 verdiyi izahatında bildirmişdir ki, X7 ilə bağlanmış əmək müqaviləsi sonuncu dəfə aprelin 1-dək uzadılmışdır. Müqavilənin yenidən uzadılıb-uzadılmayacağına dair müvafiq məktub olmadığına görə tərbiyəçi işinə davam etmişdir. Aprelin 6-sı BŞTİ-nin Xəzər rayonu üzrə kuratoru günün 2-ci yarısı onunla əlaqə saxlamış və yeni tərbiyəçinin əmrləşdirilməsini və idarəyə göndərilməsini bildirmişdir. Artıq H.Ə.Abasovanın iş vaxtı olmadığına görə qeyri-iş saatında o H.Abasovanı narahat etməmişdir. Aprelin 8-i tərbiyəçiyə müqavilənin uzadılmadığını bildirmişdir. Aprelin 9-u onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 15 aprel 2024-cü il tarixdə yeni tərbiyəçi ilə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 164 nömrəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 5 saylı Xidmət və Əməliyyat Mərkəzinin məktubundan görünür ki, 5 saylı Xidmət və Əməliyyat Mərkəzi 246 saylı körpələr evi uşaq bağçasının tərbiyəçisi X5 şikayətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1986-cı ildən xx.xx.2024-cü ilə kimi 246 saylı körpələr evi uşaq bağçasının tərbiyəçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə hər il üçün əmək məzuniyyətindən istifadə etmişdir. Bu səbəbdən son haqq hesab 1 (bir) bir iş günü hesablanmış və ödənilmişdir. xx.xx.2024-cü il tarixdə X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bildirmişdir ki, 1985-ci il tarixdən Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən 246 saylı uşaq baxçasında çalışmışdır. xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin E bəndində əsasən xitam verilmişdir. Lakin, 02 aprel 2024-cü il tarixdən ona əmək müqaviləsinə xitam verildiyi, işə gəlməmyi barədə direktor Şahid tərəfindən bildirilmişdir. Bildirir ki, bağça rəhbərliyi tərəfindən ona qabaqcadan xəbərdarlıq edilməli idi. Hüquqlarının pozulduğunu hesab edir. Bildirmişdir ki, düzgün verilməyən son haqq-hesabını almağına, əmək müqaviləsinə düzgün xitam verilməməsinə görə bağça müdriyyətinin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X10 5 saylı xidmət və əməliyyat mərkəzinin rəhbəri vəzifəsində işləyir. 5 saylı Xidmət və əməliyyat mərkəzi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən qurumdur. Bakı şəhərinin Sabunçu, Xəzər və Pirallahı rayonları ərazisində yerləşən təhsil müəssisələrinin birbaşa maliyyə-təsərrüfat və mühasibatlıq əməliyyatlarını həyata keçirir, qüvvədə olan qanunvericilik və normativ aktlara uyğun olaraq İdarənin tabeliyində olan təhsil müəssisələri üzrə xərclər smetasını tərtib edir, əmək haqqı üzrə tarifləşmələrin hazırlanması, təhsil işçilərinin əmək haqlarının hesablanması, əsas vəsaitlər və material qiymətlilərinin analitik və sintetik uçotunun aparılması və İdarənin göstərişlərinin icrası ilə əlaqədar bu Əsasnamə ilə müəyyən edilmiş zəruri tədbirləri həyata keçirir. Mərkəzin rəhbər vəzifəsi idarə rəhbərliyinin verdiyi göstərişlərin vaxtında və düzgün şəkildə icrasını təmin etmək, müəssisələr üzrə maliyyə-təsərrüfat və mühasibatlıq əməliyyatlarının aparılmasını həyata keçirmək, müvafiq sahə üzrə hesabatları təhlil etmək, icmallaşdırmaq və bu barədə idarəyə təsdiq edilmiş formada hesabatlar təqdim etmək, statistik, vergi, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlarını icra etmək və maliyyə və mühasibatlıq sektoruna təqdim etmək, maddi qiymətlilər və pul vəsaitləri, həmçinin debitor və kreditorlarla hesablaşmaların qüvvədə olan qanunvericiliyə uyğun olaraq inventarizasiya olunmasını təmin etmək, inventarizasiya edərək uçotdan kənarlaşmaların aşkarlanmasını və lazımı tədbirlərin görülməsini, müəssisələrin maddi texniki bazasının, inventarların mədaxilini, məxaricini, silinməsini, amortizasiyasını (köhnəlməsi) həyata keçirmək, milli mühasibat uçotu standartlarına uyğun olaraq maliyyə hesabatlarını tərtib etmək və idarənin maliyyə və mühasibatlıq sektoruna təqdim etmək, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə “1C” proqram təminatı vasitəsilə müəssisələrin işçilərinin əməkhaqlarının hesablanmasını və ödənilməsini həyata keçirmək, müəssisələrin işçilərinin plastik kartlarını sifariş vermək, işçilərin əməkhaqlarının hesablara köçürülməsini təmin etmək məqsədilə ödəniş cədvəllərini hazırlamaq və proqramla bağlı yaranan problemləri maliyyə mərkəzi olan 6 saylı xidmət və əməliyyat mərkəzinə bildirmək, müəssisələr üzrə xərclər smetasını tərtib etmək və əməkhaqqı üzrə tarifləşmələrə nəzarət etmək, kassa və faktiki xərclərin uçotunu aparmaq, bank hesablarına köçürülən müvafiq maliyyə sənədlərini maliyyə və mühasibatlıq sektoruna göndərmək, mərkəzin təsərrüfat qrupu vasitəsilə idarənin tabeliyindəki müəssisələrin əsaslı və cari təmiri barədə ehtiyacını araşdıraraq payız-qış mövsümünə hazırlığa dair monitorinqlər keçirmək, birgə fəaliyyət müqavilələri bağlanmadan sahibkarlıq fəaliyyətinin təşkil olunmasının qarşısını almaq və kommunal xidmətlərdən istifadə zamanı israfçılıq hallarının və digər məsələlərin öyrənilməsi məqsədilə vaxtaşırı müvafiq nəzarət və monitorinq tədbirləri görmək, iaşə obyektlərində (bufet və ya yeməkxana) qanunvericiliyin tələblərinə uyğun gələn yüksək səviyyəli iaşə xidmətinin göstərilməsinə nəzarət etmək, əsasən tədris vəsaitləri, bədii ədəbiyyatlar, məktəb sənədləri və təchizat məsələləri üzrə tələbatı müəyyən etmək və yerlərə çatdırılmasına nəzarət etmək, müvafiq qaydada sifarişlər vermək, xüsusi hallar barədə məlumatın hazırlanamsı və ötürülməsini təmin etmək və digər məsələlər barədə təminat və təchizat sektorunu mütəmadi məlumatlandırmaq, sənədləri düzgün və vaxtında rəsmiləşdirmək, aşkarlanmasını və lazımı tədbirlərin görülməsini, müəssisələrin maddi texniki bazasının, inventarların mədaxilini, məxaricini, silinməsini, amortizasiyasını (köhnəlməsi) həyata keçirmək, milli mühasibat uçotu standartlarına uyğun olaraq maliyyə hesabatlarını tərtib etmək və İdarənin Maliyyə və mühasibatlıq sektoruna təqdim etmək, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə “1C” proqram təminatı vasitəsilə müəssisələrin işçilərinin əməkhaqlarının hesablanmasını və ödənilməsini həyata keçirmək, müəssisələrin işçilərinin plastik kartlarını sifariş vermək, işçilərin əməkhaqlarının hesablara köçürülməsini təmin etmək məqsədilə ödəniş cədvəllərini hazırlamaq və proqramla bağlı yaranan problemləri maliyyə mərkəzi olan 6 saylı xidmət və əməliyyat mərkəzinə bildirmək, müəssisələr üzrə xərclər smetasını tərtib etmək və əməkhaqqı üzrə tarifləşmələrə nəzarət etmək, kassa və faktiki xərclərin uçotunu aparmaq, bank hesablarına köçürülən müvafiq maliyyə sənədlərini maliyyə və mühasibatlıq sektoruna göndərmək, mərkəzin təsərrüfat qrupu vasitəsilə idarənin tabeliyindəki müəssisələrin əsaslı və cari təmiri barədə ehtiyacını araşdıraraq payız-qış mövsümünə hazırlığa dair monitorinqlər keçirmək, birgə fəaliyyət müqavilələri bağlanmadan sahibkarlıq fəaliyyətinin təşkil olunmasının qarşısını almaq və kommunal xidmətlərdən istifadə zamanı israfçılıq hallarının və digər məsələlərin öyrənilməsi məqsədilə vaxtaşırı müvafiq nəzarət və monitorinq tədbirləri görmək, iaşə obyektlərində (bufet və ya yeməkxana) qanunvericiliyin tələblərinə uyğun gələn yüksək səviyyəli iaşə xidmətinin göstərilməsinə nəzarət etmək, əsasən tədris vəsaitləri, bədii ədəbiyyatlar, məktəb sənədləri və təchizat məsələləri üzrə tələbatı müəyyən etmək və yerlərə çatdırılmasına nəzarət etmək, müvafiq qaydada sifarişlər vermək, xüsusi hallar barədə məlumatın hazırlanamsı və ötürülməsini təmin etmək və digər məsələlər barədə təminat və təhcizat sektorunu mütəmadi məlumatlandırmaq, sənədləri düzgün və vaxtında rəsmiləşdirmək, arayışların və məlumatların hazırlanmasını həyata keçirmək, müəssisələrin işçiləri tərəfindən daxil olmuş əməkhaqqı ilə bağlı sorğuları operativ cavablandırmaq, maliyyə və mühasibatlıq sektoru tərəfindən tələb olunan məlumatları vaxtında təqdim etmək, qanunvericiliyə uyğun olaraq maliyyə sirrinin və xidməti fəaliyyətlə bağlı əldə edilmiş məlumatların qorunmasını təmin etmək, qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməkdən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 Bakı şəhəri üzrə təhsil idarəsi tərəfindən 5 saylı Xidmət və Əməliyyat mərkəzinə mərkəzinin rəhbəri vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə onunla əmək müqaviləsi bağlanmış və həmin tarixdə işə başlamışdır. Əmək müqaviləsi müddətsiz bağlanmış və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 5 saylı Xidmət və Əməliyyat mərkəzinin rəhbəri Aygül Gülüşova, böyük mühasib Aybəniz Cəfərova, mühasib Sevda Salamova, 246 saylı körpələr evi uşaq bağşasının müdiri Şahid, dəyişəyəbaxan Rəcəbova Sevda bu aktı tərtib etmişlər ona görə ki, həqiqətən bağçaya aid aprel ayının tabelləri, müvafiq əmr və sənədləri 5 saylı Xidmət və Əməliyyat Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından göründüyü kimi X10 vəzifəli şəxsdir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Buna görə də Aygül Gülüşova vəzifəli şəxs qismində maddənin sanksiyasında nəzərdə tutulmuş məbləğdə inzibati cərimə olunmuşdur. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə göründüyü kimi inzibati xətanın aşkarlandığı gündən 1 ildən artıq müddət keçməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Buna görə də məhkəmə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X3 şikayəti təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3434/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3434/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver