Məhkəmə qərarları › İş №3(010)-3435/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3435/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3435/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində qəbul olunmuş 12 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində qəbul olunmuş 12 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 31 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X1 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X1 barəsində cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar çıxarılmışdır. Qərardan xx.xx.2024-cü il tarixdə təsadüfən xəbər tutmuşdur. Sözügedən qərarın MN N-2095009 nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarıldığı qeyd olunsa da həmin protokoldan onun xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar xx.xx.2024-cü il tarixdə poçt şöbəsinə daxil olmuş, onun qərardan xx.xx.2024-cü il tarixdə xəbəri olmuş, ona çatdırılması üçün poçt şöbəsinə daxil olduğu vaxtdan xx.xx.2024-cü il tarixdən şikayət müddəti hesablanmaqla 10 günlük müddətin xx.xx.2024-cü il tarixində bitdiyi təsbit olunur. O, qərardan xəbər tutan kimi dərhal şikayət vermək qərarına gəlmiş, çünki onun xəbəri olmadan həqiqətə və qanuna zidd olan ədalətsiz qərar çıxarılaraq 5000 manat məbləğində cərimə olunmuşdur. Odur ki, həmin qərar ləğv olunmalı və ədalət bərpa olunmalıdır. Sözügedən qərarda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 5000 manat cərimə olunduğu qeyd olunmuşdur. Buna əsas kimi də 10 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol göstərilmiş, həmin protokolda isə qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən “DENTAL STOMATOLOQ” müəssisəsində onun lisenziyası olmadan “Stomatoloji” özəl tibbi praktiki fəaliyyət göstərdiyi aşkarlanmış, bunun təsdiqi kimi də X10 haqqında akt göstərilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, yuxarıda göstərilən akt, protokol və qərarda göstərilənlər həqiqətə ziddir, yanlışdır, təhrif olunmuşdur, işin həqiqi halları və faktlar fərqli olmuşdur. Belə ki, o, özəl tibbi fəaliyyətlə məşğul olmur, əvəllər bir çox xəstəxanalarda, tibb müəssisələrində ixtisası üzrə işləmiş, lakin əlil olduqdan sonra (3cü qrup əlildir, əlillik vəsiqəsi ərizəyə əlavə olunmuşdur) işləyə bilməyir, buna görə də uzun illərdir ki, fəaliyyət göstərmir. Sadəcə olaraq elmi praktiki seminar və konfranslara qatılır, bu kimi təlim və tədbirlərdə iştirak edir, xeyriyyəçiliklə məşğul olur, müxtəlif sosial tədbirlərə, əlil cəmiyyətlərinə, tələbələrə dəstək olur. Protokol və aktda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən “DENTAL STOMATOLOQ” müəssisəsi kimi qeyd olunan yer yaşayış sahəsidir, onun ata baba evidir, ev anası Gülşən Məmmədovanın adınadır (evin çıxarışı əlavə olunmuşdur). Həmin yaşayış sahəsini valideynləri 15 il bundan qabaq bir stomatoloq həkimə kirayə vermişlər. Həmin həkim orada kirayə yaşayarkən “DENTAL STOMATOLOQ” yazısını reklam kimi qoymuşdur, bir müddət orada fəaliyyət göstərmiş, sonradan isə çıxıb getmişdir. O, isə hazırda həmin evdə yaşayır və yaşlı valideynlərinə baxır. Anası müxəlif xəstəliklərdən uzun müddətdir ki, əziyyət çəkir. Buna görə də evə tez-tez tanıdığı həkimlər gəlir. Ev geniş, çoxsaylı otaqları olduğundan bir sıra elmi praktiki seminar və konfranslar, əlil cəmiyyətləri və tələbə təşkilatlarının bir çox tədbirlərinin keçirilməsinə icazə verir, eləcə də özü də ictimai əsaslarla belə tədbirlər təşkil edir. Bu kimi tədbirlərlə bağlı həmin evə zaman-zaman gəlib-gedənlər çox olur. Müəyyən olunur ki, səhvə və yanlışlığa yol verilərək yaşayış sahəsində özəl tibbi fəaliyyət göstərildiyi qənaətinə gəlinmişdir. Beləliklə, təsdiq olunur ki, akt, protokol və qərada göstərilən hallar yanlışdır, həqiqətə uyğun deyildir, sübuta yetirilməmiş və öz təsdiqini tapmamışdır. Buna görə də inzibati tənbeh ləğv olunmalıdır. Bu əsasları nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarın və tərtib edilmiş inzibati xəta haqqında protokolun (MN № 2095009) ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 izahatında bildirdi ki, şikayət ərizəsində qeyd olunanları təsdiq edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X1 barəsində cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar çıxarılmışdır. Əvəllər bir çox xəstəxanalarda, tibb müəssisələrində ixtisası üzrə işləmiş, lakin əlil olduqdan sonra işləyə bilməmiş, buna görə də uzun illərdir ki, fəaliyyət göstərmir. Protokol və aktda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən “DENTAL STOMATOLOQ” müəssisəsi kimi qeyd olunan yer yaşayış sahəsidir, onun ata baba evidir, ev anası Gülşən Məmmədovanın adınadır. Həmin yaşayış sahəsini valideynləri 15 il bundan qabaq bir stomatoloq həkimə kirayə vermişlər. Həmin həkim orada kirayə yaşayarkən “DENTAL STOMATOLOQ” yazısını reklam kimi qoymuşdur, bir müddət orada fəaliyyət göstərmiş, sonradan isə çıxıb getmişdir. O, isə hazırda həmin evdə yaşayır və yalnız tanıdığı adamları qəbul edərək stomatoloq kimi fəaliyyət göstərir. Obyekt 30 kvadrat metrdirtı lakin lisenziyaya düşməsi üçün minimum 45 kvadrat olmalıdır. Hər 3-4 aydan bir obyekt barədə məlumat vermişdir ki, boş evdir fəaliyyət göstərmir. Bu əsasları nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən “DENTAL STOMATOLOQ” adlı obyektdə lisenziya olmadan özəl tibbi fəaliyyət göstərməsi faktı müəyyən edilmiş, bununla da, E.Daşdəmirov Səhiyyə Nazirliyinin 12 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Elvin Daşdəmirovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qərarından verdiyi şikayətə baxaraq və inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş diplomdan görünür ki, X5 Azərbaycan Beynəlxalq Universitetində Stomatologiya ixtisası üzrə kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 məxsusdur, ümumi sahəsi 288,90 kvadratmetrdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********247600 nömrəli məktubdan görünür ki, vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsinə dair müraciətə xx.xx.2024-cü il tarixli **********908700 nömrəli Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsində baxılmışdır. Vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən X5 (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2007-ci il tarixdə vergi uçotuna alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, KY242116366 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, plandankənar (növbədənkənar) yoxlama keçirilmiş, yoxlama xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə sona çatmışdır. Yoxlamada əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi faktları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 000801 nömrəli aktdan görünür ki, qeyd olunan tarixdə X3 məxsus “Dental Stomatoloq” lisenziyasız fəaliyyət göstərdiyi üçün akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********999000 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi Azərbaycan Republikası Səhiyyə Nazirliyinə X10 tədbirlərinin nəticəsi üzrə tərtib olunmuş materialların təqdim edilməsi haqqında məktub göndərərək göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********5653 nömrəli "X7 həyata keçirilməsi haqqında” Qərarına əsasən fərdi sahibkar X1 (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yusif Eyvazov küçəsində yerləşən “Dental Stomotoloq" adlı stomatoloji obyektdə X10 tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri nəticəsində fərdi sahibkar X1 (VÖEN: **********) xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) alınmadan özəl tibb fəaliyyəti (stomatoloji fəaliyyət) ilə məşğul olduğu aşkar edilərək, qanun pozuntusu xx.xx.2024-cü il tarixli DVX seriyalı 000801 nömrəli “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə X7 nəticələri haqqında” aktla rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X12 xx.xx.2024-cü il tarixli, № 3-28-1/2-20551/2024 nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yusif Eyvazov küçəsində yaşayan “Dental Stomatoloq” X3 göndərilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotunun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********5653 nömrəli “X7 həyata keçirilməsi haqqında" Qərarına əsasən X10 zamanı onun lisenziyası olmadan özəl tibb fəaliyyəti ilə (stomatoloji iş üzrə praktiki tibbi fəaliyyət ilə) məşğul olması müəyyən edilmişdir. Aşkar edilmiş fakt əsasında barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunması üçün xx.xx.2024-cü il tarixdə saat 10:00-da Səhiyyə Nazirliyinin X6nə dəvət olunmuşdur. Qeyd olunan məktub xx.xx.2024-cü il tarixdə X4 çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X12 xx.xx.2024-cü il tarixli, № 3-28-1/2-28664/2024 nömrəli məktubundan görünür ki, Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yusif Eyvazov küçəsində yaşayan X3 göndərilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-28/2-D-19- 5835/2024 nömrəli məktubundan görünür ki, X3 məlumat verilmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol (MN No 2095009) əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar çıxarılmışdır. İnzibati cərimənin qısa müddət ərzində ödənilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İş materiallarından göründüyü kimi X5 VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Buna görə də Elvin Daşdəmirov vəzifəli şəxs qismində maddənin sanksiyasında nəzərdə tutulmuş məbləğdə inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göründüyü kimi X1 barəsində vəzifəli şəxs kimi inzibati tənbeh növü olaraq cərimə minimum məbləğdə tətbiq edilmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Buna görə də məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində qəbul olunmuş 12 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X1 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X1 barəsində qəbul olunmuş 12 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar