Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3437/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 19 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 19 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti(bundan sonra-Xidmət) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-Cəmiyyət) vəzifəli şəxsi X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024- cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarl(bundan sonra-İnzibati tənbeh vermə haqqında Qərar) qəbul edilmişdir. Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qəran Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki "xxxx" MMC-nin https://www.azerpost.az/az/tracking/ poçt göndərişlərinin izlənməsi sistemi məlumatlarına əsasən SS873271045AZ nömrəli poçt göndərişi xx.xx.2024-cü il tarixdə AZ 1113 saylı Poçta Məntəqəsi Xidmətdən qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə AZ 1042 Poçt məntəqəsi tərəfindən X2 çatdırılmışdır. İnzibati tənbeh vermə haqqında Qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokola(bundan sonra -İnzibati xəta haqqında protokol) əsasən qəbul edilmişdir. İnzibati xəta haqqında Protokolda qeyd olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən iş icazəsi alınmış X5 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı aşağıda qeyd olunan səbəblərə görə əsassızdır və əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Cəmiyyət işğaldan azad olunmuş ərazilərdə dövlət layihələrinin icrasına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin subpodratçısı olaraq cəlb olunmuşdur. Layihənin əsas sifarişçi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bildirilir ki, Cəmiyyət tərəfindən bütün işə qəbul edilən fiziki şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada yazılı formada əmək müqaviləsi bağlanılır və əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi və 49-cu maddəsinin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra əmək fəaliyyətinə cəlb olunur. Bir qayda olaraq işğaldan azad olunmuş ərazilərdə icra olunan layihələrə işçi qüvvəsinin cəlb olunması həm mövcud kadrlar hesabına, həm də əlavə kadrların həmin layihələr üzrə işə qəbul edilməsi hesabına tədarük edilir. İşğaldan azad olunmuş ərazilərə göndərilməsi planlaşdırılan (işçilər, mülki hüquq müqaviləsi əsasında işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb olunan vergi ödəyicisi olaraq qeydiyyata alınmayan fiziki şəxslər, yazılı əmək müqaviləsi bağlanmamışdan əvvəl əmək şəraiti ilə yerində tanış olmaq istəyən şəxslər, xidməti müqavilə ilə işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan fiziki şəxslər, icarə müqaviləsi üzrə əmlakını icarəyə verən fiziki şəxslər və sair... ) şəxslər üçün buraxılış icazəsi alınması layihənin Sifarişçi tərəfindən alınır. Belə ki, yuxanda qeyd olunan kateqoriyada olan şəxslərin məlumatlan podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilir. Podratçı "xxxx"’Məhdud Məsuliyyətli Cəmiyyəti isə həmin məlumatlan sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərir. Sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə podratçılardan və subpodratçılardan daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İşğaldan azad olunmuş ərazilərə buraxılış informasiya sistemi üzərindən buraxılış icazələrinin alınmasım təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsində və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə əmək fəaliyyətinə cəlb olunması üçün “iş icazəsi” növündə bir icazənin alınması nəzərdə tutulmamışdır. Eyni zamanda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi adlı portal və həmin portal üzərindən real vaxt rejimində gücləndirilmiş elektron imza ilə təmin edilən “iş icazəsi” növü mövcud deyil. İşğaldan azad olunmuş ərazilərə buraxılış rejimi bütün fiziki və hüquqi şəxslər üçün tətbiq olunur. Ona görə də, həmin ərazilərə buraxılış icazəsi alınmış şəxslərin işçi olaraq qəbul edilməsi Xidmətin düzgün olamayan inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi ilə nəticələnmişdir. Xidmətin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında protokoldan və İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti inzibati xəta haqqında icraat zamanı buraxılış icazəsi alınmış şəxslərin əmək fəaliyyətinə cəlb olunub-olunmaması, həmin ərazilərə gedib-getməməsi və vəzifəli şəxsin təqsirinin olub-olmaması faktı araşdırılmamışdır. Belə ki, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərdə layihələrə işçi qüvvəsinin cəlb olunması üçün işə qəbul (uyğun kadrların axtarılması, seçilməsi və yerləşdirilməsi) prosedura tətbiq olunur. Bəzi hallarda işə qəbulun bütün mərhələlərini keçən şəxslər əmək müqaviləsi bağlamaqdan və ya əmək müqaviləsi bağladıqdan sona işləməkdən imtina edir. Buraxılış icazələrinin alınması üçün 15 (on beş) gündən artıq vaxt tələb olunur. Bu müddət ərzində müxtəlif səbəblərdən buraxılış icazəsi alınmış şəxs Cəmiyyətdə çalışmaqdan imtina edir. İş üçün müraciət etmiş və ya işə qəbul proseduranunun bütün mərhələlərini keçmiş şəxslər bir çox halda işləyəcəkləri yeri görmək, həmin ərazinin iqlim şəraiti ilə tanış olmaq, iş yerində əmək şəraiti ilə tanış olmaq hüququndan istifadə edir. Bir çox halda şərtlərlə razılaşmayan şəxslər əmək müqaviləsi bağlamaqdan və ya onunla əmək müqaviləsi bağlanılmış olsa belə işləməkdən imtina edir. Ona görə Xidmət tərəfindən buraxılış icazəsi alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedibgetməməsi və həmin ərazilərdə əmək fəaliyyətinə cəlb olunub-olunmaması dəqiqləşdirilməlidir. Mötəbər dəlillərlə və qanuni yolla əldə olunmuş sübutetmə vasitələri ilə inzibati xətanın bütün əlamətlərini daşıyan inzibati xəta aşkarlandıqda Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmalı və bundan sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Məhkəmə tərəfindən oda nəzərə alınmalıdır ki, elektron informasiya sistemlərindən aşkarlanan inzibati xətalar üzrə protokolların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 56 nömrəli Qəran ilə təsdiq edilmiş 2-1 nömrəli əlavədə göstərilmiş elektron protokol şəkilində tərtib olunmasını nəzərdə tutur. Göründüyü kimi elektron informasiya sistemlərindən əldə olunmuş məlumatlar əsasında icraat İXM-nin 16-1-ci fəslində nəzərdə tutulmuş qaydada aparılması nəzərdə tutulsada Xidmət tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq elektron informasiya sistemlərindən əldə olunmuş məlumatlar əsasında ümumi inzibati xəta haqqında icraat aparılmışdır. Ümumiyyətlə yazılmış protokolü təsdiq edən hər hansı sübut Xidmət tərəfindən Cəmiyyətə təqdim olunmamışdır. Protokoldan da göründüyü kimi hansı sənədlərin əlavə olunması barədə qeyd olmadığı kimi həmin sənədlərin Cəmiyyətə göndərilməsi barədə də qeydlər öz əksini tapmamışdır. Bununlada İXM-nin 127-5.1.1-ci və 127-5.1.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. Belə ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qəran və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir.” Bununla yanaşı inzibati xəta haqqında icraat aparılarkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. İXM-nin 6.1-ci bəndinin “İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.” tələbləri pozulmuşdur. İXM-nin 8.3-cü bəndinin “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.” tələbləri pozulmuşdur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxanda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyriəxlaqi əməl başa düşülür. Hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Hesab edilir ki, xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil omuş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə əməl olunmadan aparılmamışdır. Xidmət tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamış, mötəbər dəlillərlə Cəmiyyətin və onun vəzifəli şəxslərinin təqsiri sübuta yetirilməmiş, X3 izahatı alınmamış, onunla Cəmiyyət arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmiş və yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək İşi məhkəməyə göndərilmişdir. Bununla da, Xidmət tərəfindənn prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyah ******* nömrəli İnzibati xəta haqqında protokol baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Yardımlı Rayon Məhkəməsi 3(038)-201/2024 nömrəli, 30 iyun 2024-cü il tarixli yekun məhkəmə aktı ilə hüquqi şəxs barəsində başladılmış inzibati xəta haqqında icraat xitam verilmişdir. Xidmət tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə iki subyektin, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilmişdir. Məhkəmə tərəfindən Yardımlı Rayon Məhkəməsi 3(038)-201/2024 nömrəli, 30 iyun 2024-cü il tarixli yekun məhkəmə aktı preyudisial əhəmiyyət kəsb etməsi səbəbindən işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında protokolu üzrə başladılmış inzibati xəta haqqında icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasınadək X4 tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə 14 oktyabr 2024-cü il tarixdə ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN1292189 nömrəli İnzibati tənbeh vermə haqqında Qərarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi olaraq tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Baxılan inzibati xətalar haqqında iş üzrə xx.xx.2024-cü il tarixə saat 16:45-ə məhkəmə baxış iclası təyin olunmuşdur. İnzibati xəta haqqında işə 10 (on) gün müddətində baxılmalı və yekun məhkəmə aktı çıxarılmalıdır. Bildirirəm ki, eyni inzibati xəta haqqında iş üzrə həm vəzifəli şəxsə inzibati tənbeh verilmiş, həm də hahüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol baxılması üçün Yardımlı rayon Məhkəməsinə göndərilmişdir. Yardımlı Rayon Məhkəməsinin 3(038)- 201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)- 431/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə apelyasiya şikayəti təmin edilmədən və Yardımlı Rayon Məhkəməsinin 3(038)-201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Yardımlı Rayon Məhkəməsinin 3(038)-201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarını və Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-431/2024 nömrəli, xx.xx.2024cü il tarixli Qərarını preyudisia qaydasında nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakıı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərgi Zəngəzur’’ iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X5 xx.xx.2024-cü il tarixindən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Yardımlı Rayon Məhkəməsinin 3(038)-201/2024 saylı, 30 iyul 2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsində qeyd olunur ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 192.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəzördə tutulmuş inzibati xətanın tərkibini yaradır və inzibati məsuliyyətə səbəb olur. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolun tərtib olunma əsasları kimi yalnız işçinin (X3) “Qarabağ və Şərgi Zəngəzur” iqtisadi rayonlarına girişi göstərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən X3 X4 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək münasibətinin yaranması halı iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa protokol tərtib edilərkən inzibati orqan tərəfindən işin halları ətraflı araşdırılmamış, X3 izahatı alınmamış, onun işğaldan azad edilmiş ərazilərə giriş icazəsi aldıqdan sonra həqiqətən həmin ərazilərə gedib-getməməsi, onunla cəmiyyət arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması halı dəqiqləşdirilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Göründüyü kimi inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərkən İXM-nin 127-4.1-ci maddəsinin tələbləri də pozulmuş, protokol müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron sənəd şəklində elektron qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Yardımlı Rayon Məhkəməsi 3(038)-201/2024 nömrəli, 30 iyun 2024-cü il tarixli yekun məhkəmə aktı ilə hüquqi şəxs barəsində başladılmış inzibati xəta haqqında icraat xitam verilmişdir. Xidmət tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə iki subyektin, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarım hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə tərəfindən Yardımlı Rayon Məhkəməsi 3(038)-201/2024 nömrəli, 30 iyun 2024cü il tarixli yekun məhkəmə aktı preyudisial əhəmiyyət kəsb etməsi səbəbindən işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərannın hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-İn 135.1., 135.1.1 .-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından X4 barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 19 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3437/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3437/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver