Məhkəmə qərarları › İş №3(010)-3443/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3443/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3443/2022 05.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş X2, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Yardımlı rayonunun Çay üzü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonunun Çay üzü kəndində qeydiyyatda olan və Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 01 may 2022-ci il tarixdə X3, aralarında yaranmış mübahisə zəminində zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında X7 yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, sevdiyi qızı evlənmək məqsədilə qaçırdığı üçün əvvəllər həbs edilmiş və 2020-ci ilin aprel ayında cəzaçəkmə müəssisəsindən azad olunaraq evinə qayıtmışdır. X5 ilə qardaşının bacanağı Ceyhunun qeyri-rəsmi birlikdə yaşadığı X6 rayonu, Hovsan kəndində yaşadıqları evdə tanış olmuşdur. Onunla bir müddət qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Səmayə ona ərsiz qadın olduğunu, bir kişi ilə münasibət saxlamaq istədiyini demişdir. O, da razı olduğundan və dini savadı olduğundan bir manat mehr müqabilində Səmayə ilə özünü siğə etmişdir. Münasibətlərini iki və ya üçüncü ayında ona 1000 manat pul lazım olduğundan, Səmayədən həmin pulu borc kimi istəmişdir. Səmayə də etiraz etmədən pulu ona vermişdir. 2020-ci ilin avqust ayında Qarabağ müharibəsi başlayanda könüllü olaraq müharibəyə gedərək, Qarabağın azad olunmasında iştirak etmiş, Qubadlı və Laçının işğaldan azad edilməsi medalları ilə təltif edilmişdir. Müharibədə iştirak edən əsgərlərə dövlət tərəfindən 700 manat pul verilmiş və 700 manat pulu alıb qayıtdıqdan sonra Səmayə müharibədə iştirak etdiyi üçün pul aldığını eşidib verdiyi 1000 manat borcu ondan istəmişdir. Həmin vaxtda hissə-hissə olmaqla Səmayəyə təxminən 400 manat pul qaytarmış, bir müddət sonra Səmayə Hövsan qəsəbəsində olan “Sosial evlərdə” kirayə ev tutmuş və gedib onunla birlikdə yaşamağa başlamışdır. Səmayə sosial evlərdə yaşayanda anası və atası rayona getmiş, iki qızı isə Səmayə ilə birlikdə qalmışdır. Səmayənin evində müəyyən aralıqlarla 5 ay qalmış, 2021-ci ilin yay aylarından başlayaraq valideyinləri onu evləndirmək istədiklərini Səmayəyə dedikdə, Səmayənin ona qarşı münasibəti dəyişmiş və verdiyi 1000 manat pulun faizlə 4000 manat olduğunu deyərək, həmin pulu tələb etməyə başlamış, həmçinin ona “əgər evlənsən sənin mənimlə birlikdə olan fotoşəkillərini və videolarını evlənəcəyin qıza göndərəcəyəm” demiş, hətta Səmayənin evində olduğu zaman birlikdə çəkdikləri videonu qohumu Qalibə göndərmişdir. Qalibə Elmirin evlənmək istədiyi qızı tanıyırsa videonu ona göstərməyini, beləcə Elmirin onunla birlikdə olduğunu biləcəyini demiş, bu səbəblərdən də daha Səmayə ilə daha əlaqə saxlamamışdır. Səmayə dəfələrlə onun mobil telefonuna zəng edərək, sözlə təhqir etmiş, hətta 2022-ci ilin təxminən yanvar ayında bacısı oğlu ilə birlikdə arxasınca Şirvan şəhərinə gəlmişdir. Məcbur olub onunla görüşmüş, belə ki, Səmayə Şirvana gəlib onunla olan münasibətini valideynlərinə demək istəmişdir. Səmayəni güclə razı salaraq 50 manat pul və 30 manat da taksiyə verməklə yola salmışdır. Bundan sonra Səmayə demək olar ki, hər gün zəng edərək onu təhqir etmişdir. O, Səmayə ilə könüllü qaydada cinsi əlaqədə olmuş, ona heç vaxt hər hansı bir zor tətbiq etməmişdir. Bundan sonra Səmayə demək olar ki, hər gün ona zəng edərək təhqir etmiş, daha sonra Səmayə güya onu 2020-cı ildə zorladığı barədə Suraxanı rayon prokurorluğuna şikayət etmişdir. Bu barədə araşdırma aparılsa da, göstərdikləri öz təsdiqini tapmadığından, barəsində cinayət işi başlanması rədd edilmişdir. O, 2022-ci ilin mart ayında nişanlanmışdır. Lakin Səmayə yenə ondan əl çəkməyərək, müxtəlif telefonlarla zəng edərək, onu təhqir etməyə başlamışdır 2022-ci ilin aprel ayının sonlarında isə Səmayə mobil telefonla zəng edərək, Şirvan şəhərinə gəlib valideyinlərinə ər-arvad olduqlarını deyib, onu biabır edəcəyini bildirmişdir. Valideynləri və qayınatası dindar adamlar olduqlarından, Səmayə ilə birlikdə olduğunu bilsələr, həqiqətən biabır olacağını və nişanın pozulacağını fikirləşərək, Səmayəyə 01 may 2022-ci il tarixdə Bakı şəhərinə gələcəyini demişdir. xx.xx.2022-ci il tarixdə özünə məxsus “Nissan Maksima"’ markalı avtomobillə Bakı şəhərinə gəlmiş, telefonla danışaraq, Səmayəni Bakı şəhəri Cəmşid Naxçıvanski adına hərbi Məktəbin yanında avtomaşına mindirmiş və avtomaşında Səmayə ondan əl çəkməyəcəyini, evlənsə də onun münasibəti kəsməməli olduğunu demişdir. Daha sonra Səmayə onunla birlikdə Hovsan qəsəbəsindəki “Sosial evlər”də yaşadığı kirayə evə getməyi təklif etmişdir. Evə gəldikdə Səmayə oruc olduğundan orucunu açmış və qarışılıqlı razılaşma əsasında cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə olduqdan sonra Səmayə yenə onunla münasibəti kəsməməyini deməyə başlamış, o isə artıq evlənəcəyini, münasibətlərinin belə davam edə bilməyəcəyini demişdir. Bu zaman hiss etmişdir ki, Səmayə onun səsini mobil telefonla yazır. Səmayə ona 4000 manat borcu olduğunu, borcunu nə vaxt verəcək deyə soruşmuş, o da səsinin yazdığını bilib qeyri-müəyyən cavablar vermişdir. Evə gələndən təxminən 30 dəqiqə sonra Səmayənin Şəhanə və Ləman adlı qızları, həmçinin 14 yaşlı bacısı oğlu Həsən də evə gəlmişdir. O, Səmayəyə gecə onlarda qalmasına söz versə də, sonradan Səmayənin gecə onların evində qalarsa onu şərləyəcəyini bildiyindən, dostu Qalibə zəng edərək, gecə onlarda qalacağını və yarım saata gələcəyini demişdir. Səmayə bunu eşidən kimi ona yaxınlaşaraq üzünə tüpürmüş və nalayiq sözlərlə onu təhqir etməyə başlamışdır. Həmçinin evin qapısını arxadan bağlayıb açarları götürmüş və DİN-nin 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Ondan nə qədər xahiş etsə də qapını açmamışdir. Səmayənin qızları da ağlamaya başlayaraq, ondan analarına baş qoşmamağı xahiş etmişlər. Təxminən 10-15 dəqiqə ərzində 30-cu PŞ-nin əməkdaşları gəlmişlər. Səmayə polis gələndən sonra onlara guya zorladığını bildirsə də, polislər “sən 102 xidmətinə döyülməyin barədə şikayət etmisən” demişlər. Onu və Səmayəni polis bölməsinə aparmışlar. Polis bölməsində Səmayənin ondan əvvəllərdə şikayət etdiyini dediyindən onu buraxmışlar. O, heç vaxt Səmayə ilə zorla cinsi əlaqədə olmamış, ona heç bir zor tətbiq etməmiş və döyməmışdir. Səmayənin məqsədi onu birlikdə yaşamağa məcbur etmək, buna nail olmadıqda isə guya ondan 4000 manat pul alıb qaytarmamaqla şərləmək olmuşdur. Qeyd olunanlara əsasən, barəsində başlamış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 bildirmişdir ki, biri 18, biri isə 20 yaşlı iki qızı vardır, həyat yoldaşından ayrılmışdır. 2019-cu ilin avqust ayında rəfiqəsi Rüfanə Rəsulovanın vasitəsi ilə Elmirlə tanış olmuşdur. Belə ki, Rüfanə ona qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Ceyhunun qardaşının qaynı Elmirin onun qızı Ləmandan xoşu gəldiyini bildirmişdir. Həmin zaman Elmir də Rüfanənin evində olmuş, ondan neçə yaşı olduğunu soruşduqda, Elmir 31 yaşı olduğunu və heç yerdə işləmədiyini demişdir. Elmirə qızının yaşının az olduğunu, bu məsələnin alınmayacağını demişdir. Bu zaman Rüfanə otaqdan çıxmış, Elmir isə qapını örtərək ona qızı ilə məsələsi düzəlmirsə, onunla münasibət yaradacağını, onu arvad kimi saxlayacağını, əgər sonradan başqası ilə evlənsən də yenə də onu arvad kimi saxlayacağını demişdir. Ona iki qızı olduğunu və bu işin alınmayacağını bildirmiş, lakin Elmir hər iki qolundan tutaraq onu çarpayıya uzatmış və onunla zorla cinsi əlaqədə olmuşdur. Daha sonra Elmir otağa daxil olan qohumu Ceyhunun yanında ona sevgili olmağı təklif etmiş, lakin o, qızlarının bu işdən xəbəri olmasın deyə şikayət etməmiş və Elmirlə sevgili olmaqdan da imtina etmişdir. Təxminən 15 gün sonra Elmir ona zəng edərək, Rüfanənin evində görüşmüş və ondan 1000 ABŞ dolları pul istəmiş, ona pulu verməkdən imtina edikdə isə onu zorlamasını qızlarına deyəcəyi ilə hədələmişdir. O, da məcbur qalaraq 1000 ABŞ dollarını Elmirə vermişdir. Bundan sonra Elmir onunla cinsi əlaqədə olmasını qızlarına deyəcəyi təhdidi ilə 3 il müddətində mütəmadi cinsi əlaqədə olmuşdur. Bu barədə Suraxanı rayon prokurorluğuna şikayət etmiş və aradırma aparılmışdır. 01 may 2022-ci il tarixdə yaşadığı, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki evində olduğu zaman Elmir onun evinə gəlmiş, ona pul tapmasını, birlikdə iş quracaqlarını, pulununu artıqlaması ilə götürəcəyini demişdir. Ancaq ona nə iş quracağını deməmişdir. Lakin o razılaşmadığı üçün Elmir onu döymüş, daha sonra əli ilə onun saçından tutaraq və paltarlarını soyunduraraq təbii yolla zorla onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra o, paltarlarını geyinərək, yenidən Elmirlə mübahisə edərək, verdiyi pulu ondan tələb elmişdir. Mübahisə etdikləri zaman qızları Ləman və Şəhanə də evə gəlmişlər. Lakin o, qızlarına Elmirin onu zorlamasını deməmişdir. Polisə şikayət edən zaman Elmirin onu zorlamasını demədiyini, ancaq döydüyünü bildirmişdir. Elmirdən tələbi Elmirinin ondan hədə-qorxu ilə aldığı 4000 manatı pulu qaytarmasıdır. X4 qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 448 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı onun sağ baldırın orta 1/3nin ön səthinin, belin sağ iç hissəsinin sıyrıqları, sağ əlin arxa səthinin qançırı müəyyən edildi. Bu xəsaərətlər küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti müayinədən 5- 7 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə, o cümlədən zərərçəkmişin özü göstərdiyi şəraitdə əmələ gəlmələri istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs zərərçəkmiş şəxsi döymədiyini, sonuncuya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmədiyini göstərsə də, məhkəmə onun bu izahatına öz müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi tənqidi yanaşır. Belə ki, zərərçəkmiş şəxsin izahatı, aparılmış ekspert təhqiqatı ilə də X2 01 may 2022-ci il tarixdə X3, aralarında yaranmış mübahisə zəminində zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi tam sübuta yetir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar