Məhkəmə qərarları › İş №3(010)-3443/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3443/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3443/2024 02.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X9 İdarəsinin əməkdaşı, polis leytenantı X1 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər X9 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhər X9 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardan X2 şikayəti 01 avqust 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar 22 yanvar 2022-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 327.2, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X9 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardan şikayətlə məhkəməyə 01 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Müraciətində bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə əlaqədar əvvəlcə Əli İbrahimovun barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, sonra isə eyni iş üzrə 23 mart 2022-ci il tarixdə özünün barəsində İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmasına görə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, lakin sonradan həmin qərardan şikayət verərək Suraxanı rayon Məhkəməsində ləğv etdirmişdir. Buna baxmayaraq 22 yanvar 2022-ci il tarixdə XP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmə haqqında qərar qəbul edilərək Əli İbrahimovun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X6, barəsində qəbul edilmiş 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən 01 ildən çox müddət keçməklə məhkəməyə 01 avqust 2024-cü il tarixdə müraciət etmişdir. X6 şikayətində mübahisələndirilən qərarın surətinin rəsmi olaraq ona nə vaxt təqdim edilməsinə, bununla da qanunvericilikdə müəyyən edilmiş 20 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Bununla da X6 Bakı şəhər X9 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Barəsində inzibati qərar çıxarılmış şəxs X6 tərəfindən verilmiş şikayətə şikayətin buraxılma müddətinin üzürlü hesab edilkərək bərpa edilməsinə dair vəsatət əlavə edilmiş, lakin 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərarın hansı tarixdə rəsmi qaydada alınması barədə heç bir sənəd-sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 30 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Əkrəm Əliyev barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də digər sürücü X5 inzibati məsuliyyətə cəlb edilməmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı Əli İbrahimovun qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində təqsiri müəyyən olunmadığı üçün onun Əkrəm Əliyev qarşısında mülki məsuliyyəti də yaranmamışdır. Ona görə də baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. Belə olan halda hesab edirəm ki, X6 Bakı şəhər X9 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə baxılması qeyri-mümkündür. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, şikayət icraata qəbul edilsə belə, 22 yanvar 2022-ci il tarixli qərar əsassız hesab edilərək ləğv olunmaqla yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olmuş X5 barəsində inzibati tənbeh tətbiq edilməsi mümkünsüzdür. Çünki İXM-nin 38-ci maddəsi aydın şəkildə göstərir ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin iş üzrə müəyyən olunur ki, ümumilikdə X10 İdarəsi tərəfindən 3 qərar qəbul edilmiş 22 yanvar 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında, eyni tarixdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, sonra isə 2022-ci ilin mart ayının 23-də Əkrəm Əliyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi iş üzrə son 23 mart 2022-ci il tarixlidir. Həmin qərar da 14 noyabr 2023-cü il tarixdə Suraxanı rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Xitam verilmiş iş üzrə yenidən 2 il müddət ötdükdən sonra hər hansı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İXM-nin 129-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Qeyd olunanlara əsasən hesab edirəm ki, X2 şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 106, 109, 118, 122, 126, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X9 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022ci il tarixli, XP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti X3 geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar