Məhkəmə qərarları › İş №3(010)-3445/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3445/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3445/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X15 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərəddin oğlunun, zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Sərəddin oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və protokola əlavə olunmuş digər sənədlərdən görünür ki, Şəxs Sərəddin oğlu xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində idarə etdiyi “KİA RİO” markalı **-UL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ona dəymiş ziyanın ödənildiyini, Şəxs Sərəddin oğlundan şikayəti olmadığını bildirərək sonuncunun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Sərəddin oğlu məhkəmə iclasında özünü təqsirli bilərək qeyd etmişdir ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Göstərilənlərə əsasən məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, həmin materialda olan zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 508 nömrəli ekspert rəyinin surətindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan başın alın nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşını digər avtomaşının vurması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli protokolların surətindən görünür ki, Alıev X2 Şaiq Gəgiş oğlu ayıqdırlar, onlarda alkoqol qəbulu əlamətləri yoxdur; X11 tərəfindən verilən izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində atası ilə birgə atası X5 məxsus olan “CHEVROLET AVEO” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsində üzü Suraxanı qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman avtomobildə nasazlıq yaranmış, o da idarə etdiyi avtomobili yolun sağ tərəfində saxlayan zaman anidən arxa tərəfdən sürətlə gələn “Kia Rio” markalı avtomobil idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmışdır. Qəzadan az sonra hadisə yerinə Polis və X17 əməkdaşları gəlmişlər. X17 əməkdaşları qarşı avtomobildə sərnişin qismində əyləşmiş bir xanımın xəsarət aldığını görüb TTY avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Hadisə baş verən zaman hava açıq, yol asfalt örtüklü olmuşdur. O, avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur; Şəxs Sərəddin oğlu tərəfindən verilən izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində atası X6 məxsus olan etibarnamə ilə idarə etdiyi “KİA RİO” markalı **- UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsində üzü Suraxanı qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Chevrolet” markalı avtomobil onu çaşdırmış və o, anidən idarə etməni itirərək həmin “Chevrolet" markalı avtomobilin arxa hissəsinə çırpılaraq dayanmışdır. Toqquşma nəticəsində avtomobildə olan Firuzə adlı xanım xəsarət aldığına görə X4 əməkdaşları hadisə yerinə gəlmiş və Firuzə xanımı xəstəxanaya aparmışlar. Az sonra hadisə yerinə Polis əməkdaşları gəlmişlər. Hadisə baş verən zaman hava açıq, yol asfalt örtüklü olmuşdur. O, avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur; X8 tərəfindən verilən izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evindən çıxıb Əhmədli qəsəbəsinə getmək üçün dayanacaqda dayanan zaman avtobusun gec gəldiyini görərək həmin vaxt yoldan keçən boz rəngli, modelini bilmədiyi avtomobilə əyləşib Əhmədliyə gedərkən, yəni Suraxanı rayonu, Hövsan qəsəbəsindən üzü Suraxanı qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman əyləşdiyi avtomobilin sürücüsü anidən idarə etməni itirərək onların hərəkət istiqamətinin qarşısında olan modelini bilmədiyi avtomobilin arxa hissəsinə dəyərək dayanmışdır. Toqquşma nəticəsində o başından xəsarət aldığına görə X4 əməkdaşları hadisə yerinə gəlmiş və onu xəstəxanaya aparmışlar. Xəstəxanada onu ilkin müayinə edib, alın hissəmə tikiş qoymuş və ambulator müalicə üçün onu evə buraxmışlar; İş materiallarına baş vermiş yol nəqliyyat hadisəsinə dair “KİA RİO” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “CHEVROLET AVEO” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərinin surəti əlavə edilmişdir; etibarnamənin surətindən görünür ki, X9 “KİA RİO” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Şəxs Sərəddin oğluna xx.xx.2025-ci il tarixədək etibarnamə vermişdir; Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Elvin Nurəliyevin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş; qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Suraxanı RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməli olduğu qərara alınmışdır; Bakı şəhəri Suraxanı DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxs Sərəddin oğlunun törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini (İXM 32.1.7), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Sərəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Sərəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar