Məhkəmə qərarları › İş №3(010)-3465/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3465/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3465/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Ukrayna Respublikasının Dnepropetrovsk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 21, mənzil 20 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 23 avqust 2022-ci il tarixdə X3, aralarında yaranmış mübahisə zəminində zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, zərərçəkmiş X5 ilə 3 ildir ki evlidir. xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində o, evə gəlmiş, sonuncu onunla şəxsi münasibətlər zəmnində mübahisə etməyə başlamışdır. Bu zaman o, Məryəm Hüseynovaya heç bir fiziki zərər yetirmədən, evi tərk etmişdir. Qeyd olunanlara əsasən barəsində başlamış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, o, Şəxsla 3 ildir ki, evlidir. Sonuncu mütəmadi olaraq onu döyür, təhqir edir. xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Vüqar evə gələrək aralarında yaranmış şəxsi münasibətlər zəmnində onunla mübahisə etməyə başlamış, daha sonra onu döymüşdür. Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1011 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı onun sol bazunun iç-arxa səthini sınığı və ön-bayır səthinin qançırı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs zərərçəkmiş şəxsi döymədiyini, sonuncuya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmədiyini göstərsə də, məhkəmə onun bu izahatına öz müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi tənqidi yanaşır. Belə ki, zərərçəkmiş şəxsin izahatı, aparılmış ekspert təhqiqatı ilə də Şəxs 23 avqust 2022-ci il tarixdə X3, aralarında yaranmış mübahisə zəminində zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi tam sübuta yetir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar