Məhkəmə qərarları › İş №3(010)-3466/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3466/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3466/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5442/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini tam olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5442/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay hər bir uşağa görə 137 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Həmin icra sənədi Suraxanı rayon İcra şöbəsinin icraatına 2018ci ilin may ayında daxil olduqdan sonra borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra sənədi üzrə borclu müəyyən ödənişlər etsə də, bir müddət sonra ödəniş etməmişdir. Uşaqlardan biri 2023-cü ilin dekabr ayında yetkinlik yaşına çatıb, buna görə də həmin vaxtdan ödənilməli olan aliment məbləği 137 manat hesablanır. Borclu əvvəl inzibati məsuliyyətə cəlb olunub. Borclu tərəfindən 2024-cü ilin mart ayında 250 manat, iyun ayında 100 manat və digər vaxtlarda 150 manat, 100 manat ödəniş olunmuşdur. Hal-hazırkı vaxtadək avqust ayı da daxil olmaqla borclunun 1674 manat aliment borcu vardır. Tələbkar borcun tam ödənilməsini tələb edir. Borclu alimenti ödəməmə səbəbi kimi 5 uşağı olması, işləməməsini göstərir və borcu hissə-hissə ödəyə biləcəyini qeyd edir. Göstərilənlərə əsasən borclu şəxs X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X5 izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5442/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu ancaq şikayət olanda alimenti ödəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5442/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə imkanı olduqca ödəniş edir. Vaxtlı-vaxtında ödəməmə səbəbi digər nikahdan üç körpə uşağı olması, keçən il 8 sutka tutulması, sonradan əməliyyat olunması, bu səbəbdən işləyə bilməməsidir. Əməliyyatdan sonra işləmədiyindən borc yığılmışdır. Ürəyində tromp və belindən əməliyyat olduğundan işləyə bilmir. O, hal-hazırda 150 manat ödəniş edir, qalan borcu hissə-hissə ödəyə bilər. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5442/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6875/2016 nömrəli iş üzrə 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməklə, 09 dekabr 2005-ci il təvəllüdlü X6 və 06 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər bir uşağa görə 137 (yüz otuz yeddi) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməli, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi 10 may 2017-ci ildən etibarən həyata keçirilməlidir; icraata başlama haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5442/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs yaşadığı ünvana göndərilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, Şəxs inzibati həbs müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən, saat 13:00dan hesablanması qərara alınmışdır; ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 548 manat, xx.xx.2023cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 150 manat məbləğində aliment ödənilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5442/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən müəyyən ödənişlər edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə borcdan müəyyən ödənişlər edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar