Məhkəmə qərarları › İş №3(010)-347/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-347/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-347/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs, 24.03.1987-ci il tarixdə Qax rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 22 oktyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində idarə etdiyi “FORD TRANSİT yük” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1-li Zeytun sovxozu istiqamətindən Suraxanı rayonu Hlövsan kənd istiqamətinə saatda 30 km sürətlə hərəkətdə olduğu zaman yük avtomobilin sağ yan güzgü hissəsi ilə yolu düz keçən vətəndaş X3 vurmuş, nəticədə X1 bazunun dirsək oynağınadək davam edən geniş qançırı, bel əzələlərinin əzilməsi kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 16 fevral 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 22 oktyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1-İi Zeytun sovxozu istiqamətindən Suraxanı rayonu, Hövsan kənd istiqamətinə saatda təxminon 30 km sürətlə hərəkət etdiyi zaman yük avtomobilinin sağ yan güzgü hissəsi ilə yolu düz keçən qadını vurmuşdur. O, dərhal avtomobili dayandırmış və həmin qadından hal-əhvalını öyrənmişdir və xəstəxanaya aparmağa təkid etsə də, sonuncu xəstəxanaya getməkdən imtina etmişdir. Həmin xanım həyat yoldaşını gözlədikdən sonra onlar özləri xəstəxanaya getmişlər. Sonra o, oradan uzaqlaşmışdır. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, шş materiallarında olan canlı şəxsin ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 1162 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş sol bazunun dirsək oynağınadək davam edən geniş qançırı, bel əzələlərinin əzilməsi xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 22 oktyabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozalmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 noyabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 göndərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 -130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AF seriyalı, 901214 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar