Məhkəmə qərarları › İş №3(010)-3475/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3475/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3475/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 511.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru, polis kapitanı X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs dizayner işi ilə məşğuldur və “Tiktok” sosial şəbəkəsində hesabı vardır. O, sosial şəbəkədə baxıcı sayını artırmaq, dizayner kimi tanınmaq üçün ona belə video çəksə baxıcı sayının artacağı deyildiyindən özü də bilmədən “Vaz 2101” markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək video çəkib səhifəsində paylaşmışdır. O, izahatında törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bununla da, barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilərək sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, dizayner işi ilə məşğuldur və “Tiktok” sosial şəbəkəsində dizayner kimi əl işlərini paylaşdığı və satışı ilə məşğul olmaq istədiyi hesabı vardır. O, sosial şəbəkədə baxıcı sayını artırmaq, dizayner kimi tanınmaq üçün axşam saat ikidə boş ərazidə avtoxuliqanlıq hərəkətləri edərək video çəkib səhifəsində paylaşmışdır. Törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, atasının İ qrup əlil olduğunu, ailəsinə onun baxdığını bildirərək barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Suraxanı Rayon Polis İdarəsinə verilən izahatdan görünür ki, təxminən iki il əvvəl “mammзdovvv” adı altında “Tiktok” səhifəsi açmışdır. Beş ay bundan əvvəl dostlarının təşəbbüsü ilə və kəşfetə düşmək məqsədilə “Vaz 2101” markalı, **-SF-*** nömrəli avtomobillə əsasən əhalinin az olduğu ərazidə digər şəxsləri narahat etməyərək avtoxuliqanlıq hərəkətləri edərək video qeydə almış və öz “Tiktok” səhifəsində paylaşmışdır. Məqsədi avtoxuliqanlıq hərəkətlərini təbliğ etmək olmayıb, videonu öz əhatəsində olan şəxslər üçün paylaşmışdır. Etdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcək.” məhkəmə baxışında tədqiq edilmiş CD diskə köçürülmüş kamera görüntülərindən müəyyən olunur ki, Şəxs “Vaz 2101” markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, təqdim edilmiş CD diskdəki videogörüntü, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmalı, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablansın. Şəxs adına verilmiş BA seriyalı, 023607 saylı sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə təhvil verilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar