Məhkəmə qərarları › İş №3(010)-348/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-348/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-348/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, tərcüməçi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X7 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, 10 nömrəli evin 40 nömrəli mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə tanışı X5 ilə birlikdə bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Rus-Tatar” qəbirstanlığından dəmir boru və barmaqlıqları oğurlayıb oradan gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmişdir. Bu hərəkətinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, bədənində ağrılar olduğundan narkotik vasitə istifadə edir. xx xxxxxx 2021-ci il tarixdə tanışı X5 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Rus-Tatar” qəbirstanlığının yaxınlığından keçərkən, orada pastlanmış iki ədəd dəmir boru olduğunu görüb onların lazımsız olduğunu düşünmüşlər. Dəmir boruları satıb narkotik vasitə almaq məqsədilə özləri ilə aparmaq istəyərkən polis əməkdaşları tərəfndən saxlanılaraq polis bölməsinə gətirilmişlər və orada onların izahatları alındıqdan sonra barələrində inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X10 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri xidməti vəzifələrini yerinə yetirərkən Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində Şəxs və X3 əlində dəmir boruların olduğunu görüb həmin şəxsləri Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Aparılmış araşdırma nəticəsində Şəxs və X3 dəmir boruları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Rus-Tatar” qəbirstanlığından oğurladıqları müəyyən edilmiş, lakin sonuncuların əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncuların barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. X4 məhkəmədə bildirdi ki, nəzarətçi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Rus-Tatar” qəbirstanlığından naməlum şəxslər tərəfindən ümumi dəyəri 70 manat olan 04 ədəd dəmir armaturlar və borular oğurlanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılmış şəxslərdən götürülmüş dəmir armaturlara və borulara baxdıqda, həmin boru və dəmir armaturların qəbirstanlıqdan oğurlanmış armatur və borulara oxşatmışdır. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, iş üzrə zərər çəkmiş şəxs qismində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Rus- Tatar” qəbirstanlığının nəzarətçisi X1 izahatı alınmışdır. Məhkəmə hesab edir ki, nəzarətçisi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Rus-Tatar” qəbirstanlığına məxsus əmlaka və ya əşyalara dair mülkiyyət hüququ, yəni istifadə, sahiblik, sərəncam hüququ olmayan X4 inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs hesab edilə bilməz. Göründüyü kimi hazırki inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxs düzgün müəyyən olunmamışdır. Bundan əlavə X4 istər məhkəmədə, istərsə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində verdiyi izahatlarında, polis əməkdaşları tərəfindən Şəxs və X2 götürülmüş dəmir armaturlara və borulara baxdıqda, həmin boru və dəmir armaturların qəbirstanlıqdan oğurlanmış armatur və borulara oxşatdığını bildirmişdir. Bununla da inzibati xəta haqqında materialda, Şəxs və X2 polis əməkdaşları tərəfindən götürülmüş dəmir armaturların və boruların məhz Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Rus-Tatar” qəbirstanlığından oğurlanmasına dair hər hansı bir mötəbər sübut yoxdur. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 100.1 və 100.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Bundan başqa, 100.1.6 və 100.1.9-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməli, habelə inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər aparılmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokolda isə zərər çəkmiş şəxsin adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı göstərilməmiş, habelə inzibati xətanın törədilməsi nəticəsində vurulmuş maddi zərər barədə hər hansı bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs inzibati xəta törətməsi haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X9 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar