Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-348/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16.02.2022-ci il tarixli, İXP ******* saylı protokola əsasən, Şəxs 17.10.2021-ci il tarixdə, saat 13:20-da idarə etdiyi “VOLVO XC-90” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı Hüseyn İbrahimov tərəfindən 15 noyabr 2021-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 17 oktyabr 2021-ci il tarixdə Şəxs DİN-nin 102 xidmətinə zəng edərək, Suraxanı rayonu. Bülbülə qəsəbəsində idarə etdiyi Volvo markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolda olan 16 yaşlı qoluna dəyməsi və həmin piyadanı xəstəxanaya aparmaq istədiyi zaman uşağın xəsarət almadığını bildirib oradan uzaqlaşması barədə məlumat vermişdir. Həmin məlumat 17 oktyabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 649 nömrəsi ilə qeydə alınmışdır.Araşdırma zamanı izahatı alınan Şəxs izahatında göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə təxminən saat 13:20 radələrində idarə etdiyi Volvo markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi ilə üzü Əmircan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən şəxsi qarşısıdna sərnişin avtobusu dayandığı üçün görməmiş və avtobusun yanından keçmək istəyərkən həmin piyada qız avtobusun yanından çıxmış, onun idarə etdiyi avtomobilin yan güzgüsünə dəymişdir. Avtobus onun qarşısında dayandığı üçün həmin piyadanı görməmişdir. O, hadisədən sonra avtomobildən düşüb qız tərəfə qaçmışdır. Təxminən 14-15 yaşlarında olan həmin qız uşağı “Əmi narahat olmayın, ciddi bir şey yoxdur” ifadəsini işlətmişdir. O, həmin uşağa xəstəxanaya aparmağı israr etsə də, uşaq heç nəyinin olmadığını demişdir. O,həmin uşaqdan ayaqqabısını soyunmasını deyib uşağın ayağına baxmış, lakin heç bir xəsarət görməmişdir. Axırda uşağı valideynlərinə aparıb təhvil verməyi desə də, uşaq israrla razı olmamış və oradan uzaqlaşmışdır. O, öz mobil nömrəsini həmin uşağa vermişdir. Bundan sonra isə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı xəsarət almamışdır. Araşdırma zamanı izahatı alman X3 izahatında göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə təxminən saat 13:20 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yolu qarşı tərəfə keçmək istəyən zaman Sabunçu istiqamətindən Əmircan qəsəbəsi istiqamətinə hərəkət edən Volvo markalı, boz rəngli cip gəlib onu vurmuş, o, sağ ayağından xəsarət almışdır. Sürücü maşını saxlayıb onunla maraqlanmış, həkimə və evə aparmağı təklif etmiş, lakin o, imtina etmişdir. Daha sonra isə evə getmişdir. Gecə 12 radələrində Travmatologiya xəstəxanasına müraciət etmiş, ayağının ağrımasını bildirmiş, lakin ayağında ciddi xəsarət aşkarlanmamışdır. Material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2021-ci il tarixli 1121 saylı rəyindən aşkar edilmiş xəsarətlər - sağ aşıq-baldır oynağı və ayaq pəncəsinin şişkinlik halında əziyi və pəncənin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan 17.10.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli, 1121 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər –sağ aşıq-baldır oynağı və ayaq pəncəsinin şişkinlik halında əziyi və pəncənin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan 17.10.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlqamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 17 oktyabr 2021-ci il tarixdə Şəxs DİN-nin 102 xidmətinə zəng edərək, Suraxanı rayonu. Bülbülə qəsəbəsində idarə etdiyi Volvo markalı, **-MC- *** dövlət qeydiyyat nişanlı avtomobilin yolda olan 16 yaşlı qoluna dəyməsi və həmin piyadanı xəstəxanaya aparmaq istədiyi zaman uşağın xəsarət almadığını bildirib oradan uzaqlaşması barədə məlumat vermişdir. Həmin məlumat 17 oktyabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 649 nömrəsi ilə qeydə alınmışdır.Araşdırma zamanı izahatı alınan Şəxs izahatında göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə təxminən saat 13:20 radələrində idarə etdiyi Volvo markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi ilə üzü Əmircan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən şəxsi qarşısında sərnişin avtobusu dayandığı üçün görməmiş və avtobusun yanından keçmək istəyərkən həmin piyada qız avtobusun yanından çıxmış, onun idarə etdiyi avtomobilin yan güzgüsünə dəymişdir. Avtobus onun qarşısında dayandığı üçün həmin piyadanı görməmişdir .Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-348/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-348/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver