Məhkəmə qərarları › İş №3(010)-3492/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3492/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3492/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il il tarixdə Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X7 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs axşam saat təxminən 04:00 radələrində əlində fənərlə evdən çıxanda polis əməkdaşları tərəfindən tutulmuşdur. Onlar iki nəfər olmuş, biri divardan tullanaraq qaçmışdır. Həmin evdən və yanbayan evdən somavar, naqil, udinitel oğurlanmışdır. Həmin evlər sahibsizdir, biri polis əməkdaşının evidir. Şəxs polis əməkdaşları tərəfindən bölməyə aparılarkən müqavimət göstərmiş, qaçmağa cəhd etmiş, bölmədə iş rejimini pozaraq kobud surətdə söyüşlə nalayiq ifadələr işlətmişdir. Onun cibindən polis əməkdaşına məxsus polis paqonları aşkar olunmuşdur. O, göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, axşam saat təxminən 3-4-də mağazaya getmiş, sonra biraz küçədə gəzmiş, məhləyə ayaqyolu üçün girmiş, orada 3 ədəd paqon tapmış, cibinə qoymuşdur. O, tək gəzmiş, yanında kimsə olmamışdır. Ümumiyyətlə heç bir yerdən oğurluq etməmiş, sadəcə oğurluq olan ərazidə olmuşdur. O, polisə müqavimət göstərməmiş, polis əməkdaşları onu saxlamış və onu polis bölməsinə aparmış, orada onu döymüşlər. Heç kimi söyməmişdir. Əgər həmin ərazidə kamera varsa kamera görüntülərinə baxılsa, dedikləri daha aydın olar. Göstərilənlərə əsasən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsində polis nəfəri vəzifəsində işləyir. Digər polis əməkdaşı ilə birlikdə xidmətdə olduğu ərazidə olan evin ikinci mərtəbəsində fənər yandığını görmüşlər. Bu onlarda şübhə doğurduğu üçün xidməti maşını saxlamış, həyətə hasardan baxış keçirərkən iki nəfər şəxsin həyətdə gəzdiyini görmüşlər. Həmin iki nəfər də onları görmüş, hasardan qaçmağa cəhd etmiş, biri qaçmışdır. Digər şəxs isə, yəni Şəxs qaçmağa çalışarkən onlarla qarşılaşmış, müqavimət göstərmiş, nəticədə digər əməkdaşın qolu sıyrılmış, onun isə şalvarı cırılmışdır. Həmin şəxs nalayiq ifadələr işlətmişdir. Fiziki qüvvədən istifadə edərək onu 30-cu Polis Bölməsinə aparmış, üzərinə baxış keçirmiş, onun cibindən polisin atributları çıxmışdır. Həmin evlərdən biri köhnə polis əməkdaşına məxsusdur. Onlar həmin polis əməkdaşı ilə əlaqə saxlamış və onun zirzəmisində olan paqonların götürüldüyü aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində digər şahid X1 qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il il tarixdə Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022532 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:50-də inzibati qaydada tutulmuşdur; X2 tərəfindən verilən izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-da məsul növbətçi kimi xidmətdə olduğu zaman oğurluqda şübhəli qismində xx.xx.2001-ci il təvəllüdlü Şəxs şöbəyə gətirilmişdir. O, şöbədə olan zaman özünü qeyri-adekvat apararaq səs-küy salmış, uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 07 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar