Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-35/2021 06.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu “xxxx” Müəssisəsinin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X3 İstifadə Agentliyindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X3 İstifadə Agentliyi “xxxx” Müəssisəsinin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İnzibati xəta haqqında protokoldan görünür ki, hadisə «Türkan qəsəbəsi İ mişardaşı yatağında» baş verib. Həmçinin inzibati xəta haqqında protokolda “xxxx” Müəssisəsinin ünvanı kimi «Abşeron rayonu, Türkan üzümçülük sovxozu» qeyd edilib. Beləliklə, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən hadisənin baş verdiyi yerin və hüquqi şəxsin ünvanının Xəzər rayonuna (Türkan qəsəbəsinin əksər ərazisi Xəzər rayonunda yerləşir), Abşeron rayonuna və ya Suraxanı rayonuna aid olduğu görünmür. Bu səbəbdən işin də Suraxanı Rayon Məhkəməsinə, Abşeron Rayon Məhkəməsinə və ya Xəzər Rayon Məhkəməsinə aid olduğunu müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Hesab edirəm ki, aidiyyətin müəyyən edilməsi üçün zəruri olan sənədlərin materiala əlavə edilməməsi işin mahiyyəti üzrə baxılmasını rədd edən hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxx” Müəssisəsinin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1ytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-35/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-35/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver