Məhkəmə qərarları › İş №3(010)-35/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-35/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-35/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 05 avqust 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1553/2024 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri icra etməyərək İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1553/2024 saylı icra sənədi icraata daxil olduqdan sonra tərəflərə məlumat verilmiş, borclu icra şöbəsinə dəvət olunmuş, ona icra sənədinin mahiyyəti izah olunmuş, qərar və bildiriş borcluya təqdim olunmuşdur. Borclu hazırki vaxtadək heç bir ödəniş etməmişdir və hazırda yanvar-fevral ayına qədər ona vaxt verilməsini istəyir. Tələbkar isə buna etiraz etmişdir. Göstərilənlərə əsasən borclu Həsənov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borcun hissə-hissə ödənilməsinə razı deyil, tam halda borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, borcu hissə-hissə 100-200 manat olmaqla ödəyə bilər amma tələbkar borcun hissə-hissə ödənilməsi ilə razı deyil. Həmçinin ona bir-iki ay ərzində pul ödəniləcək və o həmin pulu borcun ödənilməsinə yönəldə bilər. Göstərilənlərə əsasən ona borcun ödənilməsi üçün yanvar və ya fevral ayına kimi vaxt verilməsini xahiş etdi. Həmçinin, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Ərizədə qeyd edilmişdir ki, o, halhazırda heç bir yerdə işləmir, daimi gəlir mənbəyi yoxdur və dolanışığını təmin etmək üçün də kifayət qədər maddi imkanlara malik deyil. Həmçinin, başqa heç bir yerdən maddi gəliri yoxdur. Bu səbəbdən, icra sənədində nəzərdə tutulan ödənişi həyata keçirmək fiziki olaraq mümkün deyil. Göstərilən məbləği ödəmək üçün hər hansı maddi gəlir mənbəyi, yaxud əmlak və sair maddi nemətlərə sahib deyil. Bu halda onun sözügedən borcu hansı qaydada ödəməyi tələb olunur? Buna baxmayaraq borcun yarandığı gündən daimi olaraq iş axtararaq borcu ödəmək üçün gəlir qazanmağa çalışmışdır. Lakin ali təhsilli deyildir, həmçinin yaşı, səhhəti və sosial vəziyyəti ilə əlaqədar ona müraciət etdiyi heç bir müəssisə, yaxud şəxslər iş vermir. Əgər borcu ödəməkdən imtina etmək, yaxud boyun qaçırmaq niyyəti olsaydı sözügedən məhkəmə qərarını yuxarı instansiyada mübahisələndirərdi. Onun borcu ödəməkdən boyun qaçırmaq niyyəti olmadığından, əksinə bugün iş tapsa rəsmi gəlirini borca yönəltməyə hazır olduğundan həmin qərarı bugünə kimi mübahisələndirməmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi, borcu ödəmək öhdəliyini qəsdən yerinə yetirməkdən boyun qaçırmamışdır. İcra məmurunun bütün çağırışlarına könüllü gəlmişdir. Tərəflə danışıqlar aparmış, indiyə kimi ancaq məsələni müsbətə doğru həll etməyə çalışmışdır. Hazırkı halda hər hansı bir qəsd elementi mövcud deyil. Əksinə, vəziyyət onun maliyyə çətinliklərindən və maddi imkanlarının məhdudluğundan irəli gəlir. Hazırkı şəraitdə onun heç bir gəlir mənbəyi olmadığından, məhkəmə qərarının icrası bugünkü tarixə qeyri-mümkündür. Belə olan halda, bu məsələ ilə bağlı məsuliyyət yarandığını qəbul etmək hüquqi baxımdan düzgün deyildir. Qanuna əsasən, cavabdeh yalnız icranı qəsdən yerinə yetirməkdən boyun qaçırdığı halda məsuliyyətə cəlb oluna bilər. Hal-hazırda mövcud vəziyyət onun iqtisadi çətinlikləri ilə bağlıdır. Bu səbəbdən məhz indiki tarixə borcun ödənilməsi obyektiv olaraq qeyri-mümkündür. Həmçinin, 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, məsuliyyətin yaranması üçün məhkəmə qərarının icra edilməməsində qəsd (şüurlu boyun qaçırma) şərtdir. Yəni hüquqi məsuliyyət şəxsin davranışı ilə yaranan qəsdlə bağlı olmalıdır. Onun vəziyyətində hüquqi məsuliyyət yaradan hər hansı bir qəsd və ya sui-istifadə mövcud deyil. O, heç vaxt borcunu ödəməkdən yayınmaq niyyətində olmamışdır. Sosial və iqtisadi çətinliklər onun real həyat vəziyyətindən asılıdır və bu halda onun mühakimə olunmağı ədalət prinsipinə ziddir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Hazırkı halda icra sənədi icra mümkünsüzlüyü əsası ilə məhkəməyə qaytarılmalıdır. O, borcun ödənilməsi üçün səy göstərməyə davam edir. Müvafiq gəlir mənbəyi, yaxud maddi əmlakı olduğu təqdirdə borcun ödənilməsinə yönəltməkdən boyun qaçırmır. Bu hal aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə icra sənədinin yenidən icraatı davam etdirilə bilər. Hazırkı halda bu proses sadəcə onun cəzalandırılmağına yönəlib. Cəzanın məqsədi islah etməkdir. Cari halda hər hansı qanun pozuntusu, məsuliyyət yaradan qəsd davranış, yaxud məsuliyyəti ağırlaşdıran hər hansı hərəkəti olmadığı halda nə üçün icra sənədi qaytarılmaq yerinə onun barəsində inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edilməsi üçün müraciət edilməlidir? O, borcu ödəmək üçün işləməyə və ya hər hansı güzəştli ödəmə qrafikinin tətbiq edilməsinə hazırdır. Bu yanaşma, həm borc sahibinin hüquqlarını qoruyar, həm də onun ədalətsiz olaraq məsuliyyətə cəlb olunmağına səbəb olmaz. Qeyd edilənləri nəzərə alaraq, 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokol üzrə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini, məsələnin obyektiv maliyyə vəziyyəti çərçivəsində həll edilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 1553/2024 saylı icra sənədinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 15.000 (on beş min) manat məbləğində pul iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması, iddia qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,5 (bir yüz on iki manat əlli qəpik) manat məbləğində pul cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 37,50 (otuz yeddi manat əlli qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi, cavabdeh Şəxs hüquqi yardım xərci olaraq 120 (bir yüz iyirmi) manat məbləğdə pulun iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir; icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1553/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 1553/2024 saylı icra sənədlərinin icrasını tam təmin etməmişdir. Habelə, inzibati xəta haqqında protokol tərtib edilənədək borclu tərəfindən icra sənədinin icrasının tam təmin edilməsi üçün tədbir görülməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Həsənov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxsnın təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar