Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-351/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi X3 iştirakı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin 04 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə bağlı şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin 04 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunundan görünür ki, Suraxanı rayonunun inzibati ərazisi daxilində Donuzkökəltmə sovxozunda X2 icarəsində olan 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan tikinti işləri aparılmışdır. X5 həmin qərardan məhkəməyə şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-4302/2022 nömrəli iş üzrə 17 oktyabr 2022ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilərək X2 barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 04 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri Ruslan Əliyev məhkəməyə apelyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-3086/2022 nömrəli iş üzrə 29 dekabr 2022ci il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. X5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayon İcra şöbəsinə dəvət edilmişdir. Məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ******* saylı qərəzli protokol tərtib edilmişdir. Sonradan, yəni protokol tərtibindən 14 gün sonra xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. İcra şöbəsindən Protokol və Qərarın surəti xx.xx.2022-ci il tarixdə təqdim edildiyidən şikayətlə məhkəməyə müraciət etmişdir. Protokol tərtib edilərkən mülkiyyət sənədləri araşdırılmamış, protokolda qeyd edilən torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsinə aidiyyəti olduğu müəyyən edilməmişdir. Halbuki mülkiyyətində olan torpaq sahəsinin koordinatlarmı müəyyən etmək imkanı elə məhz həmin təşkilatın səlahiyyətləri daxilindədir. Protkol tərtib edilərkən və qərar qəbul edilərkən reyestrdə qeydiyyatdan keçmiş sənədlər araşdırılmamışdır, iştirakım təmin edilməmişdir. Göstərilənlərə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 04 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi X6 bildirmişdir ki, torpaq qanunvericiliyinin tələblərinin pozulması, yəni tikinti işlərinin aparılması faktı X2 icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyətində olan 0.03 ha torpaq sahəsində aparıldığı müəyyən edilmişdir. Belə ki, tikinti aparılan torpaq sahəsi üzərində icarə hüququ X2 adına 26 dekabr 2014-cü il tarixli **********19 reyestr nömrəli çıxarış ilə Dövlət qeydiyyatından keçirilmiş və əsas döngə nöqtələrinin koordinatları qeyd edilməklə torpaq sahəsinin planı və ölçüsü ilə birgə onun tərəfindən imzalanaraq qəbul edilmişdir. Eyni zamanda X2 müraciəti məktubu əsasında həmin torpaq sahəsinə təkrar baxış keçirilərkən tikintinin onun icarəsinə verilmiş dövlət mülkiyyətində olan 0.03ha torpaq sahəsinin koordinatları daxilində aparıldığı müəyyən edilmişdir. Torpaq qanunvericiliyinin tələblərinin pozulması faktı ilə bağlı tərtib olunmuş protokol və inzibati tənbeh vermə haqqında qərarın surətləri, eləcə də vətəndaş tərəfindən edilən şikayət məktubu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunununmüvafiq maddələrinə uyğun olaraq cavablandırılmış və poçt vasitəsilə yaşadığı ünvan 1 ünvanına göndərilmişdir. Nümayəndə göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını məhkəmədən xahiş edir. İzahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. X5 şikayətində qeyd edir ki, protokol tərtib edilərkən mülkiyyət sənədləri araşdırılmamış, protokolda qeyd edilən torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsinə aidiyyəti olduğu müəyyən edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surəti ilə (həmin sənəd surətini məhkəməyə X5 təqdim edib) müəyyən olunur ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.03ha torpaq sahəsi icarə hüququ əsasında X4 ayrılmış, bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində 26 dekabr 2014-cü ildə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında 04 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarda göstərilən 0.03 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla X2 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır». Həmin Məcəllənin 13-cü maddəsinə əsasən «1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir». Eyni Məcəllənin 9-cu maddəsinin 3-cü bəndinə əsasən «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir». Məsələyə hüquqi qiymət verərək məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutur. 04 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarda göstərilən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla X2 icarəsinə ayrıldığını, sonuncunun isə həmin torpaq sahəsindən məqsədli təyinatına (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin yuxarıda istinad olunan müddəalarında göstərilənlərə) uyğun olmayan məqsədlə, yəni daimi yaşayış məqsədilə istifadə etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmədə müəyyən olundu ki, X5 tərəfindən ona məxsus Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.03ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilərək torpağı təyinatından kənar istifadə edilməsi faktı aşkar edildiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X6 tərəfindən onun barəsində MN seriyalı ******* nömrəli 20 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş 04 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin mənasına görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxarkən mübahisələndirilən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin 04 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə bağlı şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-351/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-351/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver