Məhkəmə qərarları › İş №3(010)-351/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-351/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-351/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu İXP seriyalı ******* nömrəli 10 dekabr 2023-cü il tarixli protokolun ləğv edilməsi ilə bağlı X1 tərəfindən verilmiş «müraciət»ə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 «müraciət» ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş XP seriyalı ******* nömrəli 10 dekabr 2023-cü il tarixli protokolun ləğv edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Hesab edirəm ki, «müraciət» aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Beləliklə, şikayət inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilir. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs müvafiq müraciətini "müraciət" formasında deyil, “şikayət” formasında tərtib etməlidir. Göründüyü kimi, X1 hazırkı iş üzrə məhkəməyə müraciətini tərtib edərkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət etməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: İXP seriyalı ******* nömrəli 10 dekabr 2023-cü il tarixli protokolun ləğv edilməsi ilə bağlı X1 tərəfindən verilmiş «müraciət» geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar