Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3515/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Bakı şəhər DYPİ-nin polis kapitanı X5 inzibati tənbeh vermə haqqında 05 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə bağlı X6 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X2 barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərardan məhkəməyə şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə əsasən İXP seriyalı ******* nömrəli, 05 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında TP seriyalı ******* nömrəli, 05 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi üzrə qəbul olunmuş 05 oktyabr 2024-cü il tarixli qərarı nə vaxt alması barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalı, X4 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Bakı şəhər DYPİ-nin polis kapitanı X5 inzibati tənbeh vermə haqqında 05 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə bağlı X6 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. X1 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilsin. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3515/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3515/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver