Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3517/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 iştirakı ilə Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon Polis İdarəsi Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin mülkiyyətində olan Hyundai Sonata” minik markalı 90AR813 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 16 may 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində zəruri olan məlumatları müvafiq sorğunu aldığı vaxtdan 5 gün müddətində təqdim etmədiyinə görə barəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən 16 iyul 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 27 iyul 2022-ci ildə DYPŞ tərəfindən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktub daxil olmuş və 28 iyul 2022-ci ildə onlar tərəfindən məktuba cavab verilmişdir. Eyni zamanda sürücü tərəfindən 05 avqust 2022-ci ildə protokol üzrə ödəniş də olunmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Nümayəndənin bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, Suraxanı rayon Polis İdarəsinin Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış müvafiq məzmunlu məktubu həmin birliyə 03 iyun 2022-ci ildə çatdırılıb. Bu hal iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsi ilə təsdiq olunur. Göründüyü kimi, Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin məktubu qanunla müəyyən edilmiş 5 gündən xeyli gec cavablandırıb. Beləliklə, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Respublikası İXMnin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-3517/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3517/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver